Gənc şair Gülnar Ümidin imzasını qəzet dərgilərdən tanıyıram. Bir  kitab təqdimatında da özüylə tanış olmuşdum.

Bu yaxınlarda bir neçə şeirini mənə göndərmişdi. Gülnarın şeirlərində  gəncliyin ayrılıq, həsrət iztirablarını ifadə edən notlar əsas yer tutur. Bu, təbiidir. Lakin poeziyanın çətin yollarında şairə xas olan əsas məsələ inaddır.

İnadlı olmaq, poetik axtarışlar etmək, mütaliə etmək öz yaradıcılıq mühitini yaratmaq gənclərimizin inadına özləri tərəfindən daha çox dəstək ola bilər.

Gülnar da inadlıdır, çalışır ki, bu yolda öz cığırını açsın inanıram ki, uğur qazanacaq. Bu inamla da onun bir neçə şeirini "525-ci qəzet"in oxucularına təqdim edirəm.

 

 

Nazim Əhmədli

 

525-ci qəzet.- 2020.- 26 sentyabr.- S.23.