Bizim tanıdığımız müəllim...

 

O, "Bir müəllim tanıyırdım..." adlı məqaləsində öz müəllimi, böyük yazıçı Mir Cəlal Paşayev haqqında xoş sözlər deyir, sənətkarı nostalji hisslərlə xatırlayır. Yazını oxuduqca bir tələbənin müəlliminə olan sevgisinə, ehtiramına heyran qalırsan...Ta ki özün elə bir müəllim tanıyana qədər...

...Üç il əvvəl bir müəllim tanıdım. Auditoriyadakı mühazirələri oxuyarkən hərdən bir zarafat edən, aram-aram danışan, asta-asta, tələsmədən yeriyən bir müəllim... Elə bir müəllim ki, tələbələrini özünün ən qiymətli xəzinəsi hesab edir, onların sevgisi ilə qürrələnir, fəxarət hissi keçirir.

  Yaradıcılığı hər şeydən üstün tutan, sözün gücündən, qələmin qüdrətindən ali heç tanımayan, onlardan məharətlə istifadə edən, yüzlərlə məqalənin, onlarca kitabın müəllifidir o müəllim. Sadəlik, xeyirxahlıq, vicdanlılıq onun həyat kredosudur. Azərbaycan mətbuatında öz qələmi, fərdi üslubu ilə seçilən hər kəs tanıdığım müəllimi özünə ustad hesab edir. Bu, həm onun yüksək insani keyfiyyətləri ilə əlaqədardır.

O müəllim Qarabağ ağrısı, vətəninə qovuşmaq arzusu ilə yaşayır. Yaşadıqca da yaradır, örnək olur, davamçılarını yetişdirir...

Tanıdığım həmin müəllimin - BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin bu günlərdə 78 yaşı tamam olur. O, geridə qoyduğu yarım əsrdən çox ömrün hər anında şərəfini qoruyub, ləyaqətini hər şeydən üstün tutub. Bunu müxtəlif zamanlarda Cahangir müəllimlə yolu kəsişən hər kəs, eləcə keçmiş tələbələri, bu günün media kapitanları təsdiqləyə bilərlər.

Cahangir müəllimin böyük bir jurnalist nəslinin yetişməsində xüsusi xidmətləri var. Onun tələbəsi olduğuma görə mən fərəhlənə bilərəm. Bizə auditoriyada yarım semestr "Jurnalistikanın nəzəriyyəsi təcrübəsi-1" fənnindən mühazirələr oxuyub. Fəqət, dərsləri indiyə kimi davam edir...

Cahangir müəllim müxtəlif kurs tələbələrindən ibarət bir komanda formalaşdırıb. Biz bu heyətə "yaradıcı komanda" deyirik. Çünki sözün əsl mənasında yaradıcılıqla məşğul oluruq. Biz yazırıq, ustadımız da düzəldir, nəyi necə yazmaq olduğunu başa salır, respublikanın ən aparıcı mətbu orqanlarında dərc olunmasına köməklik edir, imzamızı tanıdır. Müəllimimiz tez-tez deyir: "Jurnalistin imzası, üslubu tanınmalıdır. bu üslub onun haqqında dolğun təsəvvür yaratmalıdır".

Biz bir komanda olaraq fərqli vaxtlarda müxtəlif uğurlara imza atmışıq. Ağdam Ağcabədiyə səfərlərimiz, "Qarabağ" qəzetinin dörd nömrəsinin qoşa səhifəsini çıxarmağımız, kitab aksiyası keçirməyimiz digər xatirələr bizim təkcə biz jurnalist kimi fəallığımızın yox, həm yüksək vətəndaşlıq mövqeyimizin göstəricidir. Çünki Cahangir Məmmədlinin yetirmələriyik. O isə əvvəl vətəndaş, sonra jurnalistdir.

Demək olar, hər gün kafedraya gedirəm. Cahangir müəllim adətən əlində qələm ya isə yazır, ya da tələbələrdən birinin yazısını redaktə edir. Adəti üzrə məni həmişə təbəssümlə qarşılayır. Görüşürük. Əvvəl bir problemim olub olmadığı ilə maraqlanır, sonra da onu düşündürən, narahat edən məsələlərdən danışır - jurnalistikanın müasir inkişaf meyllərindən, müasir ədəbiyyatımızdan, təhsil sistemindən... Ən çox da Qarabağdan, Ağdamdan...

Babalarımdan hər ikisi - respublikanın Əməkdar müəllimi, dilçi-alim Ramiz Novruzov Əməkdar jurnalist Oqtay Bayramov hələ çox illər əvvəl məni yazı-pozuya, ədəbiyyata meyllərindən şəxslər, həm ilk müəllimlərim idi. Sonradan tanıdığım müəllimimiz, ustadımız Cahangir Məmmədli isə indi həm BDU-nun Jurnalistika fakültəsindəki hər kəsin, o cümlədən, məzunların mənəvi qardaşı, atası, babasıdır. Eləcə mənim. Odur ki, növbəti ad günü ərəfəsində bu qeydləri qələmə alaraq mənəvi borcumu ödəmək, ötən illər ərzində göstərdiyi diqqət qayğı, öyrətdiyi hər şey üçün ona təşəkkürümü bildirmək istədim: Yeni yaşınız düşərli, uğurlu olsun, əziz insan!

 

Kənan NOVRUZOV,

BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi

 

525-ci qəzet.- 2020.- 25 yanvar.- S.18.