Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadə yaradıcılığına müraciət edilib

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan incəsənətinin əvəzolunmaz, dahi sənətkarı, Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadə yaradıcılığına müraciət edib.

 

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, oxuculara rəssamın həyat yaradıcılığından, bənzərsiz sənət dünyasından söz açılıb.

 

Öz vətəninin gözəlliklərinə valeh olan Səttar Bəhlulzadə Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib. Onun mənzərələrində Azərbaycan təbiətinin zəngin məzmunlu, əsl poetik obrazı görünür. Səttar Bəhlulzadə 1909-cu il Bakının Əmircan kəndində anadan olub.1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə,1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin Q.M.Şaqalın tələbəsi olub.

 

YaradıcılığaKommunistqəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə ilk karikaturaları çap edilib. Bəhlulzadənin yaradıcılığında tarixi mövzular tarixi şəxsiyyətlərin portretləriBabək üsyanı”, “Fətəli xan”, “Füzulinin portreti bu kimi başqa əsərlər mühüm yer tutur. Müharibədən sonrakı illərdə Abşeronun neft mədənlərini, bağ kəndlərini təsvir edən rəsmlər yaradıb.

 

Müasir boyakarlığımızın sönməz ulduzu, böyük sənətkar Səttar Bəhlulzadə özünün şairanə lirik mənzərələri ilə dünya şöhrəti qazanıb. O, bütün ölkəni-günəşli Abşeronu, bağlı-bağatlı Qubanı, səfalı Qarabağı, “Cənub mirvarisiLənkəranı qarış-qarış gəzib-dolaşıb, bir sıra bənzərsiz şah əsərlərini sənətsevərlərə bəxş edib. BunlardanXəzər gözəli”, “Bazardüzü”, “Əbədi məşəllər”, “Vətənimin baharı”, “Qudyalçayın sahili”, Quba mənzərələri, “Axşam şəfəqləri”, “Xınalıq bir çoxunu qeyd etmək olar.

 

Dahi sənətkar 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib. Doğma Əmircan kəndində dəfn olunub.

 

Əlcəzair, Misir, Livan, Norveç, Kanada, Belçika, Fransa, Yaponiya dünyanın bir sıra ölkələrində fərdi sərgiləri nümayiş etdirilib. Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasında yer alır.

 

 

525-ci  qəzet.- 4 sentyabr.- S.9.