Azərbaycanlı kinorejissor
Sarayevo
kinofestivalında baş mükafata layiq görülüb
Cənub-şərqi Avropanın ən böyük festivallarından biri - 26-cı
dəfə keçirilən Sarayevo kinofestivalı başa çatıb. Festivalın əsas prizi - "Sarayevonun ürəyi"
mükafatı uğrunda
dörd - bədii, sənədli, qısametrajlı
və tələbə
müsabiqə proqramlarında
təqdim olunan 49 film mübarizə aparırdı.
Azərbaycanlı rejissor Rüfət
Həsənovun "Debüt"
kinostudiyası tərəfindən
çəkilmiş "İç
ada" filmi Sarayevo kinofestivalının
əsas müsabiqəsində
iştirak etmək üçün seçilmiş
ilk tammetrajlı Azərbaycan
bədii filmi olub.
Həmyerlimiz Rüfət Həsənov
Sarayevoda - Foto-Video Kinofestivalında ən yaxşı rejissor hesab edilib. O, bədii festival proqramında
ən yaxşı rejissor işinə görə "Sarayevonun ürəyi" mükafatına
layiq görülüb.
100 min nəfərdən çox auditoriyası olan Sarayevo kinofestivalı
Avropada ən əhəmiyyətli kinofestivallardan
biridir.
Bədii müsabiqənin jürisinə
fransız rejissor, ssenarist və aktyor, "Oskar" mükafatçısı
Mişel Xazanoviçuk
rəhbərlik edib. Jürinin
tərkibinə, həmçinin,
bədii rəhbər
Berlinale Karlo Çatrian, aktrisa Yadranka Lokiç, serb rejissoru Srdan Qoluboviç və festivalın direktoru Morelia Andrea Stavenxagen
daxil idilər.
"İç adası" tammetrajlı filmi Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
sifarişi ilə çəkilib və
"Azərbaycanfilm" Dövlət
Kinostudiyasının, "Debüt",
"Arizonfilm" (Fransa),
"Koyot Sinema" kinostudiyalarının, CNC Fransız
milli kinematoqrafiya və animasiya mərkəzinin yardımı
ilə "Mandarin" agentliyinin,
Baku Media Centerin və
İTV-nin birgə istehsalıdır.
Filmin baş qəhrəmanı dünyanın
tanınmış şahmat
qroyssmesterlərindən biri
Seymur Tahirbəyov ən vacib oyunundan
bir neçə həftə əvvəl karyerasında özünü
yenidən kəşf
etmək üçün
gizli şəkildə
cəmi bir adamın yaşadığı
adaya gedir. Film onun yaşadıqlarını
əks etdirir.
"İç ada" filminin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşçu
operator Orxan Abbasov, quruluşçu rəssam
Elturan Məmmədov,
bəstəkarlar Katya
Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, rejissorun birinci köməkçisi
Kamran Ağabalayev, icraçı prodüster
Nadir Əliyevdir. Baş rollarda
Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl çəkiliblər.
Xatırladaq ki, avqustun 14-də mədəniyyət naziri vəzifəsini müvəqqəti
icra edən Anar Kərimov Rüfət Həsənovun
Mədəniyyət Nazirliyi
kinematoqrafiya şöbəsinin
rəisi vəzifəsinə
təyin edilməsi haqqında əmr imzalamışdı.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 18 sentyabr.-
S.11.