"Azərbaycan" jurnalının yeni sayı çıxıb
Bu
günlərdə Azərbaycan Yazıçılar Birliyinin mətbu
orqanı "Azərbaycan" jurnalının 5-6-cı
sayı işıq üzü görüb.
Jurnal
Xalq şairi Rəsul Rzanın 110 illik yubileyinə həsr
olunmuş xüsusi bölmə ilə açılır.
Bölmədə Əhməd Qəşəmoğlunun "Rəsul
Rza" poemasından parçalar və Eşqanə
Babayevanın "Dəniz Rəsul Rza və Fazil Hüsnü
Dağlarca poeziyasında" məqalələri verilib.
"Poeziya"
bölməsində Süleyman Abdulla, Eldar İsmayıl
Böyüktürk, Tahir Taisoğlu, Ağasəfa, Musa Ələkbərli,
Vasif Süleyman, Xosrov Natil, Müzəffər Məzahim, Məhərrəm
Vüqarlı və İbrahim İbrahimlinin şeirləri
çap olunub.
"Nəsr"də
Elçin Hüseynbəylinin "Vida" povesti, Azər
Abdullanın "Çat" romanının sonu və
Müzahim İsmayılzadənin "Hasarın o
üzü" hekayəsi yer alıb.
"Yeni
tərcümələr" rubrikasında Yeremey Aypın
"Mənim şahzadəm", Yuri Solovyovun "Gözlənilməz
görüş" hekayələri Məmməd Orucun tərcüməsində
təqdim olunub.
Fuad
Vəliyevin "Ağıldan bəla" məqaləsi
"Publisistika", Vaqif Yusiflinin "Mən də
yaşayacağam" yazısı "Dünya, səndən
kimlər keçdi..." rubrikalarındadır.
"Ədəbi
portretlər"də oxucular Qəşəm Nəcəfzadə
"Söyüdlü arxın düşüncələri",
Bədirxan Əhmədlinin "Rabindranat Taqor: Nobelə gedən
yol" məqalələrini oxuya biləcəklər.
Zümrüdün
hazırladığı "Ədəbi kaleydoskop"
rubrikasında yazıçı Herbert Uelsin
yaradıcılığı, əsərləriylə
bağlı maraqlı faktlar verilib.
Ənənəvi olaraq jurnalın "Kitab rəfi" rubrikasında yeni nəşrlərdən söz
açılır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 23 sentyabr.-
S.13.