Gözəlliyi ilə göz oxşayan

Qızılağac Milli Parkı

 

Qızılağac Milli Parkı Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun balansında yaradılıb. Milli parkın yaradılmasında əsas məqsəd flora fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, elmi-tədqiqatların aparılması, turizm istirahət üçün şəraitin yaradılması, habelə əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.

Qızılağac Milli Parkının qeyri-adi gözəlliyi qarşısında heyrətini gizlədə bilməyən dünya şöhrətli çex alimi, Karlovo Universitetinin professoru Miroslav Şvatora söhbət zamanı deyib: "Biz hardayıq?! Nağıllar aləmində, yoxsa təbiətin qoynunda? Bura, sanki, təbii konservatoriyadır". M.Şvatoranın bildirdiyinə görə, o, bu parkdakı nadir təbiət incilərinin bəzi növlərini dünyanın heç yerində görməyib.

 

Qızılağac körfəzi xüsusi

qorunan ərazi kimi mühafizə olunub

 

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədovanın sözlərinə görə, hələ XX əsrin əvvəllərində Azərbaycanın ərazisində Xəzər dənizi boyu su-bataqlıq quşlarının Cənub istiqamətində miqrasiyası müəyyənləşdirilib. Onu da xatırladım ki, Qızılağac körfəzi miqrasiya edən quşların qışlaması üçün mühüm əhəmiyyət daşıyır. Bax elə buna görə sözügedən dövrdən etibarən həmin ərazinin qorunması zərurəti yaranıb, 1913-1914-cü illərdən sonra Qızılağac körfəzi xüsusi qorunan ərazi kimi mühafizə olunub. Həmin əraziyə yasaqlıq statusu isə 1926-ci ildə verilib, bununla da ovçuluğa məhdudiyyət qoyulub: "Onu da deyim ki, 1929-cu ildə Qızılağac körfəzi Xəzər dənizinin ətraf sahil zolağı ilə birlikdə qoruq elan edilib. Bu ərazidə hər cür təsərrüfat fəaliyyətinə qadağa qoyulub. Qoruqda əvvəl flora faunanın qorunmasına diqqət yetirilib. Sonradan isə elmi-tədqiqat işlərinin aparılmasına başlanılıb. Qoruğa dünyanın tanınmış elm adamları, ornitoloqlar, ixtioloqlar hidroloqlar dəvət olunublar.

Hazırda isə Xəzər dənizinin cənub-qərbində yerləşən milli park statusu alan Qızılağac Milli Parkının ərazisi Prezidentin müvafiq sərəncamı ilə 99 min 60 hektara çatdırılaraq, Böyük Qızılağac körfəzini Salyan düzünün bir hissəsini əhatə edir. Qoruq Lənkəran, Masallı, Neftçala rayonlarının əraziləri ilə həmsərhəddir".

 

Qızılağac qoruğunu bəzəyən suzanbağı,

üçyarpaq oxyarpaq, dəniz lığvarı, ciyən, iyli yovşan...

 

A.Səmədova deyir ki, Qızılağac qoruğu 1976-cı ildə YUNESKO-nun Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanı (Ramsar Konvensiyası) suətrafı suda üzən quşların məskunlaşması üzrə 12 beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib. Ərazisi müxtəlif təbii landşaft sahələrindən ibarət olan milli parkın əsas hissəsini su akvatoriyası, cəngəlliklər quru sahələr təşkil edir.

Milli parkda şanagülə, suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan, gəngiz, şahsevdi, sarıbaş s. bitkilər geniş yayılıb. Bunlardan, 4 növü az yayılıb, həmçinin, 3 növ Qafqaz endemi - hibrid qovağı, Qrosheym topgülü sapvari bağayarpağı 1 növ Azərbaycan endemikdir.

 

Təbiətin əvəzsiz incilərindən sayılan qızılquşlar

 

Rəis müavini bildirib ki, Qızılağac Milli Parkının zəngin təbii landşaftı iqliminin mülayimliyi dünyanın müxtəlif yerlərindən quşların bura gəlməsinə səbəb olub. Uraldan, Tundradan, uzaq Sibirdən, Avropadan başqa yerlərdən uçub gələn qırmızıdöş qaz, durna, qu quşu, qızılquş, qızılqaz s. ərazidə qışlayır. Misir, İraq, Sudan, Yeni Zelandiya digər yerlərdən bura yazda yuvalamaq üçün əsrindimdiklər, sarı böyük Misir vağları, qırıldaqlar uçub gəlirlər. Eyni zamanda, burada sultan toyuğuna, turaca, dovdağa, ulara, qızılboğaz vəhşi qaza, çöl qartalına da rast gəlmək olur. Parkın ərazisində 270 növ quş məskunlaşır. Bu quşların 25 növü nadir quşlar kimi "Qırmızı kitab"a daxil edilib.

A.Səmədovanın dediyinə görə, qoruqda məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların həşəratların bir çox növü yaşayır. Ərazidə məməli heyvan növlərindən çaqqal, dovşan, çöl donuzu, canavar, qamış pişiyi, çöl pişiyi, tülkü s. rast gəlinir. Su hövzəsində isə 54 növdən çox balıq (siyənək, çəki, kütüm, kefal s.), eyni zamanda, Xəzər suitisi məskunlaşıb: "Qızılağacın nadir bioresurslarından danışarkən, qızılquşlar fəsiləsindən olan bəzi quşlara da diqqət yetirmək yerinə düşərdi. Bunun aktuallığı bir onunla bağlıdır ki, son vaxtlar bəzi xarici turistlər həmin quşlara xüsusi maraq göstərir, onları müxtəlif yolla ələ keçirmək istəyirlər. Yolverilməz olan bu işdə yerli işbazlar onlara dəstək olaraq xüsusi canfəşanlıq göstərirlər. Təbiətimizin əvəzsiz zənginliyini şəxsi maraqlarına dəyişirlər. Ona görə qeyd edilən məsələ ciddi nəzarətdə saxlanılmalıdır. Yeri gəlmişkən, adı "Qırmızı kitab"a daxil edilib, təbiətin əvəzsiz incilərindən sayılan qızılquşlar (şahin) da parkda məskunlaşıb. Talış dağlarının meşə qurşağında, qayalarda ağaclarda yuva quran qızılquşlar Qızılağac körfəzində, göldə, Azərbaycanın digər ərazilərində qışlayır, göyərçin, ördək zağalarla qidalanırlar".

 

Qu quşları Qızılağacda həmişəlik məskən salıblar

 

Rəis müavini bildirib ki, ölkə ərazisində qızılquşların bir neçə növü vardır. Aranda, dağlarda, Qızılağac Milli Parkında bəzən daimi, bəzən isə müvəqqəti məskən salan şahinlər "quşların cəngavərləri, igidləri" adlandırılır. Onların qorunmasına, nəslinin kəsilməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Yeri gəlmişkən, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları Qızılağac Milli Parkının ekosisteminin qorunması üçün ciddi rejimində işləyirlər: "İnsanlar kimi, heyvanlar quşlar da diqqəti, nəvazişi sevirlər. Onlar insanlardan mehriban ünsiyyət görəndə yaşadıqları yerlərə daha möhkəm bağlanır, qayğı hiss etdikləri insanlardan uzaqlaşmırlar. Bu həqiqəti xatırlatmağım təsadüfi deyil. Belə ki, qu quşları əvvəllər Qızılağac Parkından uçub gedərək, yay dövrünü başqa ölkələrdə keçirirdilər. Son illərdə isə vəziyyət dəyişib. Maraqlıdır ki, həmin quşlar indi Qızılağacda həmişəlik məskən salıblar. Əlbəttə, bu, son vaxtlar Qızılağac Milli Parkında quşların mühafizəsi, artırılması, normal qaydada yemlənməsi, bir sözlə, hər cür qayğı ilə əhatə olunmasının məntiqi nəticəsidir".

 

Balıqlar üçün əlverişli şərait yaradılıb

 

A.Səmədovanın sözlərinə əsasən, hazırda parkda əsas diqqət balıqların kürü töküb nəsil artırılması üçün əlverişli şəraitin yaradılmasına yönəldilib. Bu məqsədlə qoruğun ərazisində mövcud olan şirin su kanalları təmizlənir, balıqların rahat kürü tökməsi üçün əlverişli şərait yaradılır. Eyni zamanda, həmin kanalların dəniz ilə birbaşa əlaqəsinin bərpası diqqətdə saxlanılır.

Bütün bunlarla bərabər, brakonyerlərlə ciddi şəkildə mübarizə aparılması əsas fəaliyyət meyarı kimi qəbul edilib. Bu məqsədlə ekoloji maarifləndirmə tədbirlərindən maksimum şəkildə istifadə olunur.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2020.- 12 sentyabr.- S.21.