Gəzməyə Vətən
yaxşı...
Turizm
ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən
birini təşkil edir. Bu baxımdan turizm enerji sektorundan
sonra ölkəyə
valyuta gətirən ən vacib sahələrdən
biri sayılır. Ölkəmizdə turizm sektorunun tarixinə nəzər saldıqda görürük
ki, sürətli inkişafı müstəqillik
illərinə təsadüf
edir. Bu da,
təbii ki, ölkədə həyata
keçirilən müvafiq
tədbirlərin, görülən
konkret işlərin nəticəsidir.
Muxtar respublikada həyata keçirilən quruculuq, yaşıllaşdırma tədbirləri,
yol infrastrukturunun təkmilləşdirilməsi, əhalinin
sosial rifahının artırılması istiqamətində
görülən işlər,
habelə tarixinin yenidən araşdırılması,
abidələrin, ziyarətgahların
bərpası, müalicə
ocaqlarının yenidən
qurulması, ən ucqar dağ kəndlərinin belə diqqətdən kənarda qalmaması turizmin əksər növlərinin
inkişafına zəmin
yaratdı. Bunlar sırasında biz tarixi-mədəni, sağlamlıq,
dini, ekoturizm, kənd yaşıl turizmi və digər növlərini sadalaya bilərik. Dünya memarlıq inciləri siyahısına
daxil olan Möminə xatın, Qarabağlar və Gülüstan türbələri,
Əlincəqala abidəsi,
"Əshabi-Kəhf Ziyarətgahı"
Dini-Mədəni Abidə
Kompleksi, sorağı
minilliklərdən gələn
Gəmiqaya abidəsi,
Nuh peyğəmbərin
məzarüstü türbəsi,
mühüm müalicə
ocaqları - Duzdağ
Fizioterapiya Mərkəzi
və Darıdağ Arsenli Su Müalicəxanası
bu gün dünyanın müxtəlif
ölkələrindən turistləri
bura cəlb edən amillərdəndir.
Təkcə bu ilin ötən dövrü ərzində Yusif Küseyir oğlu türbəsi, Naxçıvan
şəhər buzxanası,
Kəngərli rayonunun
Şahtaxtı kəndindəki
Şərq hamamı bərpa edilərək istifadəyə
verilib, Sahil Parkı Naxçıvan şəhərinin turist xəritəsinə daxil edilib.
Bundan əlavə,
muxtar respublikada turizmin mövsümiliyi aradan qaldırılıb. Əgər əvvəllər
turistlər üçün
daha çox yaz-yay aylarında gəlmək əlverişli
sayılırdısa, Ağbulaqda
xizək mərkəzinin
yaradılması kimi böyük bir layihədən sonra soyuq aylarda da
səyahət etmək
artıq məqsədəuyğun
sayılır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin
2018-ci il 29 noyabr tarixli sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət
Bölgəsinin yaradılması
isə turizm sahəsinin inkişafı
istiqamətində həyata
keçirilən tədbirlərin
davamlılığını və məqsədyönlülüyünü
göstərir.
2020-ci il ərzində
dünyada sürətlə
yayılan pandemiya ölkə iqtisadiyyatının
bir çox sahələrinə, o cümlədən,
turizm sektoruna öz mənfi təsirlərini göstərdi.
Mənfi
təsirləri minimuma
endirmək və inkişaf perspektivlərinin
qorunması məqsədilə
turizmlə məşğul
olan sahibkarlıq subyektləri, o cümlədən,
Nəqşicahan Holdinq
Şirkətlər qrupu
öz fəaliyyətini
daxili turizmə yönəltdi.
Yerli turistlərin mənalı
istirahətinin təşkili
məqsədilə "Duzdağ",
"Qrand Naxçıvan"
və "Təbriz",
"Avtovağzal" hoteldə,
"Nəqşicahan" moteldə
zəruri təmir işləri aparılıb,
daxili turizmin inkişafına dəstək
məqsədilə satış
qiymətlərində endirimlər
olub. Otellərin saytları yenilənib,
yəni hər bir turist internet üzərindən rahatlıqla
rezervasiya edə bilər.
Turizmdə yüksək keyfiyyətli
restoran xidməti də önəmlidir. İstər yerli,
istər xarici turist üçün mətbəx cəlbedicidir.
Hər hansısa bir restorana getməmişdən
öncə əksər
hallarda həmin obyektin göstərdiyi xidmət və təklif etdiyi menyu ilə maraqlanarlar. Daxili turizmdə restoran xidmətinin səmərəliliyini
artırmaq üçün
yeni menyular hazırlanıb. Açıq bufet tərzindən
Ala-Carte üslubuna keçid
edilib. Holdinqə məxsus restoranlarda
çatdırılma xidmətləri
fəaliyyətə başlayıb.
"Take away" - özünlə
apar və
"Delivery" çatdırılma xidmətləri müştəri
məmnuniyyətinə səbəb
olub.
"Zümrüd" kafenin interyeri yenidən dizayn olunaraq 350 nəfər qonaq tutumuna qədər yüksəldilərək restoran
statusuna keçid edib. Canlı musiqi ilə
qonaqlarını qarşılayan
restoranın həyətyanı
sahəsində besetkalar
hazırlanıb. Həmçinin, "Görüş Yeri" kafesində Bullet Steak House, Chefm,
ChoCha bölümləri
üzrə menyular təzələnərək yeni
setlər əlavə
olunub.
"Təbriz" hoteldə
dünyada və ölkəmizdə dəbdə
olan terras tipli kafe yaradılıb. Muxtar respublika
sakinlərinin ən çox üz tutduğu məkanlardan biri də hotelin
13-cü mərtəbəsində yerləşən əvəzolunmaz
mənzərəsi və
zəngin menyusuyla xidmət göstərən
"Panaroma Restoranı"dır.
Yerli turistlərin
əyləncəli və
yaddaqalan günləri
Duzdağ Aquaparkında
keçirdikləri günlər
olur. Gələn qonaqların
yay istirahətini daha əyləncəli etmək üçün yeni Aquapark menyusu
təklif olunur. Axşamları isə səhnənin
işıq dizaynı
dəyişdirilərək açıq hava diskosu qonaqların xidmətinə təqdim edilib. Duzdağ Aquaparkda yalnız xanımlar üçün
günlər təşkil
olunub və rahat gediş-gəlişlərini
təmin etmək üçün transfer xidməti
yaradılıb. Bundan əlavə,
uşaqlara Aquaparkdan istifadənin ödənişsiz
olması da təklif olunan xidmətlərdən istifadə
etmək istəyənlərin
sayını artırıb.
Bununla belə, "Köpük şou" uşaqlarla yanaşı, böyüklərə
də əyləncəli
anlar yaşadıb.
Kartinq tələbə
paketi ilə 15-30 nəfərlik qrup turları kartinq üçün müraciət
edənlərin sayını
artırıb. “Playstation”
və Kartinq konsepti ilə qonaqlar kartinq sürməklə bərabər,
oyun oynaya da bilirlər. Yeni menyular isə qonaqların
istirahətinin daha yaxşı təşkilinə
imkan verir.
İllərdir, istər yerli, istər xarici turistlərin üz tutduğu sevimli məkanlardan biri Batabatdır. Təbiətin yaratdığı gözəllik həm də bura axın
edən insanlar üçün xidmət
sahələrinin yaranmasını
və ilbəil yenilənməsini zəruri
edir. Batabat İstirahət Mərkəzi
kotteclərində qonaqlayan
müştərilər üçün
bir çox kampaniyalar həyata keçirilib. Yay mövsümü
ərzində həftə
içi qonaqlayanlara səhər yeməyi və Batabat gölünə tur gəzintisi hədiyyə olunub.
Ekstrim şəraitdə qonaqlamağı
sevənlər üçün
İstirahət mərkəzində
2 ədəd karavan tipli, 1 ədəd Orta Asiya çadır
tipli qonaqlama xidməti yaradılıb ki, bu da
xeyli marağa səbəb olub. Batabat meşəsində atla turlar isə turistlərin gəzintisinin
maraqlı və əyləncəli olmasına
hesablanıb.
Ağbulaq muxtar respublikamızda kənd turizminin tətbiq olunduğu ilk ünvandır. Kənd öz
saf havası, gözəl mənzərəsi,
qonaqpərvər insanları və təbii məhsulları ilə
seçilir. Ağbulaq
İstirahət və Xizəkçilik mərkəzinin www.agbulaq.com saytında təklif olunan xidmətlərlə tanış olmaq mümkündür. Mərkəzdə
ümumi uzunluğu
1500, eni isə 30 metr olan dağ-xizək enişi,
xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılıb, süni qaryaratma sistemləri
qurulub. Həmçinin, 20 min
kubmetr tutumu olan süni göl də gözəl mənzərəsi
ilə turistləri özünə cəlb edir.
Ağbulaq İstirahət və Xizəkçilik
mərkəzinin www.agbulaq.com
saytında təklif olunan xidmətlərlə
tanış olmaq mümkündür.
Mərkəzdə müasir tərtibatda 3
yeni kottec və besetkalar yaradılıb, uşaq oyun parkının ərazisi genişləndirilib.
Şənbə
və bazar günləri canlı musiqilər istirahətinizi
daha mənalı edə bilər. Ekstremal turizmi necə sevirsiniz? Elə isə Dağ
motosikleti ilə (ATV -
All Terrain Vehicles) turlara qatılın.
Bütün səylərini daxili turizmin inkişafına yönəldən Nəqşicahan
Holdinq Şirkətlər
Qrupu xidmət sahələrini və çeşidlərini zənginləşdirməklə
həm də yaxın gələcəkdə
xarici turistləri daha yüksək səviyyədə qarşılamaq
imkanları qazandı. Daxili turizmdə
bir canlanma yaradan holdinq sosial şəbəkə
hesablarında davamlı
təbliğat işləri
ilə postpandemiya dövrü üçün
artıq kifayət qədər turist kontingenti toplayıb.
Bu o deməkdir ki, istər dövlət tərəfindən,
istərsə də sahibkarlıq subyektləri
tərəfindən həyata
keçirilən müvafiq
tədbirlər perspektivdə
turizmin yenə də yüksələn xətlə dinamikasını
təmin etmiş olacaq.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədrinin
də dediyi kimi: "Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur... Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı
diqqət mərkəzindədir...
Artıq
Naxçıvan həm
də turizm mərkəzinə çevrilmişdir".
Bəli, günümüzün reallıqları
onu göstərdi ki, istirahətini mənalı keçirmək
üçün uzağa
getmək şərt deyil. Ölkə sərhədləri daxilində hər mövsümə, hər zövqə, hər ailə büdcəsinə
uyğun təklif olunan xidmətlərdən
istifadə etməklə
günümüzü əyləncəli
və maraqlı keçirə bilərik.
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
Televiziyasının baş redaktoru
525-ci qəzet.- 2020.- 30 sentyabr.-
S.22.