"Arşın mal alan"ın əbədi
şöhrəti və erməni xəbisliyi
Üzeyir Hacıbəyli - 135
1913-cü
ilin iyununda Üzeyir Hacıbəylinin "Arşın mal alan" adlı yeni bir operetta
yazdığı haqda mətbuata xəbər
sızmışdı. Hələ nə məzmunda,
nə biçimdə olduğundan kimsənin xəbəri yox
idi.
Nəhayət, Üzeyir bəy 30 iyulda Peterburqdan
Hüseynqulu Sarabskiyə kiçik bir məktub göndərmişdi. Bu məktubda o,
"Arşın mal alan" adlı yeni
operetta üzərində işlədiyini söyləyirdi və
çox qəribədir ki, əsəri haqqında öncəgörənlik
edirdi: "Mən dəxi bu halda bir tərəfdən dərs
oxumaqda və bir tərəfdən də "Arşın mal
alan"ı yazmaqdayam. Amma çox qəribə
operetta olacaqdır. İnşallah,
sentyabrda göndərərəm ki, əvvəlcə onu
qoyasınız".
Məktubun
sonunda Üzeyir bəy daha bir uzaqgörənlik edib
yazırdı: "Mən Bakıda olarkən öz əsərlərimin
qədrini bilməmişəm, amma burada bilirəm ki, mənim
əsərim gələcəkdə böyük bir iş
görəcəkdir..."
Doğrudan da, həyat göstərdi ki, Üzeyir bəy
öz əsərinin bədii dəyərini hər kəsdən
daha öncə və daha dəqiq bilib. Bunu bu şən,
koloritli, bəşəri, həm də milli operettanın
sonrakı səhnə taleyi də sübut etdi.
Üzeyir
bəy Müslüm Maqomayevə göndərdiyi bir məktubda
"Arşın mal alan"
tamaşasında əsas rolların ifaçılarını
belə müəyyənləşdirmişdi: Əsgər -
H.Sarabski, Gülçöhrə - Ə.Ağdamski,
Süleyman - H.Terequlov, Soltan bəy - M.A.Əliyev. Bu rol bölgüsündən də
görünür ki, bəstəkar öz əsərinin səhnə
taleyinə nə qədər ciddi yanaşırmış.
Əlbəttə, o dövrdə təzə bir əsəri
tamaşaya qoymaq elə də asan deyildi. Bunu tamaşanın
ilk iştirakçılarının xatirələrindən də
görmək olar. "Arşın mal alan"
musiqili komediyasında Soltan bəy rolunu 600 dəfədən
çox oynamış Ələkbər Hüseynzadə ilk
tamaşanı xatırlayaraq yazırdı: "Bizim daimi
binamız olmadığı üçün
"Arşın mal alan" operettasının məşqlərini
qiraətxanalarda, məktəblərdə, Hüseyn Ərəblinskinin
və Sidqi Ruhullanın mənzillərində keçirirdik. Biz əsəri öyrəndikcə daha da həvəslənirdik.
Komediyanın musiqisi və mətni bizi
ruhlandırırdı. Nəhayət, "Kaspi" qəzetində
bir elan çıxdı: "Cümə günü,
1913-cü il oktyabr ayının 25-də Tağıyevin
teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" adlı orijinal operettası tamaşaya
qoyulacaqdır".
Afişada
Müslüm Maqomayevin, Sarabskinin, Terequlovun, Ağdamskinin
adları ilə yanaşı mənim də adım
yazılmışdı. Tamaşanın necə
müvəffəqiyyət qazandığını təsvir
etmək mümkün deyil. Elə ilk
tamaşadan başlayaraq, xalq Üzeyir Hacıbəylinin yeni əsərini
ürəkdən sevdi".
"Arşın
mal alan"ın ilk tamaşası ilə
bağlı "Sədayi-həqq" qəzeti qabaqcadan
ictimaiyyəti muştuluqlayır ki, bəs, "... operettada
opera dəstəsinin ən yaxşı artistləri: Abasov,
Ağdamski, Əliyev, Hüseynzadə, Sarabski, Terequlov və
başqaları iştirak edirlər".
Əhməd
Ağdamski "Arşın mal alan"da
Gülçöhrəni oynayırdı. Təbii
olaraq o, "qadınsız səhnəmizin" ilk
Gülçöhrəsi idi. Əfrasiyab Bədəlbəyli
Üzeyir bəyin komediyalarını yüksək qiymətləndirərək
yazırdı: "Doğrudan da, Üzeyir Hacıbəylinin
yazmış olduğu komediyaların ("Ər və
arvad", "O olmasın, bu olsun", "Arşın mal alan") əsas məziyyəti bundadır ki,
bu əsərlərin musiqisini kənarda qoysaq belə, yenə
də onlar bir dramatik əsər kimi heç də Nəcəf
bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin pyeslərindən
geridə qalmır".
Zamanında
Məhəmməd Əmin Rəsulzadə "Arşın mal
alan" operettasını da dəyərləndirmiş,
həmişə olduğu kimi, əsəri səhnədə
canlandıran aktyorları da unutmamışdı. M.Ə.Rəsulzadə
"Arşın mal alan" məqaləsində
yazır: "Arşın mal alan" operettası ictimai
operetta zəminində gülgü və "keyf" ilə...
tənqid edən lətif bir əsərdir"
Öz dəyərli
əsərləri, məqalələri ilə çox məsələlərin,
şəxsiyyətlərin üstünə işıq salan,
yad edən unudulmaz Əfrasiyab Bədəlbəyli
"Asiyanın mahnısı" məqaləsində
Üzeyir bəyin yaradıcılıq
axtarışlarının şahidi kimi yazır: "...Qətiyyətlə
demək olar ki, Üzeyir Hacıbəyli heç bir əsərinin
musiqisi üzərində "Arşın mal alan"da
olduğu dərəcədə tədbil və yeni-yeni redaktə
işi aparmamışdır. O, əsərin ilk
tamaşasında (1913-cü il) muğam
operalarında olduğu tərzdə sərbəst improvizə
yolu ilə oxunan Füzuli qəzəllərinin
hamısını sonradan tədriclə orkestr
üçün yenidən bəstələmişdir. Azərbaycan
musiqi tarixində "Arşın mal alan"
musiqili komediyasının tutduğu mövqe həm də ona
görə əlamətdardır ki, məhz bu operettadan
başlayaraq opera əsərlərinin də dünya opera sənəti
tərzində bəstələnməsinin möhkəm təməli
qoyuldu".
"Arşın
mal alan" səhnəyə qoyulduğu
gündən xalqın sevimlisi oldu. Hətta elə
o dövrdə bu əsər rus, gürcü və erməni
dillərinə tərcümə edildi. "Arşın
mal alan" musiqili komediyasının bu dərəcədə
sevilməsinin səbəbi ətrafında baş
sındıranlar da vardı. 1916-cı il
13 sentyabr tarixində "Açıq söz" qəzeti
yazırdı: "...Arşın mal alan" nə
üçün sevilir? İki ildən bəri erməni
xalqının arasında böyük bir müvəffəqiyyət
qazanmış olan "Arşın mal alan"
ünvanlı türk operettası erməni
ziyalılarını da maraqlandırmışdır. Bu müvəffəqiyyətin səbəblərini
aramaq, bulmaq üçün "Mşaq" qəzetinin
müdiri sentyabrın birində Tiflisdə mövqe tamaşaya
qoyulmuş olan məzkur operettanı dinləyərək
şöhrətinin səbəblərini
aşağıdakı sətirlərdə bəyan
etmişdir. "Mşaq" müdiri deyir: "Bu dəfə
də teatr orta sinif xalq ilə dolu idi. Bunlardan
başqa, bir çox zabitlər, ziyalılar və hətta
İngiltərə missioneri Mak Kamma Adonis və Qipokbekyan cənabları
da var idilər.
Tamaşanın
axırına kimi qaldım və qonşumuz türklərlə
daimi bir münasibət və təmasda bulunan erməni
xalqının "Arşın mal alan"a
kəmali-zövq ilə tamaşa etmələrinin səbəbləri
mənə aydın oldu. Düşündüm
ki, xalqı bu tamaşadan çəkindirmək mümkün
deyildir".
Əslində erməni jurnalistin
rahatlığını pozan, onu durub Tiflisə getməyə
vadar edən iftixar hissi deyil, paxıllıqdır, sadə ermənilərin
bir Azərbaycan bəstəkarının əsərinə bu
qədər vurğunluğundan yaranan həsəddir. "Mşaq" qəzetinin
redaktoru bunun səbəbini onda görür ki, "...Ermənilər
əsrlərdən bəri türk-tatarların və
farsların təxti-hakimiyyətində yaşayıb-gəlməsindən
və bütün həyatında qulaqları tar və
kamança sədası ilə dolmuş olmasından ibarətdir
ki, şərq musiqisi erməni millətinin də iliyinə və
sümüyünə yerləşmiş və ruhuna
hopmuşdur".
Erməni
ziyalıları görəndə ki, sadə erməniləri
heç cür "Arşın mal alan"a
baxmaqdan daşındıra bilməyəcəklər, əsəri
mənimsəmək, "özününküləşdirmək"
fikrinə düşürlər. Müslüm Maqomayev 1919-cu
ildə "Azərbaycan" qəzetində təəssüf
hissi ilə yazırdı: "Erməni xadimlərindən
birisi mənə sübut etmək istəyirdi ki,
"Arşın mal alan", əslində,
qədim zamanlarda... ermənicə
yazılıb-oynanmışdır. O bu pyesin keçmişdə
Türkiyədə oynandığını da iddia edirdi... Bütün bu rüsvayçılıqlara son qoymaq
zamanı deyilmi?"
Bəli, doğrudan da, başqasının əsərinə
sahib çıxmaq istəyi paxıllığın, xəbisliyin,
abırsızlığın son həddidir və xalis erməni
xislətidir.
Hazır kökə tapmaq xəstəliyinə
tutulmuş ermənilər, sadəcə, unutmuşdular ki,
böyük Yaradanımız o dahiyanə istedadı Üzeyir
bəyə hərtərəfli verib. Üzeyir
bəy bütün əsərlərinin librettosunu, dramaturji mətnini
("Koroğlu"dan başqa) özü yazıb. Onun əsərləri öz xəlqiliyinə,
milliliyinə, bəşəriliyinə, musiqisinin sadə və
yaddaqalanlığına, melodiyasının gözəlliyinə,
saflığına görə milyonların məhəbbətini
qazanmışdır. Dahi Mirzə Cəlil özünəxas
bir orijinallıqla yazırdı: "Amerikanın Nyu-York şəhərində
bir qəzet xəbər verir ki, Amerikanın teatrlarında da
"Arşın mal alan"
operettasını tezliklə oynamağa başlayıblar. Mən
də bunu ərz edə bilərəm ki, altıaylıq səyahətimdə
gördüm ki, Aşqabaddan tutmuş Daşkənd, Orenburq,
Samara, Tsaritsın, Həştərxan, Petrovsk, Vladiqafqaza qədər
küçə və bazarda "Arşın mal alan"dan
savayı özgə danışıq yoxdur. "Arşın
mal alan"ın sirri budur ki, bu qədər
şöhrət tapıb, budur səbəb ki, erməni,
gürcü, rus və amerikalı həmin əsərə nəhayət
müştaqdılar".
Ermənilərin
"Arşın mal alan"a olan hərisliyi
və əsərin müəllifinə
paxıllığı onların son dərəcə
rüsvayçı, insanlıqdan kənar əməllərə
də sövq edib. Əməkdar incəsənət xadimi,
kinoşünas Aydın Kazımzadə "Üzeyir Hacıbəyov
və kino" kitabında yazır: "Arşın mal alan" operettasını ermənilər tərəfindən
mənimsənilməsi hadisəsi 20-ci illərin əvvəlinə
gedib çıxır. Hələ 1915-ci ildə
"Arşın mal alan" Tiflisdə erməni
dilinə tərcümə olunub tamaşaya qoyulmuşdu. Gürcüstanda sovet hökuməti
yarandığı ərəfədə bir qrup erməni aktyoru
və əsəri tərcümə edən ölkədən
mühacirət etdilər. Onlar gedəndə
operettanın not materiallarını da özləri ilə
apardılar. Bu fırıldaqçı dəstə
əsəri əvvəlcə İstanbulda, sonra isə Afinada
tamaşaya qoydular. Oradan da ABŞ-a getdilər.
1925-ci ildə Ü.Hacıbəyov ABŞ-dan bir məktub
alır. Məktubun müəllifi keçmiş
bakılı, məşhur violençel ifaçısı,
vaxtilə Bakı konservatoriyasında dərs demiş professor
Okorokov idi. Məktubda deyilirdi: "Maqalyan familiyalı
birisi erməni artistlərindən truppa yaratmışdır.
O hər yerdə "Arşın mal alan"ı
göstərir, tez-tez ABŞ-ın müxtəlif şəhərlərində
qastrola gedir... Maqalyan artıq elə varlanmışdır ki,
özünə beşmərtəbəli ev almış və
həmin binanın fasadına "Arşın mal alan" yazmışdır".
Erməni rejissoru Maqalyanın çəkdiyi bu filimə 1942-ci ildə İranda qastrolda olan bir qrup incəsənət xadimimiz də tamaşa etmiş və erməni həyasızlığının şahidi olmuşdular. Təbrizdə bu filmə baxanlardan biri də Xalq artisti Leyla Bədirbəyli idi. Leyla xanım bu barədə "Ömrümün nağılları" xatirələr kitabında yazır: "Bir gün küçədə reklam gördük. "Arşın mal alan"ın gündüz seansına getdik. Üzdəniraq bir "Arşın mal alan" filminə tamaşa elədik. Filmin rejissoru... erməni idi. Amerikada istehsal olunan bu filmdə nə Üzeyir bəyin, nə də Azərbaycanın adı çəkilirdi. Qadın rollarının ifaçılarının ərəb, ya da hind qadını olduğu bilinmirdi. Kişi rollarının ifaçılarının da hansı millətə mənsub olduğu anlaşılmırdı. Tərtibat, geyimlər notdan kənar səslənirdi. Biz hamımız son dərəcə həyəcanlı idik. Birtəhər filmin sonunadək dözə bildik. Bu film tamaşaçını heç tərpətmirdi də... Kinoteatrdan çıxanda Bülbül özünü saxlaya bilmədi. Qəzəblə: - Belə biabırçılıq olar? Bu ki əsl oğurluqdur. Bakıya çatan kimi gərək Üzeyir bəyə bu məsələni danışaq, - dedi".
Əlbəttə, Üzeyir bəyin bu biabırçılıqdan xəbəri var idi. Bəstəkar müəlliflik hüququnun tapdalandığı barədə o zaman ölkə rəhbərliyinə müraciət etsə də, Sovet İttifaqı müəllif hüquqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyaya qoşulmadığı üçün əməli bir iş görülməmişdi. Ancaq məsləhət belə olmuşdu ki, "Arşın mal alan" əsasında film çəkilsin, bununla da bu məsələyə son qoyulsun. Nə yaxşı ki, 1945-ci ildə, Üzeyir bəyin öz sağlığında və dəyərli Azərbaycanda "Arşın mal alan" filmi çəkildi və çox da uğurlu alındı. İlk dəfə 18 sentyabr 1945-ci ildə nümayiş etdirilən "Arşın mal alan" filmi tezliklə xarici ölkələrin də ekranlarına yol açdı və bu məşhur operettanın əsl müəllifinin Üzeyir bəy Hacıbəyli olduğu bütün dünyaya bəlli oldu. Beləcə, ermənilərin "Arşın mal alan"a olan çirkin tamahının qarşısı alındı.
Mustafa ÇƏMƏNLİ
525-ci qəzet.- 2020.- 18 sentyabr.- S.9.