1980-ci ildə
Qaradağın Gal kəndində
anadan olub. İbtidai təhsilini doğma
kəndində, orta təhsilini isə
1990-cı ildə ailəsi
ilə köçdüyü
Urmuda alıb.
Şeirə-sənətə marağı ata ocağında eşitdiyi saz musiqisi və ana dilində oxuduğu nəşrlərdən
başlayıb.
"Yol ağlasın" adlı
ilk şeir kitabı işıq üzü görüb. Nəsr
də yazır, "Sarayın kəbini" adlı hekayəsi festivalda birinci mükafata layiq görülüb.
O küçə
Hər gün o küçədir
gəldigim yollar,
Ayaq izlərinin
xətrinə görə.
Köhnə həyatımdan təzə
günümə,
Nisgil eylədiyin
ətrinə görə.
Hər gün heykəlini sözlə yonmuşam,
Xəyalla qapına uçub
qonmuşam,
Yağışda islanıb qarda donmuşam,
Başımdan yox olan çətrinə
görə.
Hicranın qəlbimə çəkəndə
qoşun,
Yağdırıb canıma alovlu qurşun,
Qayıbın arzusu təkcə
görüşün,
Son şeirimin axır
sətrinə görə.
Sazdakı nalələr
Sazdakı nalələr, sazdakı
qəmlər,
Bir yetim obanın sızıltısıdır.
Oxşayan ananın, kövrək
atanın,
Balası dərdində iniltisidir.
Səsidir Arazda susqun axışın,
Odudur boylanan həsrət baxışın,
Çaxnaşan buludun, yağan
yağışın,
Sınan
ürəklərin cingiltisidir
Yanan məhəbbətdir "Əsli-Kərəm"də,
Lal olmuş kədərdir sınan qələmdə,
Bucaqsız, kransız Qayıb
ələmdə
Tanrının aydınca pıçıltısıdır.
Sevgi
Yaranıb kainat eşqin adına,
Sevgidir sabahı,
danı dünyanın.
Məhəbbət yaxdıqca qaranlıqları,
Canana qovuşar
canı dünyanın.
Eşqin
karvanında qəm-kədər
olar,
Tufana uğrayan küləklə
dolar,
Leyli fərağında saralar-solar,
Onsuz nəyi
vardır fani dünyanın?!
Qayıbın başında sevgi
tacı var,
Hər zaman şeyrinə qonaq olub yar,
Dünyanı dünyaya boraxıbdılar
Soltanı, xaqanı, xanı dünyanın.
Əsir
Mən necə yazmayım torpaqdan, daşdan,
Hələ də yadların əlində əsir.
Mən necə yazmayım yaralı başdan,
Xəyal
dünyasında yolumu
kəsir,
Hələ də yadların əlində əsir.
Mən necə yazmayım ana dilimdən,
Parça-parça olan obam, elimdən,
Mən necə yazmayım daşqın selimdən,
Şarhaşar axdıqca səsini
qısır,
Hələ də yadların əlində əsir.
Mən necə yazmayım Qaradağımdan,
Bağrımda sızlayan yara dağımdan,
Ələsgər ocağı Qarabağımdan,
Erməni
bayrağı üstündə
əsir,
Hələ də yadların əlində əsir.
Vətən-vətən deyə bağırmalıyam,
Vətən oğulların çağırmalıyam,
Kim deyə bilər ki, fağır malıyam,
Gözlərim haqq sözə
olarkən bəsir,
Hələ də yadların əlində əsir.
Yazacaqdır Qayıb nə qədər varsa,
Yolları həmişə boransa, qarsa,
Satmayacaq
dilin ərəbə,
farsa,
Aydın gələcəklər üçün
tələsir.
Hələ də yadların əlində əsir.
Səni
Gizlənmə gözümdən, getmə
gözümdən,
Qəlbimlə görmüşəm dəfələr
səni.
Gülüşün sözümün
sabah şehiylə,
Saxlayıb dünyamda hələ tər səni.
Məni
o yollara çəkəndə
qeydim,
O yalçın yamacda sən oldun seydim.
Dilək
bulağında görə
bilsəydim,
Uzaqdan bir kərə muxtəsər
səni.
Dərk
etməz Qayıbı
soltanlar, xanlar,
Baxış xədənginə uğrayan
anlar,
Gecənin bağrını dan
sökən anlar,
Şerimlə oxşayır hər səhər
səni.
Əli RƏŞTBƏR (QAYIB)
525-ci qəzet.- 2020.- 25 sentyabr.-
S.15.