"Bayrağa bükülənin məkanı
cənnət olar..."
- Adilə Nəzərin
şeirləri
Adilə
NƏZƏR
Filologiya
üzrə fəlsəfə
doktoru
Bayrağa bükülənin məkanı
cənnət olar...
Şəhid general Polad Həşimovun
xatirəsinə
Ürəyim bir sim üstə inləyir pərdə-pərdə,
Yanıram alov-alov gözlərim baxa-baxa.
İllərdi ki, dözürəm
sinəmdəki bu dərdə,
Neçə-neçə zülümlə
qalaraq əlbəyaxa...
Dağlayır qəlbimizi hər
gün axıdılan
qan,
Durub gendən
baxırıq bu acı həqiqətə.
Nədən göz yaşımıza
acımır belə,
zaman,
Oğullar qurban gedir hələ
də xəyanətə.
Yolu işıq olanın ömrü bir şam kimidir,
Xain, nankor, satqına hər yerdə lənət olar.
Şəhid də ölərmi
heç, - bu, bir yer çəkimidir,
Bayrağa bükülənin məkanı
cənnət olar.
Düşündürsə də, məni bu meydanlar
dərindən,
Sözüm yoxdu deməyə,
dayanmışam nitqi lal...
Bilirəm, hardan gəlir kökü xəyanətlərin,
O gün də qurban getdi qüdrətli
bir general.
O, köç etdi sevdiyi torpağın qucağına,
Ayaq saxla, salam
ver, ey yolçu,
bu yerlərə.
Harda olsa, baş endir şəhidin ocağına,
De, Turandan salam
var, ölüb, ölməyənlərə!
Eşq olsun o kəslərə - bir amal birləşdirən,
Torpaq üçün, vətənçün
fəda olan hər cana!
Eşq olsun Polad kimi
oğullar yetişdirən,
Hələ yetişdirəcək doğma Azərbaycana!
Qarabağa məktub
ƏZİZİM
QARABAĞ,
Sənə bu misraları bir yay gecəsinin
qapalı küncündən
yazıram.
Qollarımın son döyüşə topladığı
gücündən yazıram.
Sən mənim
arzularımın üfüqlərindən
də o yana
sevdiyimsən, yarımsan-eşimsən.
Səni
məndən nə qədər ayrı salsalar da,
yenə də yaşamaq eşqimsən.
Adına yazılan mahnıları dinlədikcə
yol yorğunu gözlərini görürəm.
Hər gecə yuxumda
şəlalələrinin saçlarını
hörürəm.
CANIM
QARABAĞ,
Bilirsənmi,
30 ildir qədərim
oldun-qəzam oldun.
Hansı
günahı işləmişdim
ki,
bu qədər ağır cəzam oldun...
Əgər bu gün dağlar, meşələr
dil açsaydı deyərdi ki,
30 illik taleyin ən
viranəsi sənədisə,
sevgilərin də ən şahanəsi sənədir..
Saçlarının hər telinə
şeirlər, şərqilər
yazıldi..
Bilirsənmi, 30 ildə
ürəyimdə nə qədər məzar qazıldı?..
GÖZÜM
QARABAĞ,
Dünən əllərimdə bir
boşluq,
qulağımda
küçə lampalarının
qanlı öskürəyi,
qəlbimdə talan olmuş ümidlər vardı..
Bügünsə sevinc gözyaşlarından
islanmış dəsmalım..
Bir də
yanımda zülmə
meydan oxuyan
iki ay-ulduzlu bayraq,
Zirvələr açılır, dumanlar
keçir,
Təzə ümidlər göyərir
qəlbimdə...
SÖZÜM
QARABAĞ,
Duyursanmı, çatırmı sənə
ayaq səsim?
Qolundakı qandalı,
ayağındakı zənciri
qıracağam.
barıt qoxuyur nəfəsim..
Mənim
qəlbimdəki məhəbbət
təkcə nərgiz
qoxulu deyil.
Qorxma, Qarabağ,
daha mən də qorxmuram,
qovuşmaq ümidi
varsa,
ayrılıq qorxulu deyil..
Vətənim
Uca başın buludlarla yarışsın,
Gur saçların küləklərə
qarışsın,
Çətin gündü, küsənlərin
barışsın,
Qızmar
iyul günəşinə
boy verib,
Ocaqların daha da gur alışsın.
Vətənim.
Sökülsə də, şah xalından yüz ilmə,
Zalımların tapdağında əzilmə,
Keçəcəkdir ağır günlər, üzülmə,
Ya gec, ya tez
hökmü gələr
göylərin, -
Ulu Tanrı
susqun qalmaz bu zülmə.
Vətənim.
Möhkəm basır, şükür,
hələ ayağım,
Poladdandı əyilməyən dayağım,
Sevgidəndir hər əsləhəm, yarağım.
Keşiyində kişi kimi durmuşam,
Qanadlanır başım üstə bayrağım.
Vətənim.
Şuşan, Ağdamınam, Tərtərinəm
mən,
Sənə məhəbbətdə çox dərinəm mən,
Baxma ki, gül üzlü bir pərinəm mən.
Bülbüldən qurtardım, güldən
qurtardım,
Bu gündən könüllü
əsgərinəm mən.
Vətənim.
Salam olsun
Çayır, çeşmə, meşə,
dağ,
Arana salam olsun!
Təbriz,
Dərbənd, Qarabağ,
Yarana salam olsun!
Çağır oğul-qızını,
Haydan alsın xıncını..
Qolu haqq qılıncını
Vurana salam olsun!
Qoşulsun yellərinə,
Bir olan dillərinə...
Üzü türk ellərinə
Durana salam olsun!
Qatma, Eşqi sevgilə,
Haqq sevgisi seçilər..
Tovrata, həm İncilə,
Qurana salam olsun!
Baxmasınlar kəc ilə,
Mərdlik olmaz mərc ilə..
Qaranlığı vəcd ilə
Yarana salam olsun!
İçindəki nurunan,
Qəlbindəki qorunan,
O uzaqdan görünən,
Turana salam olsun!
Ağlama
Deyirlər ki, dərd eləmə hər şeyi,
Bu dünyanı sel
tutacaq, ağlama.
Açılmayan hər düyünə,
müşkülə,
Tanrı özü əl qatacaq, ağlama.
Aciz olma, aciz olan
dərd elər,
Həyat
səni döyə-döyə
mərd elər,
Əlbət bir gün açılacaq pərdələr,
Yaxalara əl çatacaq, ağlama.
Nələr çəkdik bu
zamanın öcündən,
Başlar
itib, köç ayrılıb köçündən,
Bir gün biri sıyrılacaq
içindən,
Durğun gölə daş atacaq, ağlama.
Ömür qısa, həyat
acı, tale bəd,
Gəldi
qondu yaxamıza hər illət,
İnanaq
ki, bir dəfə
də bu millət,
Tez oyanıb
gec yatacaq, ağlama.
İnamınla qayanı çap,
dağı yar,
Ay Adilə, son qoy gəl bu ağıya,
Nə bu vətən yem olacaq yağıya,
Nə də ki bu qan
batacaq, ağlama.
Adilə Nəzəri
525-ci qəzet.- 2020.-
10 sentyabr.- S.14