Səyavuş Məmmədzadənin yeni tərcümələri
Maksim Zamşev
tanınmış rus şairidir.
Hazırda "Literaturnaya qazeta"nın Baş redaktorudur. Rusiya Federasiyasında, həmçinin,
müxtəlif ölkələrdə
ədəbi ödüllərlə
təltif olunub.Təqdim
edilən bu şeirlər müəllifin
2018-ci ildə Moskvada çap olunmuş "Gecənin həzin nəğməsi" kitabından
seçilib.
Bayramlarda
hamı məsud, hamı şən
Sənsiz bayram keçirməyə
öyrəşirəm mən.
Öyrəşirəm sevilmədən
bayramlaşmağa
Tez-tələsik bayramları yola salmağa.
Təki
bayram günü tez başa varsın,
Varsın
ürəyimə qəm
yağa-yağa...
Adət
eləyirəm, alışıram
mən
Kölgəylə, xəyalla bayramlaşmağa.
O kölgə qüssədən,
xiffətdən düşüb.
Atəşfəşanlıq da bizimçün deyil...
Qəm süzülür
hər bir işıq telindən.
Fanar da gözünü bərəldir
mənə.
Nədən narazısan, nə baş verib ki?
Hə, bu da partapart!
Şampan şərabı
Coşub, tərk eləyir şüşəni-qabı.
Sığır paltar dolabına yaşanmış ömür.
Təzə həyat ötənlərin
yerini tutur.
Nə üçünsə sevinir
keçən ilin təqvimi
O, hələ bilmir ki, sonluq sonluqdur
-
O yanı yoxdur.
Vəssalam. Qurtardı,
getdi...
Məni
anırsansa, icazə vermə...
İcazə vermə ki, mən səni anım
Demirəm, sən məni
yenidən tanı,
Pozacam onsuz da bu
qadağanı...
***
Biz hamımız öləcəyik
haçansa
Hətta mən də.
Varlıqdan nə lazımsa,
Salacağıq kəməndə.
Oğlaq
bürcü qaranlığa
dirənəcək
Ölməz ruhuma yazığım
gələcək...
Eh, ölüm! Biçəndə...
Biçirsən hamını dalbadal
Ön də sənsən, son da sən?
Axı,
sən "ön"
deyilsən,
Boş yuxusan, cəfəngiyatsan...
Biz hamımız öləcəyik
haçansa,
Öləcəyik, amma həmişəlik
yox...
Obaşdannan "quqquluqu!"
Səs çıxardır naşı
xoruz
Dəyirmanda un ələnir
Nəfəsini dərir ruh...
Hər halda hamıdan nəsə qalacaq,
Hamı
da salamat qalacaq...
***
Mən səkkiz il
çox yaşadım
Puşkindən,
Daha artıq ömür sürdüm Lermontovdan,
Amma bir ad qazanmadım.
Belə
uzun bir ömür istəməzdim
Allahdan
Nədən bu ömrü mənə
Bəxş elədi Yaradan?
***
Musiqi dalğa-dalğa
dolanır.
Səadət yaxu kimi sovrularaq
yox olub.
Musiqi kara gəlmir,
Demək, dərdim ağırdı.
Belə
imiş qismətim,
Nə tapdım? Nə itirdim?
Bu fevral səması da laqeyddi mənə
qarşı
Düşüncələr qədərsiz,
Birini seçirəm mən:
Necə
qarşılayardı,
Bulqakovun
"Master"i
O böyük müharibəni?
Buz bağlamış çaylara
Sevda naxışı salaq,
Çayın izi bitməsin.
Yolçular hasar çəkir
Duman altda itməsin,
Evini tərk etməsin...
Gün əyilir, şər qarışır
Böyük şəhər qaranlığa
baş əyib.
Qürubun çəkdiyi qırmızı
xətti
Hələ də bir kimsə
keçə bilməyib.
***ll
Heç
kimə lazım olmayan adam
Baxdı
qara etinasız, aram-aram
Sanki ilk dəfəydi görürdü
qarı,
Qarla qardaş olduğunu biləydi barı...
Heç
kimə lazım olmayan adam
Söndürdü mənzilin işıqlarını.
Bayırda qar yağır
- quşbaşı
O adam - naşı
Qar onun haqqında oxuyur astadan
Heç nəyi vecinə almadan.
Əfsus, əlləri qızdırmağa
heç nə yox.
Onsuz da eyni cəhənnəmdə
yanacaqlar,
Kaş biləydim, o günə nə qədər var...
***
Gecənin həzin nəğməsi
Tutub əllərimdən apara bilər
Meşənin dərinliyinə.
Daha dözə bilmirəm,
Qəddar
yırtıcıların,
Qudurmuş köpəklərin
Gecəni
"sökməsinə"
Daha gözləyə bilmirəm
Dan yerinin sökülməsini...
Ümidvar deyiləm ki,
Bu sənə xoş olacaq...
Gecənin həzin nəğməsi
Qorxudan daha məşum.
Zəhərə qarşı məlhəm
-
Zəhərdən təhlükəli.
Gecənin həzin nəğməsi,
İstərsən məni qına
Nəğməni çalanların
gərək verək
haqqını.
Gecənin həzin nəğməsi,
Mən sənə
lazımammı?
İndi
mən necə çıxım
Bu gecənin sehrindən?
Taleyə inanmıram.
Daha dözə bimirəm,
Sabah olmayacaqsa,
mən ölmək istəmirəm...
Maksim ZAMŞEV
Tərcümə etdi:
Səyavuş Məmmədzadə
525-ci qəzet.- 2020.- 16 sentyabr.- S.16.