Mədəniyyət
Nazirliyi: “Qarabağdakı tarixi abidələr erməni
vandalizminin qurbanına çevrilib”
Mədəniyyət
Nazirliyi Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarındakı tarixi mədəniyyət abidələrinin
dağıdılması ilə bağlı bəyanat
yayıb.Bəyanatda deyilir:
"Ermənistanın Azərbaycana
qarşı təcavüzü
nəticəsində işğal
edilmiş ərazilərdə
yerləşən yaşayış
evləri, təhsil, sənaye və kənd təsərrüfatı
obyektləri ilə yanaşı yüzlərlə
mədəniyyət müəssisəsi,
o cümlədən 4,6 milyon
kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı,
klub və mədəniyyət evi, 85
musiqi və rəssamlıq məktəbi,
100 mindən artıq eksponatın toplandığı
22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi,
2 konsert müəssisəsi,
8 mədəniyyət və
istirahət parkı, Qarabağ münaqişəsinə
qədər dövlət
qeydiyyatına alınan
700-dən artıq tarix
və mədəniyyət
abidəsi, o cümlədən,
Cəbrayıl rayonunda
11 və 15 aşırımlı
Xudafərin körpüləri
(VII-XII əsrlər), Kəlbəcər
rayonunda Gəncəsar
və Xudavənd məbədləri (XIII əsr),
Ağdam rayonunun Xaçın Türbətli
kəndində məqbərə
(XIV əsr), Füzuli
rayonu ərazisində
dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən
biri - Azıx mağarası, Şuşa
Dövlət Tarix-Memarlıq
Qoruğu erməni vandalizminin qurbanına çevrilib".
ŞAHANƏ
525-ci qəzet.- 2020.- 30 sentyabr.-
S.12.