Almaz Ülvinin
“Əlişir Nəvainin
əsri və nəsri” monoqrafiyası çap olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Sənətkarın elmi
pasportu” seriyasından
11-ci kitabı işıq
üzü görüb.
İnstitutun Azərbaycan
- Türkmənistan - Özbəkistan
ədəbi əlaqələri
şöbəsinin müdiri,
filologiya elmləri doktoru Almaz Ülvi
Binnətovanın “Əlişir
Nəvainin əsri və nəsri” adlı kitabı çap olunub. “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabda dahi sənətkarın
elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin
məzmun şərhi,
bəzən mətn tərcümələri təqdim
edilib. Kitab Ədəbiyyat İnstitutunun
Elmi Şurasının
3 iyul 2020-ci il tarixli 3 saylı qərarı ilə yayımlanıb.
Kitabın elmi
redaktorları AMEA-nın
birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Özbəkistanın nəvaişünas
alimi, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovdur. Monoqrafiya
akademik İsa Həbibbəylinin “Azərbaycan
nəvaişünaslığının yeni səhifəsi” adlı əhatəli ön sözü ilə nəşr edilib. Kitabın rəyçiləri filologiya
elmləri doktorları
Ataəmi Mirzəyev, Yaşar Qasımbəyli və filologiya üzrə fəlsəfə
doktoru Akif Azalpdır. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Məcidovadır.
570 səhifədən ibarət kitabın ilk fəsli “Əlişir Nəvai: dövrü, həyatı
və yaradıcılığından
səhifələr” adlanır.
Həmçinin “Əmir
Əlişir Nəvainin
bu tədqiqatda bəhs edilən elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin
xronologiyası” da yer almışdır. Kitabda tədqiqatın qısa mahiyyətini ifadə edən ingilis dilində geniş xülasə, ədəbiyyat siyahısı
və müəllifin
Əlişir Nəvai,
özbək ədəbiyyatı
və ədəbiyyatşünaslığı
ilə bağlı yazdığı kitabları
və məqalələri
də təqdim edilib. Kitab “Elm və təhsil”
nəşriyyatında çap
olunub.
525.ci qəzet.-
4 sentyabr.- S.9.