Zəngin və mənalı ömür yolu - Yubiley yazısı
TANINMIŞ
ƏDƏBİYYATŞÜNAS, TƏRCÜMƏÇİ,
PUBLİSİST MAQSUD HACIYEVİN 85 YAŞI TAMAM OLUR
Zəngin
və mənalı ömür yolu - <b
style="color:red">Yubiley yazısı
</b>
Tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist
Maqsud İbrahim oğlu
Hacıyev 1935-ci il sentyabr ayının 10-da Qonaqkənd
(Quba) rayonunun Gümür kəndində
anadan olub, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini
bitirib. Azərbaycan
EA-nın Şərqşünaslıq,
Milli Münasibətlər,
Arxeologiya və Etnoqrafiya və Dilçilik İnstitutlarında
elmi işçi və Baş elmi işçi olub, uzun illər
Əfqanıstanda və
İranda fəaliyyət
göstərib.
M.Hacıyev uzun illər ərzində Azərbaycan
ədəbiyyatının Yaxın
Şərq xalqları
ədəbiyyatı ilə
əlaqələrini tədqiq
edib. Onun "Azərbaycanda
yazılmış ilk fars
dili dərslikləri haqqında", "İranda
dramaturgiyanın yaranmasında
azərbaycanlıların rolu",
"Sabir mənim müəllimimdir", "Şairlər
məskəni" kimi
məqalələri İran-Azərbaycan ədəbi-mədəni
əlaqələrinə həsr
olunub.
M.Hacıyevin İran səfəri nəticəsində qələmə
aldığı "Beş
il qonşu diyarda" irihəcmli publisistik əsəri, eləcə də İrana səfərindən
sonra yazdığı
"İran etüdləri" sənədli povesti, "Suda toy", "Bir yay axşamı", "Üç
kartof və üç yüz uşaq" hekayələri
müxtəlif vaxtlarda
mətbuatda işıq
üzü görüb.
M.Hacıyev Əfqanıstan ədəbiyyatına
və mədəniyyətinə
dair bir sıra məqalələrin
də müəllifidir. Onun
"Məzari-Şərif muzeyində",
"Sönməz məşəl",
"Üç il əfqanlar arasında",
"Dörd ildə gördüklərim", "Xəzər
tez-tez yuxuma girir", "Yaxın qonşu uzaq qohumdan yaxşıdır",
"Müasir əfqan
şeirində Azərbaycan
mövzusu", "Qoca
diplomatın xatirələri",
"Əfqanıstandakı əfşarlar haqqında"
kimi elmi-publisistik müxtəlif illərdə
geniş oxucu kütləsi tərəfindən
maraqla qarşılanıb.
M.Hacıyevin əfqan yazıçı
və şairlərinin
yaradıcılığından elədiyi tərcümələr
bu qədim ölkəni Azərbaycan oxucusuna tanıtmaqda böyük rol oynayıb. Onun "Əfqanıstan görüşləri" kitabı
1989-cu ildə "Yazıçı"
nəşriyyatında çapdan
çıxıb.
Bundan başqa, M.Hacıyevin Azərbaycan xalqının
adət və ənənələrinə, həmişəyaşar
qədim Novruz bayramına, unudulmuş xalq oyunlarımıza həsr olunmuş "Azərbaycanlıların adət
və ənənələrindən",
"Azərbaycanlıların bəzi adət-ənənələri
haqqında", "İnamlar
və inanclar",
"Qədim oyunlarımızı
həyata qaytaraq",
"Xalq oyunlarımız
və klassik poeziya", "Qədim Novruz bayramı haqqında", "Torpağın
Novruz nəfəsi",
"Novruz bayramı
min il bundan əvvəl və bu gün", "Qədim azərbaycanlılarda
Novruz bayramı" kimi yazıları müəllifin "İnanclar
və inamlar" kitabında toplanaraq "Gənclik" nəşriyyatında
çap olunub. M.Hacıyev Azərbaycan Sovet Ensiklopediyasında işlədiyi
zaman dilçiliyin müxtəlif məsələlərinə
həsr olunmuş yazılarla çıxış
edib. O, uzun illər Azərbaycan tatlarının dili, tarixi, etnoqrafiyası, xüsusilə, bu xalqın adət-ənənələrinin
tədqiqi ilə məşğul olub.
M.Hacıyevin "Tatların tarixi-etnoqrafik oçerki" monoqrafiyasında
tatların mədəni
inkişaf yolu, tatlarda mədəni-əxlaqi
dəyərlər, tatların
maddi-mədəniyyəti və
qədim etiqadları kimi məsələlər
tədqiq olunub. Müxtəlif illərdə onun
"Tat dilinin öyrənilməsi tarixindən",
"Tat etnonimi haqqında", "Azərbaycan
ərazisindəki bəzi
toponimik adların mənşəyi dair",
"Azərbaycanın bəzi
toponimləri barədə",
"Tat dili",
"Tatlar haqqında söz", "Tat mədəniyyətinin inkişaf
yolları", "Tat
dilində Azərbaycan
sözləri", “Milli
məsələ və
Azərbaycan tatlarının
ikidillilik məsələsi",
"Bir can - bir ürək", "Düşmən fitfasına
uymayaq", "Türkün
türkdən başqa
dostu var", "İftixar və qürur haqqı ilə (tatlar haqqında)", "Azsaylı
xalqlara böyük qayğı", "Dövlətçilik
ənənələrimizdə milli siyasət"
kimi xalqların birlik və vəhdətinə həsr
olunmuş məqalələri
çap edilib. M.Hacıyevin tat dilinin müxtəlif ləhcələrindən biri
olan Qonaqkənd ləhcəsinə dair yazdığı "Tat dilinin Qonaqkənd ləhcəsi" adlı
monoqrafiyası Azərbaycan
Milli Elmlər Akademiyasının "Elm"
nəşriyyatında, 1971-ci ildə çap olunub. M.Hacıyev uzun illər üzərində çalışdığı
"Azərbaycan tatlarının
dili (fonetika, leksika, morfologiya və sintaksis)" adlı fundamental əsərini çap etdirərək oxuculara təqdim edib. O, tat dilinin müxtəlif ləhcələrinin
dil materiallarını
bir sıra türk dilləri, o cümlədən, tat dilinin ən yaxın ünsiyyətdə
olduğu Azərbaycan
dili ilə müqayisə edərək
maraqlı nəticələr
əldə edib, müxtəlif sistemli dillərin qarşılıqlı
əlaqələri
məsələlərinə toxunub.
M.Hacıyevin qədim tarixə
malik Azərbaycan tatlarının Azərbaycan
xalqı tərkibində
ləyaqətli yerinə,
onların ümumi və müştərək
vətənimizin ictimai-siyasi,
ədəbi və mədəni həyatında
oynadığı rola
dair bir sıra yazıları ictimaiyyət tərəfindən
böyük diqqət və qayğı ilə qarşılanıb. O, ilk
dəfə bir sıra tat nağıllarını
Azərbaycan dilinə,
Azərbaycan şairlərinin
şeirlərindən nümunələri
tat dilinə tərcümə edərək
kitab şəklində çap etdirib.
M.Hacıyev Azərbaycanda yaşayan
tatların dilini və mədəniyyətini
öyrənməyə, bu
xalqın adət-ənənələrini
yaşatmağa xidmət
edən
"Azəri Tat
Mədəniyyət Mərkəzi"nin
təsisçisi və
sədri olub.
"Azəri Tat Mədəniyyət Mərkəzi"
ölkəmizdə gedən
siyasi hadisələrdən
kənarda qalmır, xalqımızı narahat edən bu və
ya başqa məsələlərə dərhal
öz münasibətini
bildirir. Respublikamızın başqa siyasi
və ictimai təşkilatları kimi
"Azəri Tat Mədəniyyət Mərkəzi"
də xalqımıza
qarşı törədilmiş
qanlı 20 Yanvar faciəsi, düşmən
təxribatları, Azərbaycanı
parçalamağa yönəldilmiş
separatçılıq meyllərinə
qarşı daima öz səsini ucaldıb, xəyanət yolunu, düşmən dəyirmanına
su tökmək cəhdlərini qətiyyətlə
pisləyib.
Maqsud Hacıyevin
həyat və yaradıcılıq yolu çoxşaxəli və
zəngindir. Biz tanınmış ədəbiyyatşünas, tərcüməçi,
publisist Maqsud Hacıyevi - yüzlərlə
ədəbi-bədii və
publisistik məqalələrin,
onlarla kitabın müəllifini anadan olmasının 85 illiyi münasibətilə Azərbaycanda
yaşayan tatlar və "Azəri Tat Mədəniyyət Mərkəzi"
İctimai Birliyinin üzvləri adından
səmimi qəlbdən
təbrik edir, ona cansağlığı
və sağlamlıq
arzulayırıq.
Elman ƏHMƏDOV
"Azəri Tat Mədəniyyət Mərkəzi" İctimai
Birliyinin sədri
525-ci qəzet.-
2020.-10 sentyabr.- S.15.