Yaradıcı insan ailə.

 

 

 

Ailə hər kəsin ehtiyac duyduğu, insanı tamamlayan, özünü bütöv hiss etməsinə imkan verən, doğru yaşam tərzi seçməyi öyrədən, kənar təzyiqlərdən qoruyan, tək özünü düşünməyib başqaları üçün də yaşamağı, paylaşmağı, bölüşməyi aşılayan kiçik birlikdir, etibarlı sığınacaqdır. qədər sərbəst yaşamağı sevsən, qədər bu birlikdən uzaq olmağa çalışsan da, bir gün ona ehtiyac hiss edəcəksən. Bir  ailənin, yuvanın olmağına can atacaqsan. Ailə üçün düzgün seçim-filan - bunlar bir başqa mövzudur. Bu gün məhz "yaradıcı insan ailə" mövzusuna toxunmaq istərdim.

 

Diqqət etsək, bir çox sənət adamları, xüsusən söz adamlarının ailəsində əksər hallarda söz-söhbət, giley-güzar, ən pis halda isə ayrılmalar-boşanmalar, deyərdim ki, adi hala çevrilib. həmişə bu fikirdəyəm ki, yaradıcı insanın ailədə xoşbəxt olması şans məsələsidir. Ailə haqqında insan subay olduğu zaman fərqli düşünür. Mən belə olacam, belə  edəcəm... Tanışlıq dövründə hər kəs yaxşı tərəfini göstərdiyi üçün özləri haqqında "biz ideal cütlüyük"  deyə düşünürlər. Amma nikahdan sonra bəzən çoxlu  problemlər üzə çıxır ki,  bu problemlər   yaradıcı insanlara daha böyük zərbə vurur.

 

Gənc xanımlar romantikaya meylli olduğu üçün adətən şair oğlanlara qarşı həssas olurlar. Onların misralarını gözlərindən ürəklərinə çəkirlər, sehrlənirlər, xəyallar qanadında uçurlar. Bu misraların müəllifi üçün canlarından keçə biləcəklərini düşünürlər. Onu hind filmlərində qəfildən daşın, ağacın arxasından, güllərin arasından çıxıb sevgi nəğmələri oxuyan,  yaşıl çəmənlikdə rəngbərəng çiçəkləri sevdiyi qızın başına yağdıran obraz kimi təsəvvür edir, elə həmin filmlərdəkinə bənzər, rəngarəng bir həyat yaşayacaqlarına inanırlar...

 

Ailənin ilk vaxtlarında onlar çox xoşbəxtdirlər. Poeziya, sözün sehri, duyğusallıq... hər iki tərəf bir-birinə qarşı anlayışlıdır.  Ta ki ailədə bir övlad dünyaya gəlir, ta ki maddi çətinliklər üzə çıxmağa başlayır, həmin romantik, sevdiyi üçün canından keçə biləcəyini düşünən qızların üzündəki təbəssüm çəkilir, qaşlarının arası düyünlənir, sifətindən zəhrimar yağmağa başlayır. "Kişinin ürəyinə yol mədəsindən keçir" düşüncəsi ilə  hər gün həvəslə hazırladığı ləziz xörəklər ərşə çəkilir, əvəzində soyuducuda iki gündən qalmış xörək kişinin başına çırpılacaqmış kimi qəzəblə masaya çırpılır. Qadının söz-söhbəti dəyişir. Əvvəllər onu göylərə qaldıran şeirlərə indi ironiya ilə yanaşır. Onun üçün qış tədarükü - pomidor, xiyar turşusu, gilas mürəbbəsi, şaftalı kompotu  ərinin çap olunmuş yeni kitabından, yazılarının xarici ölkə mətbuatında yayımlanmasından, yaradıcılıq uğurlarından, ictimai nüfuzundan  daha maraqlıdır. Ər işdən gəldiyində əvvəlki kimi onun üzünə, gözlərinə yox, əllərinə baxmağa başlayır. O əl boşdursa, "tufan" qopur. Deyinir, "dilini dinc qoysaydın, filan yerdən qovulmazdın", "Filankəsin haqqında filan fikri yazmasaydın, gül kimi qazancı olan yerdə işləyərdin", "Dünya dağılır, sənə ? Uşağın istədiyini ala bilmirsən, dünyanın dərdini çəkirsən" kimi yırtıcı sözlərlə daha da yaralayır onun qəlbini. Subay vaxtı şeirlərinin hər misrasını əzbər bildiyi ərinin içindəki ağrını, gözlərindəki kədəri indi oxuya bilmir. Onu öz dünyasından qoparıb  zorla gündəlik məişət mövzularının içinə salmağa çalışır. Hiss etmir ki, köksünə dünya boyda ağırlıq  sığdıran bu insan çatmış olduğu yüksəklikdən geri dönməyi bacarmaz, o ucalıqdan bir azacıq  aşağı əyilsə,  məhv olar. Qadın bunları anlamır, anlamaq istəmir. Onun üçün ucalıq puldur. Kişi yalnız evə pul gətirən bir vasitədir bunu yetərincə etmirsə, edə bilmirsə, o ailədə yeri yoxdur, gərəksizdir, lazımsızdır. Beləliklə, misra-misra qazanılmış  sevgi roman-roman ağrıya çevrilir. Sonra söz-söhbətlər, təhqirlər, dava-dalaşlar başlayır. Nəhayət, qəzəbli qadın çırpır qapını, uşaqlarını "kökündən" qoparıb tərk edir ocağını, yuvasını.

 

İstər qadın olsun (deyim ki, bizim yaradıcı qadınlar  daha şanssızdırlar. Onlar bəzən böyük fədakarlıq edərək getməyi yox, bütün varlığını, düşüncələrini, baxışlarını  ailəyə qurban verməyi üstün tuturlar ki, bu da  neçə-neçə istedadın mətbəxdə çürüməsinə səbəb olur), istərsə kişi, yaradıcı insanla ailə qurarkən onun  müxtəlif  vaxtlarda,  müxtəlif ruh halında olmasından irəli gələn ərköyünlüyünü, çılğınlığını bunlara güzəştə getməyi gözə almalısan. Bir şeirin doğulmasına, bir romanın yazılmasına, bir musiqinin bəstələnməsinə, bir rəsm əsərinin çəkilməsinə qədərki zamanda  o insanın içindəki təlatümlər, götür-qoylar, həyəcan, stress, özünəqapanma, vəcd məqamı, sıradan birinə izah edə bilmədiyi bunun üçün daha çox yaşamalı olduğu  gərginlik   sənin üçün bir heç olacaqsa, onun durumunu anlamadan, yaradıcılığa ayırdığı vaxta qısqanclıqla yanaşacaq, onu məişət problemləri ilə yükləyəcəksinizsə, bu ailənin təməli qoyulmasa, daha yaxşıdır. Xanımlara xitabən, Xəlil Rza Uluturkün, Məmməd Arazın, Vaqif Bayatlı Odərin onlarla digər yaradıcı insanların xanımlarını misal göstərə bilərik ki, bu qadınlar sözün həqiqi mənasında ömür-gün yoldaşı olmağı, o şairlərin ərköyünlüyünü anlayışla qarşılamağı, öz həyatlarından nəyi isə qurban verməyi bacarıblar. Çünki bir evdə yaşadıqları şəxsin dəyərini, böyüklüyünü, çəkisini biliblər o şəxsin təkcə öz ailəsinə, qohumlarına yox, ədəbiyyata, insanlığa aid olduğunu qəbul ediblər. bu gün həmin şairlərin adı çəkiləndə xanımları da onların parası, yarısı kimi göz önünə gəlir. Yaradıcı insanla bir yerdə yaşamaq, onunla həyatını paylaşmaq çox çətindir ailə qurmağı planlaşdırarkən, bunlar mütləq nəzərə alınmalıdır. Sonadək yanında olmağı bacarmayacaqsınızsa, gözünüzü yumub, hisslərə qapılıb o insanların həyatına girməyin. Paralamayın, bölməyin onları. İmkan verin tam olmağı, bütöv olmağı bacarsınlar. Bəlkə fikirlərim bir az qarışıq görünə bilər. Amma sözsüz ki, ailə kimi böyük məsuliyyəti çiyninə götürən yaradıcı insan da digərləri kimi öhdəsinə düşəni bacardığı qədər etməyə, ailənin maddi mənəvi ehtiyaclarını birgə ödəməyə, övladları birgə böyütməyə, tərbiyə verməyə, istiqamətləndirməyə hazır olmalıdır. Mən yaradıcı adamam deyib bu məsuliyyətdən tamamilə qaçaraq bütün yükü qarşı tərəfin üstünə atmamalıdır. Günlərlə xəyallara qapılıb göylərdə uçmamalıdır. Amma bundan məhrum da olmamalıdır ki, bunun üçün anlayışlı, ən zor durumda belə onu tərk etməyən, dəstək olan, güc verən, özü ilə baş-başa qalmasına imkan yaradan bir parasının olması lazımdır. Bu olmayacaqsa, onda çox sevdiyim şair - yazar Cavi Danın misraları ilə desək, hər yer ona qürbət olacaq:

 

Məhsəti Musa

525-ci qəzet.- 2020.- 2 sentyabr.- S.14.