Qənirə Paşayeva
Xalq şairi Fikrət Qoca ilə görüşüb
Milli Məclisin
Mədəniyyət Komitəsinin
sədri Qənirə
Paşayeva Azərbaycan
Yazıçılar Birliyində
Xalq şairi, Birliyin birinci katibi Fikrət Qocayla görüşüb.
Şairin
85 illik yubileyi və "İstiqlal"
ordeninə layiq görülməsi münasibətilə
keçirilən görüş
haqqında millət vəkili özünün
sosial şəbəkə
hesabında paylaşım
edib:
"Azərbaycan Yazıçılar
Birliyinin I katibi, Xalq şairi Fikrət Qocanın 85 illik yubileyi münasibəti ilə Yazıçılar Birliyində
olduq. Hörmətli şairimizi həm
yubileyi, həm də cənab Prezidentin imzası ilə "İstiqlal"
ordeni ilə təltif olunması münasibəti ilə təbrik etdik.
Görkəmli şairimizi Milli
Məclisin Mədəniyyət
komitəsi adından və şəxsən öz adımdan təbrik edərkən, onun uzun illər
ədəbiyyatımıza yorulmadan xidmət etdiyini, söz sənətimizi zənginləşdirdiyini,
klassiklərin ənənələrini
yeni məzmun və formalarda davam və inkişaf
etdirdiyini, Yazıçılar
Birliyinin rəhbərlərindən
biri kimi də, ictimai-mədəni
mühitimizdə özünəməxsus
rola, nüfuza malik olduğunu vurğuladıq.
Fikrət müəllimin təqdirəlayiq
fəaliyyəti, ədəbiyyat
qarşısında xidmətləri
dövlətimiz tərəfindən
həmişə yüksək
qiymət alıb. 85 illik yubileyi münasibəti ilə ali
ordenlə təltif olunması bu qiymətin parlaq təcəssümüdür.
Ustad şairimizi
bir daha təbrik edir, möhkəm can sağlığı,
yeni yaradıcılıq
uğurları arzulayırıq!"
Ona göstərilən
bu diqqətə görə təşəkkürünü
bildirən Fikrət Qoca dövlətin ədəbiyyata, mədəniyyətə
hər zamankı qayğısından razılığını
ifadə edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 3
sentyabr.- S.13.