Qələmsiz yazılanlar
Status-esselər
İnsan
həyatının ən
yaddaqalan günlərindəndir
ilk dəfə məktəbə,
dərsə getdiyi gün...
İlk müəllim
də unudulmur.
İlkləriniz mübarək!
***
Telefonları sındırmaq dövrü
də olacaq...
***
Sabah yaxşı olacaq!
Zaman-zaman insanları yaşadan, təskinlik verən, nikbin ovqat yaradan
həm də bu ümid olub. Pandemiya bu
sısqa işığa
da kölgə saldı. Sabahın daha pis olacağının məyusluğunu
aşıladı insanlara.
İndi bədbinliyin və məyusluğun şahə
qalxdığı, cövlan
etdiyi zamandır.
***
Camaat hirsini tökməyə yer axtarır...
***
Nə qədər gözəl, insani keyfiyyətlər sıradan çıxır...
***
Yay gəldi, getdi, xəbərimiz olmadı...
***
Günahkarları keçmişdə axtarın...
***
Gönüqalın olmayanlar üçün yaşamaq çətinləşib. Korona qalın
gönlərə təsir
edə bilmir.
***
Hörmətli Çingiz müəllim!
Siz həssas məsələyə
toxunmusunuz. Ona görə
də müxtəlif,
əks, ziddiyyətli fikirlərin səslənməsi
təbiidir. Fərqli düşüncəli,
müxtəlif səviyyəyə
və tərbiyəyə
malik insanların olmasına və səsləndirdiyi kobud fikirlərə də sakit baxmaq, alışmaq
lazımdır. Hər
sözü ürəyinizə
salıb, hər fikrə reaksiya verməyin...
***
Dünyayla barışmaq lazımdır!..
Elə
COVİD-19-la da...
Ən müdrik
məsləhət, ən
dəqiq yol işarəsi şairin misralarındaymış. Getdikcə, gördükcə,
baxdıqca, buna daha çox əmin olursan.
***
Hər sərsəm fikrə reaksiya verməyə borclu deyilsiniz...
***
İndi televiziyalarımızda maraqlı,
səviyyəli, maarifçi
verilişlər çoxdur. Mövzuların
müxtəlifliyi və
genişliyi də öz yerində...
Bəzi
məqamlarda sosial şəbəkələrə uduzsa da, elektron
medianın yenidən revanş götürəcəyi
açıq sezilir...
***
Sim-sim.az saytının 5 yaşı tamam olur. Düzü, bu rəqəm
mənə iki cəhətdən qəribə
gəldi. Əvvəla, düşünəndə nədənsə
bu 5 ilin çox tez ötüb keçdiyi duyğusuna qapıldım.
İkinci tərəfdənsə, Sim-sim.az-ın 5 ildən xeyli artıq zaman ərzində fəaliyyətdə olduğunu
zənn etdim. Çünki bu sayt öz sanbalı, fəallığı ilə
yüksək təəssürat
doğurur. 5 yaşı münasibətlə
saytın bütün
əməkdaşlarını və oxucularını təbrik edirəm. Sim-sim.az saytı yaranan
gündən bəri öz fərqliliyi və ciddiliyilə seçilib. O, ədəbiyyat
ətrafında olan hansısa qalmaqalları şişirdib süni hay-küy yaratmağa yox, ciddi ədəbiyyatı
təbliğ etməyə,
ədəbi dəyərləri
öz oxucusuna geniş tanıtmağa və həm Azərbaycan, həm də dünya ədəbi prosesində baş verən ən yaxşı hadisələrin təbliği
ilə məşğul
olmağa çalışıb.
Orada bizim səviyyəli yazarlarımız, müasir
ədəbiyyatımızın istedadlı, intellektli nümayəndələri fəaliyyət
göstərirlər. Bu
sayt öz təmkinli, ciddi mövqeyini bu illər ərzində qoruyub saxlamağı bacarıb. Düşünürəm ki, bundan sonrakı beşilliklərdə
də bu cür davam edəcək.
Sim-sim.az-çılara yeni uğurlar və yeni yubileylər!
***
Allah hamını arzularına çatdırsın...
***
Elə adamlar var sadəcə, dərdlərinin dinlənilməsini
istəyirlər, başqa
umacaqları yoxdur.
***
Biz virusa çox yoluxmuşuq...
***
Təhkiyəsindən nə istədiyi aydın görünür...
***
COVİD-19
da seçim eləyir, hər adamı tutmur...
***
Televizoru
açdım ki, xəbərlərə baxam,
gördüm Mədəniyyət
kanalında Adriano Çelentano
və Ornella Mutinin baş rollarda oynadıqları 40
yaşlı "Höcətin
yola gətirilməsi"
filmini göstərirlər.
Yüz dəfə baxsam da, yenə ayrıla
bilmədim. Nostalji,
sevgi və sənət gündəmi
üstələdi...
***
Mədəniyyət kanalı indi də Fikrət Əmirovun "Min bir gecə" baletini verir.
Möhtəşəm sənət əsəridir. Öz musiqinlə, mədəniyyətinlə
qürur duyursan...
***
Fransada yaşayan
həmyerlimiz - kinorejissor,
yazıçı Şain
Sinaria Fransa Müqavimət Hərəkatının
iştirakçısı Əhmədiyyə
Cəbrayılov haqqında
yazdığı "Bir
ömür, iki
tale" adlı sənədli
romanı ilə olduqca ciddi bir
əsər ortaya qoyub.
Müəllifin bədii təxəyyülünün
xüsusi rəng qatdığı əsərdə
Fransada Akmed Mişel adı ilə tanınan "Xarqo" ləqəbli Əhmədiyyə Cəbrayılovun
nəsli-kökü, şəcərəsi,
həyatı, eləcə
də İkinci Dünya müharibəsində
başına gələnlər
və keçdiyi döyüş yolu təsvir edilir. Həcmcə
qalın, informasiyalarla
zəngin bu kitabı oxuduqca müəllifin ən müxtəlif tarixi mənbələrə müracət
edərək çoxşaxəli
araşdırmalar apardığı,
belə bir bitkin əsər ortaya qoymaq üçün
bir neçə illik böyük əmək sərf etdiyi açıq-aydın
hiss olunur. Fikrimcə, bu
kitab həm də Ə.Cəbrayılovun
100 illik yubileyinin keçirilməsiylə bağlı
Azərbaycan Prezidentinin
sərəncamına ən
layiqli töhfələrdən
biridir.
Mən bu qalın kitabı təkcə müəllifi
42 illik dostum Şain Sinaria - Əliyev Şahin Ərşad oğludur deyə yox, həm də lazımlı, maraqlı bir əsər olduğuna və axıcı dildə yazıldığına görə
oxudum. Onu da deyim ki, Şahin əsərlərini fransız
dilində yazır, amma doğma dilimizi də unutmayıb. Tərcüməçi Çimnaz Vəliyevanın
xidmətini qeyd eləməklə, onu da deməliyəm ki, əsərin təhkiyəsindəki koloritdən
və bir çox incə məqamların Azərbaycan
dilində sərrast və yerində ifadə olunmasından müəllifin çevirmə
prosesinə müdaxiləsi
və dəsti-xətti
aydın görünür.
Dostumun bu gərəkli və lazımlı iş üçün çəkdiyi zəhmətinə
hörmət və ehtiramımı bildirir, belə sanballı əsər ərsəyə
gətirdiyinə görə
onu təbrik edirəm.
Şahin
bundan əvvəl də İkinci Dünya Müharibəsində
Fransada faşistlərə
qarşı vuruşmuş
həmyerlimiz Şəmmədlə
ailə qurub Azərbaycana gələn,
o vaxtdan da İmişlidə yaşayan
fransız qadının
taleyindən bəhs edən "İvon Bottonun arzuladığı
həyat" romanını
yazmış və əsər kitab halında həm Fransada, həm də Azərbaycanda çap olunmuşdu. O kitabdakı kimi burada da çoxlu
arxiv sənədlərinin
tapılıb üzə
çıxarılması bir
yandan Şahinin araşdırmaçı kimi
səriştəsini göstərirsə,
o biri yandan da, sənədli roman olmasına baxmayaraq, əsərdəki təsvirlər,
bədii təxəyyül,
axıcı və rəvan təhkiyə, oxucunu darıxmağa qoymamaq kimi keyfiyyətlər
onun bir yazıçı kimi parlaq istedadından və peşəkarlığından
xəbər verir.
"İvon Bottonun
arzuladığı həyat"
kimi Şahinin bu əsəri də məndə çox ciddi təəssüratlar yaratdı. Məncə, hər iki roman son illərdə Azərbaycan
ədəbiyyatını zənginləşdirən
vacib və lazımlı nümunələrdir.
Bu kitablar həm
də Azərbaycan-Fransa
əlaqalərinin inkişafı
baxımından da çox əhəmiyyətlidir.
Hesab edirəm ki, Şain Sinarianın "Bir ömür, iki tale" romanı rəsmi səviyyədə
qiymətləndirilməyə, təbliğə, təltif
və mükafatlara layiq əsərdir.
Belə bir romanı məhz mənim dostumun yazmasından isə ikiqat qürur duyuram. Onu da deyim ki, əsərlə
bağlı müəyyən
suallarım da var. Bir qisminin cavabını
virtual əlaqəmiz zamanı
öyrənmişəm. Sağlıq
olsun, qalan suallarımın cavablarını
da, pandemiya imkan versə, Şahin Bakıya gələndə onun özündən - üzbəüz
soruşacağam.
Bir daha belə bir sanballı
əsər yaratdığına
görə əzizim Şahini təbrik edirəm.
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə
iş
üzrə katibi, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2020.- 16 sentyabr.-
S.15.