Bəxtsiz şeir
Mürəkkəbi qurumamış bu
şeirin
bəxti yoxmuş...
yarımamış bu
şeiri,
Heç
bir işə yaramamış bu şeiri
İndi cırıb küləklərə
verəcəm.
Adam bilib birin sevdim,
yanıldım,
Yoldaş
deyib bir sal daşa yan
aldım,
Can vermədi, bu eşq məndən can aldı,
Ta sevgimi köpəklərə
verəcəm!
Gülməyim yox, məni
Allah güldürsün!
Atəş açın, sinəmdə
bir gül dursun!
Qoy ildırım çaxsın,
məni öldürsün,
Mən odumu şimşəklərə
verəcəm!
Qara-qara
düşüncələr içində
Nələr öldü, nələr,
nələr içimdə...
Tez yazım ki, ölsəm, qalar içimdə
Var-yoxumu
vərəqlərə verəcəm!
Salam olsun
Allahım, bu günə şükür,
Yağışlar göydən nur
tökür,
Gecə
adam iplə
çəkir,
Gündüzlərə salam
olsun!
Kədər, bizdən uzaq dolan,
Uzaqda dön, uzaq dolan!
İndi
bizdən uzaq olan
Əzizlərə salam olsun!
Baş ağardan o dağlara,
Biz gəzməyən yaylaqlara,
Yaş axıdan bulaqlara,
Kəhrizlərə salam
olsun!
Bu gün deyil, dünən deyil,
Gedən
kimsə gələn deyil,
Daşdan
baxır, dinən deyil,
Dilsizlərə salam olsun!
Ana, gəlim yanına...
Bir böyük eşq yolunda
Durdurmaz dağlar məni.
Gözlərimcən yaş tökməz
Buzlu bulaqlar mənim!
Qurban olum adına,
Düşürəmmi yadına?..
Qızdırmır öz oduna
Başqa
ocaqlar məni!
Ana, gəlim yanına
İndi sən ağla məni.
Taleyimdən küsmüşəm
Dindirir lağla
məni.
Dərdimi hara deyim,
Daşa-divara deyim,
Səndən sonra daha kim,
Həyata
bağlar məni...
Sənli
ömrüm bir nağıl,
İzn ver, gəlim yaxın,
Qucaqlama
torpağı,
Məni
qucaqla, məni,
Ana gəlim yanına,
İndi
sən ağla məni...
Nübar ELDARQIZI
525-ci qəzet.- 2020.- 26 sentyabr.-
S.23.