Səttar Bəhlulzadə
yaradıcılığına daha bir müraciət
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin nömrəli
filialı Azərbaycan
incəsənətinin əvəzolunmaz
dahi sənətkarı,
Azərbaycanın Xalq
rəssamı Səttar
Bəhlulzadə yaradıcılığına
müraciət edib.
Baş İdarədən
bildirilib ki, oxuculara rəssamın həyat və yaradıcılığından, bənzərsiz sənət
dünyasından söz
açılıb.
Öz vətəninin
gözəlliklərinə valeh olan Səttar
Bəhlulzadə Azərbaycan
təbiətinə həsr
edilmiş yüzlərlə
mənzərələr çəkib. Onun mənzərələrində
Azərbaycan təbiətinin
zəngin məzmunlu, əsl poetik obrazı görünür.
Səttar Bəhlulzadə
1909-cu il Bakının
Əmircan kəndində
anadan olub.1927-ci ildə
rəssamlıq məktəbinə,
1931-ci ildə Azərbaycan
Rəssamlıq Məktəbinə,1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq
İnstitutuna daxil olub. 1941-ci ildə Surikov adına
Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur
rəssamlar V.A.Favorskinin
və Q.M.Şaqalın
tələbəsi olub.
Yaradıcılığa "Kommunist" qəzetində
Əzim Əzimzadənin
rəhbərliyi ilə
başlayıb. 1931-1933-cü illərdə ilk karikaturaları
çap edilib. Bəhlulzadənin yaradıcılığında
tarixi mövzular və tarixi şəxsiyyətlərin portretləri
"Babək üsyanı",
"Fətəli xan",
"Füzulinin portreti"
və bu kimi başqa əsərlər mühüm
yer tutur. Müharibədən sonrakı illərdə
Abşeronun neft mədənlərini, bağ
və kəndlərini
təsvir edən rəsmlər yaradıb.
Müasir boyakarlığımızın sönməz ulduzu, böyük sənətkar
Səttar Bəhlulzadə
özünün şairanə
və lirik mənzərələri ilə
dünya şöhrəti
qazanıb. O, bütün ölkəni-günəşli Abşeronu,
bağlı-bağatlı Qubanı,
səfalı Qarabağı,
"Cənub mirvarisi"
Lənkəranı qarış-qarış
gəzib-dolaşıb, bir
sıra bənzərsiz
şah əsərlərini
sənətsevərlərə bəxş edib. Bunlardan "Xəzər gözəli", "Bazardüzü",
"Əbədi məşəllər",
"Vətənimin baharı",
"Qudyalçayın sahili",
Quba mənzərələri,
"Axşam şəfəqləri",
"Xınalıq" və
bir çoxunu qeyd etmək olar.
Dahi sənətkar 1974-cü il oktyabrın 14-də
Moskvada vəfat edib. Doğma Əmircan kəndində
dəfn olunub.
Əlcəzair, Misir, Livan, Norveç,
Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra ölkələrində
fərdi sərgiləri
nümayiş etdirilib.
Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri
daimi eksponatlar sırasında yer alır.
525-ci qəzet.- 2020.- 4 sentyabr.- S.9.