Azərbaycan təbiətinin mirvarisi - Göygöl Milli Parkı

 

 

 

Yəqin ki, Göygölün "həyat hekayəsi"ni bilməyən yoxdur... 1139-cu ildə baş verən zəlzələ nəticəsində Kəpəz dağının bir hisssəsi uçaraq su çayının qarşısını kəsir nəticədə Göygöl yaranır.

 

Göygöl onun ətrafında yayılmış meşələr öz zənginliyi füsunkarlığı ilə dünyada məşhurdur. Göygöl təbiətinin gözəlliyi sayəsində daima diqqəti cəlb edib XX əsrin əvvəllərində - 1910-1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılıb. 1925-ci ildə Azərbaycan ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. Sonralar qoruq ləğv edilib ictimaiyyətin arzu təkliflərinə əsasən 1965-ci ildə yenidən təşkil edilib.

 

2008-ci ildə isə Prezidentin imzaladığı sərəncama əsasən, Göygöl Dövlət Təbiət Qoruğunun Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılıb. Sahəsi 6739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılıb.

 

Zəngin bitki örtüyünə malik park

 

Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanıb. Ərazidə qışı quraq keçən soyuq iqlim qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Digər dağətəyi rayonlarda olduğu kimi, Göygöl rayonunun da iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Dağətəyi ərazilərdə alçaq dağlıqda qışı quraq keçən mülayim-isti, orta dağlıqda qışı quraq keçən soyuq, yüksək dağlıqda isə dağ tundra iqlimi hakimdir. Havanın orta illik temperaturu rayon ərazisində müsbət 10 dərəcədən yüksək olduğu halda bəzi yüksək dağlıq zonada 0 dərəcədir. Yağıntılı dövr yaz payızın əvvəli, quraq dövrü isə qışdır. Qışı əsasən mülayim keçir qar örtüyü o qədər davamlı deyil. Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp alp dağ-çəmən bitki ekosistemləri yayılıb. 1100-2200 metr hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaqlı ağaclardan şərq fıstığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan isə, Kox şamı (qarmaqvari şam) təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən s. geniş yayılıb. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, Steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc s. göstərmək olar. Bu növlər ən çox subalp çəmənliyində yayılıb.

 

 

 

Adı "Qırmızı kitab"a düşən Şərqi Qafqaz təkəsi Zaqafqaziya qonur ayısı

 

Milli parkın ərazisinin 2000-ə qədər hündürlüyü əhatə etməsi, müxtəlif bitki formasiyalarının bir-birinə əvəz etməsi, ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin xeyli zənginliyinə şərait yaradıb. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik digərlərini göstərmək olar. Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı, cüyür, qonur ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, daşlıq dələsi, gəlincik, adi kirpi, tülkü, Radde qonurdişi, Qafqaz köstəbəyi, ağqarın ağdiş s., quş növlərindən bildirçin, meşə göyərçini, adi qur-qur, meşə cüllütü, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapalaq, bayquş, qu quşu, qara ağacdələn, sarıköynək, meşə torağayı, çil qaratoyuq s. yayılıb. Ərazidə məskunlaşan heyvanlardan ikisinin -Şərqi Qafqaz təkəsi Zaqafqaziya qonur ayısının adı "Qırmızı kitab"a düşüb. "Qırmızı kitab"da Göygöldə yaşayan qorunan forel balığının bir çox quşların da adı var. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı, Göygöldə isə farel balığı qorunur.

 

 

 

Gözəlliyi ilə göz oxşayan 13 göl

 

Göygöl Milli Parkının ərazisində ümumilikdə 13 göl var ki, onlardan 7-si böyük göllər sırasına daxildir. Gözəlliyi ilə göz oxşayan Maral göl parkın ərazisində yerləşir. Bu göl füsunkar gözəlliyi, xüsusilə suyunun şəffaflığı ilə insanları heyran edir. Göygölə gedən hər bir kəs mütləq Maralgölü seyr etməyə çalışır. Yaşıllığın arasında balaca bir göl olan Maralgölün eni uzunu 1 kmqədərdir. Dərinliyi 97 metrdir. Dağların, təpələrin, güllərin, çiçəklərin arasında yerləşən bu dağ gölü güzgü kimi mənzərəni özündə əks etdirir. Su oksigenlə zəngin olduğu üçün burada farel balığının saxlanması mümkündür. Göl bənzərsiz gözəlliyi, suyunun şəffaflığı ilə seçilir. Yol boyu palıd, cökə, qovaq s. ağaclar insanın zövqünü oxşayır. Maralgölünü ziyarət etmək üçün təbiətin yaratdığı daha bir möcüzəni - 365 ədəd pilləkəni qalxmaq lazım gəlir. Təbiət möcüzəsini gözləri ilə görmək üçün məsafələr qət edib gələnlər pilləkənin sayını biləndən sonra bəzən fikirlərindən daşınırlar. Ancaq qeyri-adi gözəliyi görmək üçün ilin günlərinin sayına bərabər pilləkənləri qalxmaq özü əyləncəli çox maraqlıdır. Dəniz səviyyəsindən 1902 metr yüksəklikdə yerləşən Maralgölün ətrafını Göygöldən fərqli olaraq uca dağ çəmənliyi əhatə edir. Hava burada çox sərin olur. Dağlar qoynunda olan bu göldə havanın təmizliyini, oksigen ilə zənginliyini hər nəfəs alışında hiss etmək mümkündür.

 

 

 

Güzgü kimi göl

 

Göygölün ərazisində yerləşən Güzgü gölü adından göründüyü kimi, Güzgü gölü isə ətrafdakı mənzərəni güzgüdəki kimi özündə əks etdirir. Göl iki hövzədən ibarətdir. Birinci hövzənin sahəsi 1 hektar, dərinliyi 6-8 metrdir. Qayalıq ərazisində dərinliyi 10 metrdən 16 metrə qədərdir. Dibində olan bütün daşlar görülür. Gölə atılan əşya 5-6 dəfə böyüyür. Onun üçün bu göl Güzgü gölü adlanır. İkinci hövzə meşəliyin arasında yerləşir, gün işığı düşdüyü zaman parıldayır. Adının Güzgü gölü olmasının bir səbəbi budur.

 

Dünyada Güzgü gölünə bənzəyən göllər var. Onlardan biri  Yeni Zelandiyada yerləşən Metison gölüdür. Şəfəqdən sonra suyun sakitliyi gölü güzgü kimi hamar edir. Təbiətin ecazkar əksi sanki güzgüdə görünürmüş kimi göldə əks olunur.

 

S.QARAYEVA

525-ci qəzet.- 2020.- 5 sentyabr.- S.21.