Əlincəçay mahalının epiqrafik

abidələritəqdim olunub

 

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SəfərlininƏlincəçay mahalının epiqrafik abidələriadlı monoqrafiyasının təqdimatı olub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qədim tarixə malik olan yerli əhali arasında Əlincəçay mahalı kimi tanınan Culfa rayonu ərazisində bir sıra yaşayış məskənlərindən günümüzədək gəlib çatan epiqrafik abidələrə həsr olunan əsərin müasir dövr üçün aktuallığından danışıb.

Akademik diqqətə çatdırıb ki, Culfanın ərazisi orta əsrlərin müxtəlif dövrlərində həkk olunmuş epiqrafik abidələrlə çox zəngindir. Rayon ərazisi indiyədək arxeoloji cəhətdən müəyyən qədər öyrənilsə , Əlincəçay mahalı ərazisində bu günə qədər gəlib çatmış kitabələr tam sistemli şəkildə toplanıb tədqiq edilməyib, onlara xüsusi tədqiqat işi həsr olunmayıb. Vaxtında qeydə alınmaması tədqiq edilməməsi, bu qəbil abidələrin əksəriyyətinin açıq havada olması səbəbindən həmin kitabələrin bir hissəsi zaman keçdikcə sıradan çıxıb, özlərində əks etdirdikləri dəyərli tarixi faktlarla birlikdə məhv olublar.

İsmayıl Hacıyev deyib: “Tədqiqat əsərində Azərbaycanın orta əsrlər dövrü siyasi-iqtisadi mədəniyyət tarixinin bir sıra məsələlərinin aydınlaşdırılması üçün zəngin faktlar təqdim edən abidələr əsasında bəzi yaşayış məskənlərinin, memarlıq abidələrinin, qəbiristanlıqların tarixi müəyyənləşdirilib. Kitabələrin köməyi ilə bir sıra görkəmli şəxsiyyətin, o cümlədən Azərbaycan hökmdarlarının, orta əsrlər zamanı Əlincəçay mahalından çıxmış ya orada yaşamış dövlət xadimlərinin, hərbiçi-sərkərdələrin, sufi təriqətləri rəhbərlərinin, kübar ailələrə məxsus bir sıra qadınların başqa insanların adları, daşıdığı titullar, vəfat tarixləri, qəbirlərinin yeri sair aşkar olunaraq elmi dövriyyəyə daxil edilib”.

Nəşrin Naxçıvanın orta son orta əsrlər dövrü tarix mədəniyyətinin müxtəlif problemlərini aydınlaşdırmaq üçün zəngin material olduğunu deyən bölmə sədri müəllifə bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun Qədim orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami ƏliyevinƏlincəçay mahalının epiqrafik abidələrimonoqrafiyası haqqında bir neçə sözmövzusunda məruzəsi dinlənilib.

Tədbirdə institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov Antik orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək ictimaiyyətə təqdim olunan monoqrafiyanın elmi dəyərindən danışıblar. Qeyd olunub ki, monoqrafiya Əlincəçay mahalına məxsus epiqrafik abidələri özündə əks etdirən ilk sanballı tədqiqat əsəri, diyarımızın tarixinin tədqiqatçıları üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslığa ən qiymətli töhfədir.

Bildirilib ki, mahala daxil olan yaşayış məskənlərindən günümüzədək gəlib çatan, yerli sənətkarlar tərəfindən hazırlanan sənduqə qoç heykəl tipli qəbirüstü xatirə abidələri orta əsrlər zamanı bu ərazidə daş üzərində işləmə-bədii daşyonma xəttatlıq sənətinin inkişaf mərhələlərini izləməyə imkan verməklə bərabər, bu sənətlərin yüksək dərəcədə inkişaf etdiyini təsdiqləyən çox sanballı qaynaqlardır. Həmin məlumatlar da yeni nəşrdə öz əksini tapıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində epiqrafik abidələrin yayılması xəritəsi, o cümlədən kitabələrin fotosu qrafik təsvirlərin əlavə edildiyi monoqrafiyadan tarixçilər, doktorantlar, magistrlər, tələbələr, ümumilikdə, Azərbaycan tarixi ilə maraqlananlar faydalana bilərlər.

Sonda müəllif Fəxrəddin Səfərli çıxış edərək, 1995-2019-cu illərdə çap olunan elmi əsərlərin statistikasına nəzər salıb. Alim muxtar respublikada elm adamları, tədqiqatçılar üçün yaradılan hərtərəfli şəraitə, diqqət qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova öz minnətdarlığını bildirib.

 

525-ci qəzet.- 2020.- 12 sentyabr.- S.13.