"Ulduz"un avqust sayı

 

Bugünlərdə "Ulduz" jurnalının avqust nömrəsi işıq üzü görüb.

Dərgi professor Cahangir Məmmədlinin jurnalın iyul sayı ilə bağlı qələmə aldığı "Bədii sözün "Ulduz" rəngi" ekspert yazısı ilə açılır: "İstedadlı yazıçımız şairimiz Rəşad Məcid "525-ci qəzet"i ilə, gənclərə ölçüyəgəlməz qayğıları ilə dəstək olan poeziyamızın ustad şairəsi Sona xanım Vəliyeva "Kaspi" qəzetilə... yeni nəslə  ürək-dirək verdi. Amma deyirsən de, gəncliyin düz 48 illik bir ömürdən gələn "Ulduz" adlı bir dərgisi var ki, bu jurnal yaranışından cavanların podiumu rolunda -hətta ara vermədən çıxış etməkdədir. Mən bu dərginin o gündən bu günə oxucusuyam həmişə hiss etmişəm ki, Yusif Səmədoğlu Sabir Azəri ruhu elə indi onun səhifələrində dolaşmaqdadır. "Ulduz" kimi çoxpalitralı bir dərginin nömrəsini başdan-başa əhatə etmək çətindir. Bu nömrəni diqqətlə oxuduqdan sonra gəldiyim nəticə ondan ibarət oldu ki, bu jurnal ədəbi gəncliyimizin güvənc yeridir, onun səhifələrində başlayan debütlər gələcəyin böyük ədəbiyyatının möhkəm bünövrəsidir. "Ulduz"a əməyi keçən hər kəsi ürəkdən sevdiyimi elan edirəm".

Ekspert yazısını Məhsəti Musanın "Özüylə söhbəti" şeirləri izləyir.

Filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimlinin "Üç böyük tənqidçi, üç nakam tale" yazısında Əli Nazim, Mustafa Quliyev Hənəfi Zeynallıdan bəhs olunub.

Jurnalın "Şeir vaxtı"nda Şahinə Könül, Sona Əli, İslam Sadıq, Ramil Mərzili, Rəşad, Emil Tahiroğlunun şeirləri yer alıb.

"Kiçikdən böyüyə" rubrikasında 9-cu sinif şagirdi Tahirə Quliyevanın "Şirniyyatçı" yazısı verilib.

"Ulduz"un budəfəki "Tərcümə saatı"nda livanlı şair Mixail Nuaymənin şeirlərini ərəb dilindən filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidov dilimizə çevirib.

Vaqif Yusiflinin "Fikrət Qoca XX XXI əsrin şairi" yazısı jurnalın "Tənqid" bölümündə öz əksini tapıb.

Dərginin bu sayında Camal Zeynaloğlunun "Snayperçi qız", Ramilə Qurbanlının "Simli yaylıq", Vahid Məhərrəmovun "İydə çiçəyi", Bahar bərdəlinin "Mavi, mavi, masmavi" hekayələri nəsrsevərlərin ixtiyarına verilib.

"Ulduz"un "Debüt"ündə bu dəfə Vüsal Oğuz şeirləri, Günel Orucova qısa esseləri ilə çıxış edib.

Fəlsəfə doktoru Pərvanə Məmmədlinin "Güney nəsrində yeni "tapıntı" -fləş fikşn" yazısını jurnalda cənublu soydaşlarımız Murtuza Məcidfər, Zöhrə Vəfai Səttarinin yaradıcılıq nümunələri izləyir.

"Ulduz"un "Hücrə"sində Qəşəm Nəcəfzadə yeniyetmə yazar Alsunun "Balaca yazarın böyüklər üçün kitabı"ndan söhbət açıb.

Jurnalın ənənəvi "Dərgidə kitab" layihəsinin bu dəfəki qonağı gənc yazıçı Sahilə İbrahimovadır. Layihədə yazarın "Təxirəsalınmaz nikbinlik planı", "Seçim", "Atalığımın oğlu", "Yaşamaq ödənişlidi" hekayələri təqdim edilib.

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2020.- 30 sentyabr.- S.12.