Mirvari sırğalı naməlum qız - Bir rəsmin dedikləri

 

Bir rəsmin dedikləri rubrikasının budəfəki qonağı sənətşünas Mehbarə Abbasovadır. Mehbarə xanımla Yan Vermeyerin "Mirvari sırğalı qız" rəsmi haqqında olan söhbətimizi təqdim edirik.

 

- Mirvari sırğalı qız əslində, kimdir? Rəssamın sevgilisi, həyat yoldaşı, yoxsa sadəcə, model?

 

- Məişət janr rəngkarlığının görkəmli ustadı, Delft rəngkarlıq məktəbinin nümayəndəsi Yan Vermyerin bizə gəlib çatan 34 əsərindən ən məşhuru müzakirə olunan "Mirvari sırğalı qız" əsərini "şimali Mona Liza" da adlandırırılar.

 

Əsər 1665-ci ildə yağlı boya ilə kətan üzərində çəkilib, ölçüləri 44,5x39 santimetrdir. Rəsm əsəri hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bəzi sənətşünaslar hesab edirlər ki, rəssam o dövr üçün 12-13 yaşı olan öz böyük qızı Mariyanı, digər fərziyyəyə görə, qızının rəfiqəsi Vermeyerin himayəçisi, mesenat Rüyvenin qızını, digərləri isə köməkçisini təsvir etdiyini düşünürlər. Həmçinin, fərziyyə var ki, rəssam uydurulmuş ideal qəhrəmanını təsvir edib. Mona Liza əsərinin əsas sirri təbəssümündədirsə, Vermeyerin təsvir etdiyi xanımın sirri - onun gözlərindədir. O, kimə belə diqqətlə baxır? Onun baxışında hansı emosiyalar oxunulur? Bu sualların düzgün cavabı olmasa da, tamaşaçılar bu sualları verməyə davam edirlər.

 

- Əsərin sehri nədədir?

 

- Əsərdəki xanımın gözləri onun qulağındakı sırğa kimi işıq saçır. Bu gözlərin parıltısı bütün əsəri istilik işıqla doldurur, o bizi elə ovsunlayır ki, gözümüzü çəkə bilmirik. Burada rəssam sanki sirli gözəllik etalonunu təcəssüm etdirib. Qızın bütün bədəni başqa tərəfə yönəldilməsinə baxmayaraq, müəllif model rəssam arasında əlaqəni onun başını çevirməsindəki hərəkətində əla verə bilib. İki tərəfdən neqativ sahələr (üçbucaq sağda düzbucaqlı dördbucaq solda) müxtəlifdir bunlar əsərə maraqlı, xüsusi ritm verir.

 

Bu əsərə heç həmişə belə hörmətlə yanaşılmayıb. 1881-ci ildə kolleksiyaçı des Tombe bərpaya ehtiyacı olan bu əsəri 2,5 qulden (hazırda 0,95 azn) gülməli məbləğə əldə edir. O, 1902-ci ildə bu bir neçə başqa əsəri Haaqadakı Mauritshuis rəsm qalereyasına vəsiyyət edib əsər indiyədək sərgilərdə nümayişi istisna olmaqla orada yerləşir.

 

- Qız sanki nəsə deməyə hazırlaşır. Sizcə, rəssam bunumu vermək istəyib?

 

- Təsvir edilən qız ola bilsin, bir anlıq çevrilib, amma biz onu bu cür yadda saxlamışıq. İncəsənət bizə məhz hər bir andan həzz almağı, təlaş içərisində dayanıb gözəlliyi, ətrafı görməyi öyrədir. Rəssam sanki qızı qəfil tutub, öz fikirlərindən ayılmayan qız başını tamaşaçıya doğru çevirir, müəllif diqqəti qızın gözlərindən mirvarinin parıltısına yönləndirir.

 

- Əsərin yaranması haqqında bilirik?

 

- Əsərin necə yaranması haqda dəqiq məlumat yoxdur: əsər sifarişlə çəkilib, yoxsa rəssamın öz istəyi ilə məlum deyil. Rəssam əsərdə varlı modeli, ya qulluqçu qızı, yoxsa öz qızını təsvir edib - bu da dəqiq bilinmir.

 

 

 

2018-ci il fevralı 21-də alimlər, konservatorlar sənətşünaslar beynəlxalq qrupu Haaqada "Mirvari sırğalı qız" əsərinə texniki baxış keçiriblər. Araşdırma qrupuna rəngkarlıq üzrə konservator Ebbi Vandivere başçılıq edib. Artıq indi, 2020-ci ildə, araşdırmalardan iki il sonra komanda ixtiraları haqda paylaşmalar ediblər.

 

"Mirvari sırğalı qız" əsəri portret deyildi. XVII əsrdə qrafika rəngkarlıqda portretin növü kimi yayılmış bu cür əsərlər troni adlandırılırdı. Troni  Qızıl dövr holland rəngkarlığı flamand barokkosu üçün xarakterik olan əsər növüdür. "Mirvari sırğalı qız"da təsvir olunan qız şərq türbanında göstərilir. XVII əsrdə Avropanı fəth etmiş Sultan Süleymanın sayəsində bu geyim elementi Niderland üçün yad deyildi. O vaxtın dəbpərəstləri ekzotik geyim kultunu həvəslə dəstəklədilər. Ancaq Vermeyerdə çalma həm rənginə görə fərqlənir, həm forması olduqca maraqlıdır. O, iki hissədən ibarətdir: parlaq ultramarin rəngli birinci parça kəllənin formasını vurğulayaraq qızın başına kip oturur. Limon rəngli ikinci hissə duvaq kimi, praktiki olaraq şaquli düşür, bu element qızın çevrilməsinin vizual lövbəri kimi ifadə olunur. Araşdırmalar göstərir ki, əsərdə qızın kiprikləri görsənməsə , zamanında Vermeyer onları təsvir edib, hər iki gözün ətrafında qısa kipriklər aşkar olunub. Ən əhəmiyyətlisi isə budur ki, əsərdə fon hazırda gördüyümüz kimi boş, tünd məkanda olmayıb, Vermeyer xanımı yaşıl pərdə fonunda təsvir edib. Araşdırma göstərir ki, rəssam fonda qızın üzünün dərisini təsvir edərək, onun sarı jaketini, önlüyünü, yaylığını mirvari sırğasını işləyib. Gözəçarpan bir məqam da qızın qulağındakı sırğanın adət edilməmiş forması mirvarinin ölçüsüdür. Ekspertlər iddia edirlər ki, təbiətdə belə ölçülü daşa rast gəlinməyib. Amma yeri gəlmişkən, belə sırğa Vermeyerin digər səkkiz əsərində , o cümlədən, "Mirvari boyunbağıyla qadın", "Məktubla xanım qulluqçu" əsərlərində təsvir edilib.

 

Mirvari - illüziyadır, tabloda boyanın yarışəffaf qeyri-şəffaf toxunuşları ilə verilsə , "mirvarini" qulağa asmaq üçün ilgək təsviri yoxdur. Nəhayət, araşdırma zamanı məlum olan bir element yuxarı sol küncdə Vermeyerin imzasının olmasıdır. Bundan əlavə, araşdırma ilk dəfə Vermeyerin bu əsərində rəng palitrasını aşkar edib. Boya üçün xammal bütün dünyadan gətirilmişdi: Meksika Mərkəzi Amerika, İngiltərə, hətta ola bilsin Asiya Hindistandan. Rəssamın yaylıqda jaketdə istifadə etdiyi yüksək keyfiyyətli ultramarinin istifadəsi xüsusilə heyranedicidir. Əfqanıstandan gətirilmiş lapis lazurit daşından hazırlanan piqment XVII əsrdə qızıldan qiymətli idi. Bu əsərin yaranması haqda Treysi Şevalyenin yazdığı "Mirvari sırğalı qız" romanı əsasında 1999-cu ildə eyniadlı film çəkilib. Filmdə baş rollarda Skarlet Yohanson Kolin Fert iştirak ediblər.

 

 

 

- Vermeyerin bu  rəsmi bizə deyir?

 

- Vermeyerin bu əsəri barədə, rəssamın demək istədiyi haqda tarixdə elə bir dəqiq məlumat yoxdur. Adətən troni işləri naməlum insanlara satıldığından bu rəsmlərdə anonim şəxslər poza verirdilər heç kəs heç vaxt onların adlarını yazmırdı. Bu əsərlə bağlı dəqiq bilgilər olmadığından o, bizim hər birimizə təsəvür şəxsi assosiasiyalar üçün geniş məkan buraxır

 

Sahəd  Aytac

 

525-ci qəzet.- 9 sentyabr.- S.19.