Tibb tarixinin görkəmli tədqiqatçısı

 

Əlyazmalar İnstitutu – 70

 

PROFESSOR FƏRİD ƏLƏKBƏRLİNİN ELMİ FƏALİYYƏTİ DÜNYA MİQYASINDA RƏĞBƏTLƏ QƏBUL EDİLƏN MÜHÜM NƏTİCƏLƏR VERİB

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2019-cu ilin 2 saylı "Elmi əsərlər"ində  tarix üzrə fəlsəfə doktorları Cavid Cəfərov Nigar Babaxanovanın "AMEA Əlyazmalar İnstitutunun fəaliyyətinin elmmetrik təhlili: İlkin araşdırma" adlı məqaləsi çap olunub. Məqalədə İnstitut alimlərinin xarici ölkələrdə, İmpakt faktorlu Scopus indeksli jurnallarda dərc olunmuş məqalələri əsasında tədqiqat işlərinin elmmetrik təhlilinin ümumi nəticələri verilib. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, İnstitutda aparılan tədqiqat işlərinin nəşrinin, xüsüsən, xarici ölkələrdə nəşrinin, onlara marağın təhlilinə, nəticələrinə həsr olunmuş məqalə ilk təcrübə olaraq, böyük maraq doğurur. Bu ilk təcrübədən sonra yəqin ki, əməkdaşların xaricdə çap olunan elmi işlərinin sayı artacaq biz elmmetrik təhlil vasitəsilə uğurlu nəticələrin şahidi olacağıq.

Məqalədə tərtib edilmiş cədvəllərdən məlum olur ki, bu istiqamətdə xarici ölkələrdə ən çox dərc olunan ən çox oxunan məqalənin müəllifi İnstitutun əməkdaşı, şöbə müdiri, biologiya elmləri namizədi, tarix elmləri doktoru, professor Fərid Urxan oğlu Ələkbərlidir. İlk məlumata görə, cədvəldə F.Ələkbərli 1-ci sıradadır. Çıxarılan ilkin nəticədən qürur hissi duyduğum üçün bu münasibətlə həmkarımızı təbrik etmək qərarına gəldim. Əlbəttə ki, alimin 2019-cu ilədək gördüyü işlərə qısaca nəzər yetirməklə!

Etiraf etməliyik ki, Əlyazmalar İnstitutunun tibbə dair qədim əlyazmalarının həm Şərqdə, həm Qərb ölkələrində tanınmasında F.Ələkbərlinin xidmətləri danılmazdır. Məlumdur ki, zəngin xəzinədə mövcud olan əlyazmalar elmin müxtəlif sahələrinə aiddir, o cümlədən, tarix, ədəbiyyat, nücum, kimya tibbə dair əlyazmalar uzun illər öz tədqiqatçılarını gözləmişdi. Hazırda bunlardan həm Şərq, həm Qərb alimləri bəhrələnməkdədir. Onu da qeyd edək ki, xəzinədən tibbə dair 26 adda əlyazmanın elmi təsviri barədə ilk dəfə vaxtilə Əlyazmalar Fondunun əməkdaşı olmuş Ağaəmi İbrahimov məlumat verib.

Fərid Ələkbərli keçən əsrin 80-ci illərindən etibarən ilk elmi dərəcəsindən səmərəli istifadə edib, orta əsr tibb əlyazmaları üzərində araşdırmalar aparıb, ilk dəfə olaraq onların ümumi miqdarını müəyyənləşdirib. O yazır: "Aydın oldu ki, fondlarımızda 363 orta əsr tibb əlyazması mühafizə olunur. Bu əsərlərin 222-si farsca, 71-i ərəbcə, 70-i türkcə yazılıb, əlyazmalar  X-XVIII əsrlərə aiddir".

F.Ələkbərli bu araşdırmaları ilə müəyyən etdi ki, orta əsrlərdə Azərbaycanda sağlamlığın qorunması sağlam həyat tərzi konsepsiyası mövcud olub bunlar 4 maddədən ibarətdir. Bu tədqiqatın nəticəsində mürəkkəb tərkibli dərmanların 866 növü aşkar edilib, ilk dəfə olaraq F.Ələkbərli tərəfindən onların dərman formaları terapevtik qruplar üzrə təsnifatı aparılıb.

Fərid Ələkbərli rəhbərlik etdiyi "Tərcümə informasiya" şöbəsinin (hazırda "Əlyazmaların əski çap kitablarının tərcüməsi" şöbəsi) əməkdaşlarını da bu istiqamətdə tədqiqata cəlb etməyə müvəffəq olub, nəticədə onun rəhbərliyi ilə tibbə aid onlarla abidə müxtəlif dillərdən tərcümə olunaraq, işıq üzü görüb, namizədlik dissertasiyaları müdafiə edilib.

Fərid Ələkbərli bunlarla kifayətlənməyərək, Azərbaycanın sahib olduğu milli sərvəti qoruyan zəngin xəzinənin ölkədə ölkədən xaricdə tanınması üçün geniş planlar hazırlayaraq həyata keçirib, ilk növbədə, İnstitutda  Tibb Tarixçiləri Birliyi yaradıb. "Azərbaycan Tibb Tarixçiləri Birliyi"nin (2004-cü il) təməli hələ onun 2002-ci ildə İstanbulda keçirilmiş Ümumdünya Tibb Tarixi Konqresində iştirakı ilə qoyulmuşdu. Bu beynəlxalq konqresdə ilk dəfə olaraq Azərbaycandan tarix elmləri doktoru Fərid Ələkbərli, tibb elmləri doktoru Nurəddin Rzayev memarlıq elmləri namizədi Rayihə Əminzadə iştirak etdilər. Bunun ardınca Fərid Ələkbərli İstanbul (2002), Moskva (2003), Sankt-Peterburq (2003), Kil, Paris, Amsterdam (2003), London (2004), Tehran (2004) konfranslarında iştirak etdi. İlk nəticə olaraq 2004-cü ilin dekabr ayında Azərbaycan Tibb Tarixçiləri Birliyi Parisdə yerləşən Ümumdünya Tibb Tarixi Cəmiyyətinin üzv təşkilatı seçildi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda təsis edilmiş Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti Fərid Ələkbərli, heyət üzvləri Əlyazmalar İnstitutunun Azərbaycan Tibb Universitetinin tarixçi alimləri seçildilər. Birliyin I Respublika Elmi Konfransı Bakıda 1-2 fevral 2005-ci il tarixində keçirildi. Konfransı açaraq ilk söz söyləyən prezident Fərid Ələkbərli artıq tibbə dair bir neçə əlyazmanın Azərbaycan, rus ingilis dillərinə tərcümə olunduğu barədə məlumat verdi dünyanın bir sıra ölkələrindən göndərilmiş təbrik məktublarını səsləndirdi.

Azərbaycanda tibb tarixinə həsr olunmuş ilk konfransda səsləndirilən məruzələr tibb tarixinin daha da dərindən araşdırılmasına xidmət etdi. Dinlənilən məruzələr, tibbə dair əlyazmalar, alimlər və ilk tibb təhsili almış azərbaycanlılar barədə bilgilər verdi. Fərid Ələkbərlinin xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə iştirakı və çıxışları xarici ölkə alimlərinin tibbə dair əlyazmalarımıza marağına səbəb oldu. Tezliklə, Beynəlxalq Konfransın təşkilini reallaşdırdı, zəruri etdi. 12-14 iyun 2006-cı ildə Bakıda "Orta əsr əlyazmalarında ənənəvi tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq Konfrans keçirildi. Konfrans Heydər Əliyev FonduVaşinqton Elmlər Akademiyası tərəfindən təşkil edildi. 20-dən çox xarici ölkələrin nümayəndələrinin iştirak etdiyi konfransda YUNESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Beynəlxalq Konfransın Fəxri Prezidenti seçilməsi ölkə rəhbərliyinin milli sərvətimizə diqqətinin dəyərli təzahürləri idi. Məruzələr Azərbaycan, rusingilis dillərində səsləndi. Konfransın işində YUNESKO-nun Dünya Yaddaşı Proqramının rəhbəri Əbdüləziz Abid Ümumdünya Tibb Tarixi Cəmiyyətinin Prezidenti Athanasios Diamandopoulos Vaşinqton Elmlər Akademiyasının vitse-prezidenti Alain Touwaidebir sıra mötəbər, tanınmış mütəxəssislər iştirak etmişdilər (2005-ci ildə AMEA Əlyazmalar İnstitutunun tibbə aid üç əlyazması bu Proqrama daxil edilmişdi).

Artıq Qərb və Şərq alimlərinin tanıdığı Fərid Ələkbərlinin çoxillik elmi fəaliyyəti nəticəsində tibbə dair əlyazmalar qapalı xəzinədə qalmadı, onları dünyanın da tibb mütəxəssisləri, alimləri tanıdılar. O, Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildində əksini tapmış, Azərbaycanda ən qədim zamanlardan XX əsrin əvvəllərinə qədərki dövrdə elmi biliklərin tarixi haqqında bölümün müəllifidir. Azərbaycanda tibb tarixi və qədim əlyazmalar haqqında ingilis dilində ilk kitabın müəllifidir.

X-XVIII əsrlərə aid türk (Azərbaycan), ərəb və farsdilli abidələr üzərində apardığı tədqiqatlar nəticəsində ilk dəfə olaraq 724 növ dərman bitkisini müəyyən etmiş və araşdırmışdı.

Azərbaycanda ilk orta əsr əczaçılıq terminləri lüğətini tərtib etmişdir. Professor Fərid Ələkbərli Vatikan Arxivlərində uzunmüddətli elmi araşdırmalar aparan ilk azərbaycanlıdır. Tədqiqatın nəticələri kitab şəklində nəşr olunub. Bu, Fərid Ələkbərlinin elmi fəaliyyətinin yalnız kiçik bir hissəsi barədə olan məlumatdır. Şübhəsiz ki, 200-dən artıq elmi və elmi-kütləvi əsərin Azərbaycan, rus, ingilis, almanitalyan dillərində 23 elmi və elmi-kütləvi monoqrafiya və kitabın müəllifi olan alimin bizə hələ məlum olmayandoğma Əlyazmalar İnstitutunun 70 illik yubileyinə təqdim edəcəyi işləri də həmin siyahıya əlavə olunacaq.

 

Tahirə HƏSƏNZADƏ,

Tarix elmləri doktoru, AMEA Məhəmməd

Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi

 

525-ci qəzet.- 2020.- 29 sentyabr.- S.12.