"Mənəm, mən" nidası
haqlı qürurla səslənəndə...
YUĞ
DÖVLƏT TEATRININ NƏSİMİNİN 650
İLLİYİNƏ HƏSR OLUNMUŞ TAMAŞASI MARAQLA
QARŞILANDI
"Nəsimi ili"
olan 2019-cu ilin son həftəsində dahi şair haqqında növbəti səhnə
əsərinin premyerası
reallaşdı. Dekabrın 26-da Yuğ Dövlət
Teatrında böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illiyi münasibətilə
hazırlanan "Mənəm,
mən..." adlı
tamaşa nümayiş
olundu.
Rəsmi
şəxslərin, mədəniyyət
və incəsənət
xadimlərinin qatıldığı premyera axşamında öncə
teatrın baş rejissoru, tamaşanın quruluş müəllifi Mehriban Ələkbərzadə
çıxış edərək
"Mənəm mən..."in
ideyası və rejissor yozumu barədə məlumat verdi. Rejissor Nəsimi irsi, onun sonsuz mənəviyyatı
və əngin zəkasına özünəməxsus
nəzər olan tamaşada Nəsimini fərqli yozumlarda təfsir etməyə çalışdıqlarını dedi. Vurğulandı ki, mistik-psixoloji
dramda hürufi elmi, eşqi, ilahi yazısı, ilahi şeiri və övliyalığı
kimi şaxələndirilmələr
edilərək tamaşaçıya
fərqli rakurslardan təqdim olunur. Yuğ Teatrı ilə Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın
yaradıcı heyəti
hər bir məqamda Nəsimiyə olan sonsuz eşqin
təsvirinə can atıb.
Qeyd edək ki, yazıçı-dramaturq
İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın
quruluşçu rejissoru
Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə, quruluşçu
rəssamı Vüsal
Rəhim, bəstəkarı
Xalq artisti Aygün Səmədzadə,
plastik həllin müəllifi Ceyhun Dadaşovdur.
Rolları Xalq artisti Məmmədsəfa Qasımov
(Şeyx Əzəm Şəmsəddin Bağdadi),
Əməkdar artist Qasım
Nağı (Hürufi
ilahi şeir), aktyorlar Əbdülqəni
Əliyev (Hürufi elmi-ilahi), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah), Ziya Ağa (Seyid Əli Şamlı) və Elşən Əsgərov
(fərraş) ifa edirdilər.
Onlar fərqli zaman və məkan anlayışlarını səhnədə
cəm etməklə bizi Nəsimi dövrü, eşqi, kədəri, sevinci, həqiqəti, ölümü
və ölümsüzlüyü
ilə yenidən tanış etdilər.
Biz sufi, dərviş,
tərki-dünya, elə
həm də bütünlükdə və
hər zaman diri, yaşar şairi səhnədə
real çalarlar, bir növ, içimizdəki qorxuya qarşı çıxmaqla gördük.
Maraqlı oyun, temp, gözəllik və zəngin mənəviyyat təlqin edən teatr bizə içində olduğumuz, əslində,
dərk etməkdən
imtina etdiyimiz mətləbləri hasil etdi.
Başlayaq İlqar Fəhminin "Mənəm, mən..."indən. Əsər ümumilikdə Nəsimi
anlayışına - onun
əqidə dönməzliyinə,
mətinliyinə, mübarizliyinə,
aşiqliyinə, iradəsinə,
haqqın təcəllasına
rəmzi bir akt idi. Məhz insanın bu kontekstdəki duyuma qayıdışı
və Nəsimiyə bir də bu
dairədən baxması
650 yaşlı dərvişin
kosmos əsrinin ultramüasir, texnogen, robotlaşan adamları üzərində qələbəsidir
desək, çox olmaz. Niyə? Çünki elə Nəsimi qəzəllərindən, onun
elmindən, eşqindən,
dilindən, dünyasından,
zəkasından ən
primitiv ifadə ilə desək, fəhmlə baş çıxarmağa çalışan
Fəhmi bizi qolumuzdan tutaraq bir göz qırpımında
o dövrə atdı.
Bu uzun yolda bircə
bələdçi isə
tamaşanın quruluş
müəllifidir və
Mehriban Ələkbərzadənin
səhnə yozumu Nəsimi irsinin, irsi bir yana qoyaq, bir sufi, dərviş
ömrünün ən
mükəmməl, ən
sadə və elə ən didaktik həlli idi. Ən azı
ona görə ki,
müəllif və
rejissor mifik Nəsimini yox, real bir obrazı, etirazçı bir insanı bizimlə görüşdürdülər. Bu qısa tanışlıqdan
sonra tamaşaçını
aramla hürufilik cərəyanından kamil
insan olmaq çağırışına qədər az
qala 40 qapıdan keçirdilər. Tamaşaçıya qoşularaq hürufiliyin, təriqətin özünün
yaranması, fəlsəfi
mahiyyəti, sufizimlə
əlaqə ölçüsünü,
məqsəd və məramını axtardılar.
Tamaşada kütləvi oxucu-tamaşaçı
üçün lakonik
aydınlatmalar da elədilər. Məsələn, insanı alçaldan,
onu despotizmlə idarə edən və ən batin, məhrəm hisslərinə belə hökm oxumaq istəyənlərə etiraz
forması olan hürufiliyin məğzini
əsaslandırmağa çalışdılar.
Bir az
da dərin qatlara gedərək onların ədalət, Nəsimi ilə eyni məqamda səslənən haqq, mənəvi-əxlaqi kamilliyə
çatmaq və çatdırmaq istədiklərini
göstərdilər. Bunu isə
sadə sxem, daha doğrusu, adi detal ilə
ifadə etdilər.
Allahın adı insanın üz cizgilərində yazılıb
deyimini məqamdan məqama təkrarlamaq və hürufilik, sufizim, dərvişlik, ən sonda "Nəsiminin haqqı" deyə tələffüz
etdiyimiz bir qolu bizim üçün
gün işığına
çıxardılar: Ərəb
əlifbasındakı 28 hərfin
zahiri və batini mənalarının
açarı dünyanı,
Allahı qəbul etməyin təməl prinsipini göstərir. Bütün dünyada baş verən proses və hisslərin - elmi, dini, fəlsəfi, mənəvi əxlaqi - hamısı Allahı idrak etmənin təməlidir. Bu məqama yetdikdə insanı Allahla eyniləşdirən, daha
doğrusu, kamilləşməklə
Allah qatına varıb,
onu duymasını bir xilas kimi
göstərirlər. Müəllifin dramaturji materialda irəli sürdüyü konsepsiya
şəklindəki meylləri
- elmi, eşqi, ilahi yazını, ilahi şeiri, övliyalığı - obrazlarda
bir həlqədə cəm edən rejissor səhnədəki
7 aktyorun simasında
Allah bilir daha neçə-neçə yeddimizi
göyün 7-ci qatına
çıxardı.
Tamaşa birmənalı olaraq hürufiliyin təməl prinsipini açmaq cəhdi idi. Tamaşadan istənilən,
daha doğrusu, rejissorun göstərmək
istədiyi kamil insan qorxusu idi.
Yəni qətliamı
mütləq edən hakimiyyətin Nəsiminin kamilliyindən qorxaraq onu kafirliklə, həqiqətdən qaçaraq
asiliklə, insanlıqdan
aşınaraq Allaha bərabərləşmə qəbahəti
ilə cəzalandırmaq
istəyinə ən azı 600 ildən sonra tutarlı cavab idi: əslində,
hamının içində
bir Nəsimi var. Rejissor dramaturji materialdan, o materialı fövqəl-bəşəri edən
qəzəllərdən çıxış
edərək içimizdəki
Nəsimini oyatdı.
Fikrimizcə, teatrın bədii əsər olaraq böyük şairə töhfə olan tamaşası İlqar Fəhminin dramaturq kimi məharətinin, Mehriban Ələkbərzadənin
rejissor olaraq azadəliyinin təntənəsi
idi. İnsanın kamil insan olaraq Allaha dönüşünü
qısa düsturla verən müəllifi duyan rejissorun tamaşa həlli üzərində xeyli axtarışlar etdiyi bəllidir. O, müəllifin
ağır mətləblərini,
dərin məxəzlərini,
gizliliyi ehtiva edən fəlsəfi cərəyanın mətn
tezislərini vizual görüntüdə, həm
də mükəmməl
şəkildə tamaşaçıya
çatdırmağa çalışıb.
Təbii ki, bu mükəmməl
tablonun hasilində Xalq artisti Aygün
Səmədzadənin insan
ruhuna sığal çəkən musiqisi, onun hiss qatlarına asanlıqla enə bilən melodiyalarının
müstəsna yeri oldu. Hər keçid, hər
bir obraz yenilənməsində tamaşaçının
duyumunu da mətnə qoşan bəstəkar quruluş həllinə rahatlıqla
adaptasiya olan bir musiqi hazırlamışdı.
Vüsal Rəhimin (quruluşçu
rəssam) məhdud məkana dolğunluq gətirən səhnə
tərtibatı, ağ-qara
ziddiyyətində fərqli
çalarlılıq axtarışı,
ən əsası parça və taxta konstruksiyanı bütün real-irreal təsvir kimi, həm də yormadan göstərməsi
zövqlü idi.
Tamaşada xoreoqrafik, plastik həll də alqışlanmağa layiqdir. Aktyorlara bədən dilində,
həm də sürətli dəyişmələrlə hərəkətlilik
verən Ceyhun Dadaşovun
səhnə işıqları, aktyora texniki vasitələrlə iş
verməsi yenilik olmasa
da maraqlı idi.
Ən əsası dinamik aktyor
oyunu və səhnəyə hakimiyyətdə
bərabərlik baxımından.
Aktyorlardan
danışarkən uzun illik səhnə təcrübəsi və
bacarığına malik Məmmədsəfa Qasımov, Qasım
Nağı və Əbdülqəni Əliyevin
yaratdığı obraza hakimliyi, onun dərinliyinə
varmaları alqışa layiqdir.
Nisbətən gənc nəsil, səs tembri, səhnə energetikası və
tamaşaçı ilə dialoqu
baxımından Amid Qasımov, Vüqar Hacıyev, Elgün
Həmidov bu səhnə işində də
bacarıqlı oyun sərgilədilər.
Tamaşada rejissorun əsas
aktyor tapıntısı isə Ziya Ağa idi.
Aktyorluq ixtisası üzrə 4-cü kurs tələbəsi bu gəncin
indiyədək bu cür
maraqlı, ağır və məsuliyyətli oyunu
olmayıb. Bir saat 30 dəqiqəlik
tamaşada başdan sona səhnədə olan
və təpədən dırnağa özünü
ruh olaraq Nəsimiyə
təslim edən Ziya Ağa
rejissorun kəşfi idi.
İl
ərzində ərsəyə gələn səhnə
işlərinə nəzər olaraq mübaliğəsiz demək
olar ki, bu tamaşa dahi şairi mövzu seçən əsərlər
sırasında "Mənəm, mən..." deməyi haqq
edir.
Həmidə NİZAMİQIZI
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.17.