"Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020"nin qalibləri müəyyənləşib

 

"Nurəngiz xanımın əsərində yazıçı üçün çox vacib olan keyfiyyətlərdən birinə - səmimiyyətə söz ola bilməz" - bu, Xalq yazıçısı Mirzə İbrahimovun fikridir.

"Biz durduqca, bizdən sonra gələn nəsillər durduqca ölməz şairəmizin sözü, şeiri həmişə yaşayacaq" - bunu Xalq yazıçısı Anar deyir.

"Poeziya ilə, şeirlə əkiz doğulmuşdu" - deyir Xalq şairi Fikrət Qoca.

Akademik Rafael Hüseynov "adi adamlar kimi yol getməyən, ayağı yerə dəyməyən, buludlar üstündə gəzən, bir tənha yarpaq kimi uçan, süzən..." - kimi gözəl sözlərlə anır onu.

Akademik İsa Həbibbəyli onun yaradıcılığını "günəşə boylanan bənövşə çiçəyinə" bənzədir.

Akademik Teymur Kərimli isə hesab edir ki, onun yaradıcılığını mütaliə eləmək "təhlükəlidir", çünki bundan sonra onun kimi düşünmək, onun kimi şeir demək, onun kimi pıçıldamaq onun kimi hayqırmaq istəyirsən.

ABŞ, Türkiyə, İtaliya, Özbəkistan, Fransa, Monteneqro, Rumıniya, Moldova... daha haralarda fikir söylənməyib, daha  kimlər danışmayıb onun barəsində. Tanınmış rumın-moldovan ədibi Nikolae Spetaru  "Literatura şi Arta"  qəzetində Nurəngiz xanım barədə yazır: "Nurəngiz Günün poeziyasında ilk başdan hiss etdiyin həssaslıq oxucuya ünvanlanan ismarışın səmimiyyətidir. Onun şeiriyyatı  həyata həqiqi sevgi hissləri ilə, qəlbin dərinliklərinin həqiqi səsi ilə doludur, onu şeiri həyəcanlandırır, düşündürür, çoxlu ekzistensial suallara cavab aramağa sövq edir oxucunu. Dili hədsiz dərəcədə lirikdir. İfadə etdiyi hər bir münasibətindən ciddi, hamıya sirayət edən poetik gizilti saçılır ətrafa..."

Görkəmli italyan şairəsi Laura Qaravaglia Nurəngiz Gün haqqında lacasadellapoesiadicommo.com şeir saytında bildirir: "Sevgi onun poeziyasının ana mövzusudur. Amma özünün çox müxtəlif çalarları ilə bu sevgi enerji verir, gümrahlaşdırır, sanki dirildir ; bu, görünür, anlamaq anlaşılmaq arzusundan doğur... Onun bəzi şeirləri sezilən vətəndaş mövqeyi dəyərləri ilə hərəkətə keçir, varlığın isti nəfəsini sezdirir, oxucunu da o saat ələ alır, çünki vərdiş olunmuş boş ritorikadan uzaqdır..."

Bir-birindən maraqlı gözəl bu təsbitlərin sayı coğrafiyası genişlənsə , ünvanı birdir: bu günlərdə növbəti doğum gününü qeyd etdiyimiz, xatirəsini əziz tutduğumuz, XX əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatının ən güclü özünəməxsus poetik səslərindən olan görkəmli şair, nasir publisist Nurəngiz Gün.

 

***

 

Nurəngiz Günün poeziyası hər keçən gün öz üfüqlərini genişləndirir, müxtəlif dillərə tərcümə edilir, nüfuzlu jurnal dərgilərdə, ədəbiyyat saytlarında dərc edilir.

Görkəmli şairənin adı beynəlxalq miqyas qazanır.  Bir neçə ay əvvəl xəbər verdiyimiz kimi, artıq şairənin adını daşıyan beynəlxaq ədəbi mükafat da təsis edilmişdi - "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü".  Müxtəlif xalqların təmsilçisi olan tanınmış şairlərin yaradıcılığını  Azərbaycanda tanıdacaq yalnız əcnəbi şairlərə veriləcək, eyni zamanda, həm Nurəngiz Günün yaradıcılığını, həm onun simasında bütövlükdə  XX əsr Azərbaycan şeirini təbliğ etmək kimi nəcib məqsədlər güdən ödülün təşkilat komitəsi bu ötən dövr ərzində öz ilk sahiblərinin müəyyənləşməsi istiqamətində işə başlamışdı.

"Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü"nün əsas təsisçisi təşkilat komitəsinin sədri, Həsən bəy Zərdabi İrs Mərkəzinin rəhbəri Seymur Bayramov bu dövr ərzində görülən işi  məmnunluqla qeyd edir: "Əvvəla, onu deyim ki, bu ödülün təsis edilməsi çağdaş Azərbaycan ədəbiyyatını təbliğ etmək, həmçinin, müasir dünya ədəbi prosesi ilə milli ədəbi reallıqlarımızı inteqrasiya eləmək baxımından çox vacibdir. Əslində, bu, Həsən bəy Zərdabi İrs Mərkəzi olaraq bizim ilk böyük, beynəlxalq səciyyəli layihəmiz olmaqla yanaşı, həm gələcək fəaliyyət istiqamətlərimizi nişan verən vacib bir işdir. Həm tarixi, həm çağdaş mədəni-intellektual irsimizi təbliğ etmək, bununla da ölkəmizin bu anlamda zəngin mənzərəsini dünyaya tanıtmaq Həsən bəy Zərdabi İrs Mərkəzinin arzusu ana prinsiplərindəndir.  "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020"-nin ünvanlarını, şairləri müəyyənləşdirmək istiqamətində biz xeyli vacib işlər gördük. Əlbəttə, prinsipləri müəyyənləşdirmək, ədəbi nüansları nəzərə almaq baxımından etibarlı məsləhətçilərimiz vardı - ödülün təsisçiləri sırasına məmnuniyyətlə dəvət etdiyimiz Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzi mərkəzin sədri, mükafatın içraçı direktoru Səlim  Babullaoğlu.

İndi yolun sonuna gəlmişik. Qaliblər öz ölkələrinin nüfuzlu, ciddi, eyni zamanda, xalqımıza ədəbiyyatımıza, eləcə Nurəngiz xanınım yaradıcılığına hörmətlə yanaşan ədiblərdir".

Mükafatın icraçı direktoru, şair Səlim  Babullaoğlu keçən müddət ərzində görülən işlərdən bəhs etdi: "Hər bir mükafatın verilməsinin ana prinsipləri, bəzən əsasnaməsi olur. bu prinsiplər hər qədər fərqli olsalar belə, onların həmişə bir ortaq, dəyişməz məqamı da olur. Mükafatı alan insanlar, indiki halda şairlər ciddi, yüksək estetik etik keyfiyyətlərə xas mətnlərin müəllifi olmalıdırlar. Təbii ki, arzuolunandır ki, onlar eyni zamanda, ədəbi təşkilatçılıq baxımından da öz ölkələrinin çağdaş ədəbi proseslərinin impulsverici nümayəndələri olsunlar. Fikrimcə, biz hər iki prinsipi gözlədik. Ordan başlayım ki, ilk əvvəl ölkə sayını ölkələri müəyyənləşdirdik. Say məsələsində 5 rəqəmi ilə razılaşdıq. Qalan məsələdə ən sınanmış üsul püşkatmadır.  Amma onu  da deyim ki, təşkilat komitəsi üzvləri hər il mükafat veriləcəyi təqdirdə püşkatmasız mütləq qaydada  siyahıda 2 türk dövlətinin olacağı qərarını vermişdi. Qalırdı qalan 3 ölkəni müəyyənləşdirmək. Biz püşkatma ilə  daha çox Cənubi Şərqi Avropa ölkələri olmaqla  Avropa qitəsinin 20 ölkəsi arasından 3 ölkəni müəyyənləşdirdik. İtaliya, Moldova, Monteneqro. Təbii ki, həm bu ölkələrin, həm türkdilli ölkələr olaraq Türkiyə Özbəkistanın ədəbi proseslərindən az-çox xəbərimiz vardı deyə hər ölkədən ilkin olaraq 3 ədibi seçdik, onların həyat yolunu, yaradıcılıqlarını gözdən keçirdik. Müzakirə etdik, yuxarıda söylədiyim prinsiplər baxımından qiymətləndirdik. Demək olar ki, yekdilliklə Türkiyədən Gülsüm Çingizi, Özbəkistandan Xasiyyət Rüstəmi, İtaliyadan Laura Qaravaglianı,  Moldovadan Nikolae Spetarunu Monteneqrodan isə Bojidar Proroçiçi seçdik. Yalnız Monteneqro məsələsində bir az fikirlər haçalanırdı. Çünki orda həm yaş etibarilə böyük, həm nüfuz etibarilə bəlkə daha ciddi bir ədib vardı ki, nisbətən gənc Bojidarın namizədliyi məsələsində mən təkid etdim..."

 

***

 

Müsahiblərimizlə söhbətdən məlum oldu ki,  "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü" hər  il görkəmli şairənin doğum günü, sentyabr ayının 21-də təqdim ediləcək. Və builki  qaliblər artıq bir aydır müəyyənləşib. Tərcümə, redaktə, dizayn, təşkilatçılıq kimi işlər arxada qalıb. "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020" nin qalibləri olan 5 tanınmış şairin  mətnlərinin yer aldığı  nəfis antologiya işıq üzü görüb. Antologiyaya hər şairdən 7 şeir daxil edilib. Eyni zamanda, qalib şairlər öz şeirlərini ifa ediblər və bu ifaların, habelə mükafatla bağlı təəssüratlarını ifadə edən videoyazıları təşkilat komitəsinə göndəriblər. Ödül hər bir şairə "Poetik uğurlarına və ədəbi prosesə töhfələrinə görə" düsturu ilə verilib.

Eyni zamanda, lap bu günlərdə isə  "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü-2020"nin diplomları, xüsusi mükafatlar və nəşrlər ünvanına göndərilib. Pandemiyaxüsusi rejimlə əlaqədar olaraq  ödülün təqdimetmə mərasimi ertələnsə də, həmin videoyazıların göstəriləcəyi, antologiyanın təqdim ediləcəyi gözəl poeziya gecəsi yaxın aylarda mütləq keçiləcək və bu haqda mətbuat və media nümayəndələri məlumatlandırılacaq.

 

***

 

"Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü" təşkilat komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva görülən işləri yüksək qiymətləndirdi və zəhmət çəkən hər bir kəsə minnətdarlığını bildirdi: "Nurəngiz Günün mənəvi varisi olaraq təşkilat komitəsində olmağımdan çox məmnunam. İnanıram ki, bu nəcib ilk növbədə bütövlükdə ölkəmizin mədəniyyətinin təbliğində və adının uca tutulmasında, sonra isə çox dəyərli Azərbaycan şairəsi Nurəngiz Günün ədəbi irsinin təbliğində önəmli rol oynayacaq. Bu prosesə dəstək verən hər bir strukturainsana - Azərbaycan Yazıçılar Birliyinə, birliyin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə, Həsən bəy Zərdabi İrs Mərkəzinə, Bakı Kitab Mərkəzinə, Mədəniyyət kanalına, "Ədəbiyyat qəzeti"nə, "525-ci qəzet"ə, "Ulduz" jurnalına, artkaspi.az saytına, bütün dostlara minnətdaram..."

 

MEHRİ

 

525-ci qəzet.- 2020.- 23 sentyabr.- S.15.