Tanıyaq və tanıdaq: Bulud Muradi
Əziz
oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı
- Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından
(1979) sonra ədəbiyyata
gəlmiş, Güney
Azərbaycanda 1960-cı ildə
və daha sonra doğulub boya-başa çatmış
və sənətdə
öz sözünü
demiş Güney şairlərinin arasında
heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək,
həyata, insanlığa,
yazarların ictimai-siyasi
və milli məsələlərə baxışlarını
öyrənmək baxımından
diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Esmira Fuad,
Filologiya
elmləri doktoru
Bulud
MURADİ
1980-ci ildə Miyanada
anadan olub. Alitəhsillidir. İndiyə
qədər iki kitabı nəşr olunub. Hazırda Tehran şəhərində yaşayır.
Payız
Açıram pəncərəni
aynanın arxa küçələrinəcən...
Payız
oluram və sənsizlik
yığdığım bütün
nömrələrdir.
Payızdır yatağım,
şəhərin ortasında
açarsam - gözlərimdən
dağılır bu qatil saçların.
Payız kimi tökülürəm
çiyninə.
Hər səhər darayanda yalqızlığını
aynada tərsidir şeir.
Ayaqüstü sevgilər kimi
güzgüləri bağla,
bitsin.
Saçlarından başlanır payız...
Qış...
Və eşq və bu mahnı
Xatırladığın əvvəl mahnıyam,
Zil səsləri ilə küçələr
məni oxuyar.
Evin boğazın
gələn qəm kimi
Səni
dünya gəyirəndə
Bilməzsən hara gedəsən, kimə mesaj atasan.
Sənə adlar və ədədlər arxasını
çevirər
Onda əvvəl yadından çıxan mənəm
baqqallara da durub salam vermək istərsən,
havaların isti-soyuğundan
danışarsan,
Yeyin sovuşarsan qəzetlərin
qabağından
xəbərləri yubadarsan
bir vida kimi.
Sənə gözaltı baxıb
ah çəkən ağacdan,
anandan gözlərini qaçırdanda
Məni
xatırlama
Son yol ağladığın
kimi
Ağlarsan...
...və eşq,
və bu mahnı
Öz başına...
və rep üzərində...
Sən və ölüm
Əllərin əcəmi,
Gözlərin xalq ədəbiyyatı
qədər qara
Ölürəm ha, ağlarsam səni.
Türkcə gül biraz,
Bütün dağların adını
bacarırsansa,
döydür adını
qəlbimə,
və kimsəyə söyləmə gördüyün
bu yağışları
(Sönər böyük şəhərin işıqları
Süper
marketlər boşalar
sözcükdən
Ac qalar həmşəhrilər
birdən)
Ölümün plastik saçları
şərab rəngində
Çinli bir gəlincikdir
cinli...
Kökü qırılmış
durmadan eyni bir mahnı çalır.
Bəri
baxma!
Pəncərələri, ulduzları və səni çəkib aparar
bu ərəbcə
ölüm...
Kəs saçlarını kimsə
tanımasın səni!
Həyat
Yuxulu bir bulaq yaşayır
qucağımda, bax!
Sənin
yerində
Həyat
ovuclarımda açır
çiçəklərini...
Çətir açıram -
Hardasa, yağan
yağışların ehtiramı
ilə.
Əriyir
ürəyimdə,
Süzürəm fincanlara yoxluğunu
Sağlıq verirəm yellərə
adını,
Cızıram mıxla havaya, yırtılır gecə
damırsan,
Boğulur yakamoz gözlərinin
Qara dənizində batmış
gəmilər
səni yuxu görürlər.
Qurtulur fincanın içində fırtına
Atəş, həyat...
Həyat
yoldaşının
ağrıyan yumruqlarıdır
həyat!
Utancaq bir qönçədir -
gözlərinin altında
göyərir
Ağrıdan göyərir, gülüm!
Ağrıdan...
Baxmıram!..
Fuad Esmira
525-ci qəzet.- 2020.-
11 sentyabr.- S.14.