Qarabağı özünə qiblə bilən insan
Qarabağı özünə qiblə
bilən insan - <b
style="color:red">Yazı</b>
İnsan Tanrının ona bəxş etdiyi ömrü mənalı yaşayanda gözəl olur. Bunu mən 65 yaşını qeyd etməyə hazırlaşdığımız
dostum, qardaşım,
Azərbaycan Jurnalistlər
və Azərbaycan Yazıçılar birliklərinin
üzvü, Prezident təqaüdçüsü Salman Alıoğlunun ömrünün
görünən və
yaşanan anlarının
qısa xronikasına diqqət yetirəndə bir daha şahidi
oldum. Şahidi oldum ki, əsl
insan dünəni ilə fəxr etməli, bu gününü şərəflə
yaşamalı, sabahını
düşünməlidir...
Adətən hər hansı bir şəxs haqqında yazı hazırlanarkən onun tərcümeyi-halı barədə
məlumat verilir. Mən də bu "klassik" metoddan istifadə edərək əsərimin qəhrəmanını
oxucularımızla qısa
da olsa tanış
etmək istəyirəm.
Babayev
Salman Alı oğlu (Salman Alıoğıu)
1 sentyabr 1955-ci ildə
Ağdam rayonunun Əliağalı kəndində
anadan olub. Ağdam rayonu
Əliağalı kənd
orta məktəbini, sonra isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Ağdam
rayon "Lenin yolu" qəzetində
ədəbi işçi
vəzifəsində işləyib.
1990-cı ildə "Qarabağ" qəzetində
publisistika şöbəsinin
müdiri vəzifəsinə
təyin olunub. 1993-cü ildə "Respublika" qəzetində jurnalist fəaliyyətini davam etdirib, 1996-cı ildə
"Respublika" qəzetinin
Qarabağ bölgəsi
üzrə xüsusi müxbiri təyin olunub və hazırda da həmin vəzifədə çalışır.
1989-cu ildən Azərbaycan
Jurnalistlər Birliyinin,
2010-cu ildən Azərbaycan
Yazıçılar Birliyinin
üzvüdür. 1971-ci ildən dövri mətbuatda çıxış
edir. Salman müəllimin indiyə kimi üç mindən artıq məqaləsi 25 adda qəzet və jurnallarda dərc edilib. O, jurnalist fəlaiyyəti ilə yanaşı, bədii-publisistik
yaradıcılıqla məşğul
olur. İndiyədək
Qarabağ mövzusunda
və müharbə faciələrinə həsr
olunan "Müharibə",
"Ayrılıq olmayaydı",
"Bura Vətəndir",
"Göz yaşı
qurumur", "Yeri görünən insan", "Gözü
yolda qalan var" adlı 6 kitabı nəşr edilib. "Müharibə"
kitabı 1995-ci ildə
bu mövzuda yazılmış əsərlərin
müsabiqəsində ikinci
yerə layiq görülüb.
Həm publisistika,
həm də bədii yaradıcılıqla
məşğul olan
Salman müəllim əsərlərində
yaxşılığından qalmayan, ürəklərdə
gələcəyə inam
toxumunu cücərdən,
haqq-say itirməyən,
bütöv həyatını
vətəninin inkişafına
həsr edən insanlara xüsusi önəm verir. Müəllif həmişə yuxarıya
baxıb fikir edənlərlə deyil, aşağıya baxıb
şükür edənlərlə,
aş yoldaşı yox, baş yoldaşı
olanlarla həmrəy olub.
Yazıçı-publisist Salman Alıoğlunun
yaradıcılığında Qarabağın işğalı,
qədim yurd yerlərindən didərgin
düşən insanların
taleyi, erməni faşizminin qəddarlığı,
qarabağlıların üzləşdiyi
haqsızlıq və
30 ilə yaxın Ermənistanın işğalı
altında inildəyən
torpaqların harayı
geniş təsvir olunub. Bunu müəllifin
stolumun üstündə
olan "Gözü yolda qalan var" kitabında çap olunan publisistik məqalələrin
sərlövhələrində də görmək mümkündür-"Qarabağın
göz yaşları",
"Xocalı strateji hədəf kimi",
"Xocalı faciəsinə
gedən yol",
"Qaradağlı faciəsi:
unudulmayan kədər",
"Mənəvi və
maddi dəyərlərin
nisgilli ünvanı-Ağdam",
"Deportasiya, qaçqınlıq,
məcburi köçkünlük",
"Füzuli-qələbəyə aparan yol", "Laçın-qeyrət qalamız"
və s.
Hər sözünün, hər bir kəlməsinin əvvəli də, axırı da Azərbaycanın
ərazi bütövlüyünün
bərpası, Qarabağın
işğaldan azad edilməsi olan Salman müəllim 30 ildir haray çəkir, dünya ictimaiyyətinə
çatdırmaq istəyir
ki, Ermənistan ordusu Azərbaycanın 20 faiz torpağını işğal edib, bir milyon soydaşımız
qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb.
Ermənistanın işğalçı ordusu Azərbaycanda soyqırımı törədib.
Soyqırımı Azərbaycan xalqına
ölçüyəgəlməz dərəcədə siyasi,
maddi və mənəvi zərbələr
vurmuşdur. XX əsrdə azərbaycanlılara
qarşı terror aktları,
deportasiya, soyqırımı,
qətllər, qarətlər
dünya ictimaiyyətinin
gözləri qarşısında
baş verib.
Salman müəllimi narahat edən budur ki, bu gün
dünyanın digər
ölkələrində insan
hüquqlarının qorunmasında
ciddi məsələlər
həll edilir, lakin doğma yurd-yuvalarından zorla qovulmuş, erməni qəsbkarları tərəfindən
hərbi və mənəvi təcavüzə
məruz qalmış,
insan hüquqlarından
məhrum edilmiş bir milyon Azərbaycan
vətəndaşı səlahiyyətli
beynəlxalq təşkilatların,
dünyada demokratiya, sülh və insan hüquqlarının
təminatçısı kimi
çıxış edən
qüdrətli dövlətlər
taleyimizə biganədirlər.
Erməni qətllərinə, erməni özbaşınalığına
qəti şəkildə
etirazını bildirən
müəllif qətiyyətlə
yazır ki, heç kəs insan ləyaqətini alçaldan alçaq, qeyri-insani cəza və işgəncələrə
məruz qala bilməz.
Təbiidir ki, bu hadisələri,
onların ağır
nəticələrini unutmağa
bizim haqqımız yoxdur. Salman müəllimin dedikləri intiqam üçün deyil, yaddaş üçündür.
Müəllifin yazdıqları laxtalanmış
yaddaşların durulması
üçündür, donmuş
hafizələrin itilənməsi
üçündür, qəflət
yuxusundan oyanmağa dəstək üçündür.
Yazıçı-publisist S.Alıoğlunun sözünün
canı budur ki, hər bir
insanın birinci vəzifəsi vətənini
qorumaqdır. İnsan ləyaqətini, şərəfini və namusunu ifadə edən keyfiyyətlər içərisində Vətən
sevgisi xüsusi yer tutur. Hər bir şəxs çalışmalıdır ki,
həm özü, həm də övladı hansı peşəni seçməyindən,
harada, hansı vəzifədə işləməyindən
asılı olmayaraq, həm fiziki, həm də mənəvi cəhətdən
vətənini qorumağa
qadir olsun və onların qəlbində vətənpərvərlik
dərin kök salsın. S.Alıoğlunun əsərlərini oxuyanda bir daha
əmin olursan ki, hər bir
kəs vətəninə
yaxşı övlad olmalıdır. Yaxşı övladlar
yalnız əslinə-nacəbətina
deyil, bütün xalqa məxsusdur.
Bəşəriyyətə xidmət, cəmiyyətin inkişafına
dəstək müəllifin
həm şəxsi həyatını, həm
də yaradıcılığını
rövnəqləndirən ən ali
prinsipdir. Vətəninə, el-obasına qəlbən
bağlı olan müəllifin əsərlərinin
qəhrəmanlarında vətəndaşlıq
hissi daha güclüdür. Bu qəhrəmanlar ana yurdun daşını-kəsəyini,
adi qanqal özəyini, tozunu-torpağını,
hər saralmış
yarpağını hər
şeydən üstün
tuturlar. Dövlətçiliyə sədaqət, milli-mənəvi
dəyərlərə ehtiram
S.Alıoğlunun oxuculara
aşıladığı, tövsiyə etdiyi yüksək hisslərdir.
Sevindirici haldır ki, Salman Alıoğlunun mövzu, məzmun, mündəricə,
hadisələrə yanaşma
tərzi ilə seçilən əsərlərində
Qarabağ ruhu, Qarabağın ab-havası
qırmızı xətt
kimi özünü bariz şəkildə göstərir. Salman müəllimin
yaradıcılığına hansı prizmadan yanaşırsan yanaş, fərq eləmir, tanıyanların və oxucularının gözləri
qarşısında möhtəşəmliyi
ilə seçilən
bütöv bir kişi, kamil
bir yazıçı
ömrü canlanır.
Bu gün üzü qibləyə yox, hələlik əli çatmadığı, ünü
yetmədiyi bizdən kişilik uman Qarabağ dağlarına,
işğal altında
qalan yurd yerlərimizə sarı boylanan
narahat qəlbli dostum Salman müəllimin
65 yaşı tamam olur. Qarabağda görüşmək arzusu
ilə onu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı,
yaradıcılıq uğurları
diləyirik.
Faiq ŞÜKÜRBƏYLİ
filologiya üzrə
Fəlsəfə doktoru
525- ci qəzet.- 2020.-
3 sentyabr.- S.15.