Kamal AbdullanınDədə Qorqud poetikasına girişkitabı Türkiyədə çap olunub

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Dədə Qorqud poetikasına giriş. Dansökülən variantkitabı Türkiyədə çap olunub.

 

AZƏRTAC xəbər verir ki, məşhurÖtükennəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi Ön söz”ün müəllifi Əli Duymazdır. Nəşriyyat kitabla bağlı yazdığı annotasiyada qeyd edib ki, Azərbaycanda beynəlxalq aləmdə çox sayda mükafatlara layiq görülən Kamal AbdullanınGizli Dədə Qorqud”, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yoxkitabları bir çox ölkələrdə, o cümlədən Türkiyədə işıq üzü görüb.

 

Əli Duymaz isə yeni nəşri son dövrlərdə Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayılan Kamal AbdullanınGizli Dədə Qorqudseriyasından çap olunanGizli Dədə Qorqud”, “Sirr içində dastan yaxudGizli Dədə Qorqud”, “Mifdən yazıya ya Gizli Dədə Qorqudkimi əsərlərinin davamı olmaqla yanaşı, tamamilə orijinal yaradıcılıq nümunəsi kimi xarakterizə edir: “Əsərin Azərbaycanda 2017-ci ildə çap olunan adıKitabi-Dədə Qorqud poetikasına giriş. Dansökülən variantı”dır. Yazıçı bundan əvvəl nəşr olunmuş kitablarından iki hissəni bu əsərin axırına əlavə etmək ehtiyacı duyub. Əsərdə qədim mətnlər kontekstində Dədə Qorquda yeni yanaşmalar var bu yanaşmalarpoetikaanlayışı çərçivəsində bütövlük qazanır. Əsərdə qədim bir mətn kimiDədə Qorqud kitabıanaxronik mətn, estetik poetiklik, ilkin mif, mif dövrü, ibtidai sənətlərin qədim mətnin formalaşması, birbaşa məcazi məna sahələri kimi yeni termin anlayışların orbitində qiymətləndirilir. “Dədə Qorqud kitabımifdən yazıya doğru müxtəlif tarixi kulturoloji dövrlərin izlərini öz canında daşıyan buna görə anaxronik mətn kimi saf-çürük edilməkdədir. Kamal Abdulla bu tarixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji estetik keyfiyyətlərinə görə təhlil edir.

 

Kamal Abdullanın ən böyük zəhməti əməyiKitabi-Dədə Qorqud”u universal səviyyədəki dünya dastanlarının arasına qatmaq, beynəlxalq miqyasda tanıtmaq qəbul etdirmək cəhdidir. Bu kontekstdə semantika, semiotika, fəlsəfə kimi sahələrin metodlarına da tez-tez müraciət etməkdə, dünya ədəbiyyatının monumental əsərləri ilə Dədə Qorqudu müqayisə etməkdədir”, – deyə tərcüməçi kitaba yazdığı ön sözdə qeyd edir.

 

Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal yeni yanaşma təqdim edilir. Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz əlavələrdən ibarətdir.

 

Kamal Abdullanın bu fundamental tədqiqatı müasir türkologiyada dil abidələrinin müxtəlif rakurslardan öyrənilməsi işinə böyük töhfə olmaqla yanaşı, həm türkologiyanın sərhədlərinin genişlənməsi üçün qiymətli mənbədir.

 

Ədalət.- 2020.- 5 sentyabr.- S.13.