"Balıqçının
qızı" Moskva
Beynəlxalq Kinofestivalında
"Balıqçının qızı"
Moskva Beynəlxalq Kinofestivalında<b style="color:red"></b>
"Cinex" (Azərbaycan) və "Non-stop prodakşn"
(Rusiya) kinoşirkətlərinin
birgə çəkdiyi
"Balıqçının qızı" bədii filmi oktyabrın 1-dən
8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kinofestivalının (MMKF) əsas
müsabiqəsinin proqramında
iştirak edəcək.
AZƏRTAC
xəbər verir ki, rejissor İsmayıl
Səfərəlinin quruluş
verdiyi "Balıqçının
qızı" filmi Abşeron yarımadasında
yerləşən kiçik
bir kənddə yaşayan balıqçının
həyatından bəhs
edir: "Günlərin
birində balıq ovuna gedən balıqçı itkin düşür və balıqçının qızı
Sara atasının yoxluğuna
inanmaq istəmir. Saranın ailəsi və kənd sakinləri formal
da olsa, dəfn mərasiminin keçirilməsində
israrlıdırlar. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası
kəsilməyən bədbəxtliklərin
səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara
üsyan edir və ailənin hökmünə, ənənələrinə
qarşı çıxır.
Sanki təbiət də onunla birlikdə üsyan edir - qasırğa yaxınlaşır və
Sara atasını axtarmaq
üçün təlatümlü
dənizə üz tutur və hadisələr
bundan sonra cərəyan etməyə
başlayır".
Filmin ssenari müəllifləri Mariya
Zelinskaya, İsmayıl
Səfərəli, Rüstəm
Məmmədov, rejissoru
İsmayıl Səfərəli,
operatoru Şandor Berkeşi, quruluşçu
rəssamı Sergey Zaykovdur. Rollarda Həmail Həsənova, Günəş Mehdizadə,
Vüsal Əzizov, Rasim Cəfər, Fərid Aslanov, Elnur Nəcəfov, Qurban İsmayılov, Mahir Dərviş, Elşən Əsgərov,
İqor Nikulov çəkiliblər.
İsmayıl Səfərəli 2003-cü ildə "Duke Universiteti"ni (Dyurham, NC) bitirərək iqtisadiyyat üzrə magistr dərəcəsi və
2015-ci ildə Moskva Yeni Kino Məktəbində
kinorejissorluq üzrə
magistr dərəcəsi
alıb. 2014-cü ildən etibarən iki filmdə icraçı prodüser vəzifəsində çalışıb,
3 qısametrajlı filmin
prodüseri və rejissorudur, "Gecə qabarması" tammetrajlı
bədii filminin həmmüəllifidir. Həmin ekran
əsəri 2017-ci ilin
iyulunda Karlovı Varı Film Festivalının
intensiv proqramına qatılmaq üçün
digər 6 layihələrlə
seçilib. Bundan başqa,
onun filmoqrafiyasına
"Təkbətək" (2014),
"Yuki üçün layla
(2015) və "Əmin-amanlıq
dənizi" (2017) qısametrajlı
filmlər daxildir.
525-ci qəzet.-2020.- 2 sentyabr.- S.13.