Edqar Po "ölümün ustası" mövqeyində
Taleh EMİNOĞLU
Edqar Allan Po və
əsərləri haqqında
kifayət qədər
danışılıb. Onun nəsr
və poeziya nümunələri üzərində
çox tənqidi mətnlər yazılıb.
Ponun detektiv romanları, hekayələri
öz quruluşu, üslubu, kriminal hadisənin motivi baxımından olduqca unikaldır. Onun əsərlərini daha da maraqlı
edən həm də fantastik elementlər daşımağı,
reallıqdan çıxış
etməsi və fəlsəfi altqatına
sahib olmasıdır.
Po, dövrünün oxucu zövqünü yaxşı bilir və günün nəbzini tutmağı bacarırdı. O, fantastik mətnlərini "qotik fantastik" üslubda yazırdı. O əsərlərində
diqqət çəkən
ilk şey ölümlə
bağlı olan nüanslardır. Belə ki,
ölümün fiziki
əlamətləri, meyidin
çürümə prosesi,
diri-diri dəfnetmə,
ölülərin dirilməsi
kimi hadisələr onun mətnlərində xüsusi yer tutur. Ədəbi tənqidçilər onun əsərlərini transsendentalizm cərəyanına
qarşı yaranmış
"qara romantizm"in
bir hissəsi kimi qəbul edirlər.
Edqar Allan Ponun
yaradıcılığı sadəcə detektiv janrı ilə yekunlaşmır. O, bu janrla yanaşı, eyni zamanda, satira
və komediya üslubuna da müraciət etmişdir.
Satirası və komediyası
daha çox ironiya üzərində qurulurdu. Misal üçün, ilk hekayəsi hesab olunan və qorxu janrında qələmə aldığı
"Metzenqerşteyn", burlesk
(parodiyalı uzlaşdırma
üslubu) üslubuna ironik baxışdır.
Po, həmçinin, dövrünün elmi yeniliklərindən, kəşflərindən
də məharətlə
istifadə edirdi.
O, "Ballon-Hoaks" silsilə
yazılarında hava şarı kimi o dövrdə təzə kəşf olunmuş vəsaitlərdən istifadə
edərək elmi-fantastik
janrına yenidən həyat vermişdi.
Edqar Allan Po oxucu
kütləsinin marağı
çəkmək üçün
daha bir maneradan istifadə edirdi. Belə ki, o, əsərlərində
frenologiya və insan tanıma kimi məşhur yalançı elm sahələrindən
məharətlə yararlanırdı.
Bütün bu yazdıqlarımı bir növ sübut
etmək Ponun "Mari
Rojenin sirri" hekayəsinə istinad edəcəm.
İlk öncə
onu qeyd edim ki, "Mari Rojenin sirri" hekayəsi "Morq küçəsində qətil"in
davamıdır və
1842-ci ildə qələmə
alınıb. Hekayə real hadisə üzərində
qurulmuş ilk detektiv janrının nümunəsidir.
Hekayənin ana xəttini Ponun əsərlərinin baş qəhrəmanı
olan detektiv Ogüst Düpenin Parisdə Mari Roje adlı bir xanımın
qatilini axtarması təşkil edir. Mari ətriyyatçı dükanında
işləyirdi. Onun
cəsədi Sen çayından tapılır. Onun necə öldürülməsi
mətbuatın və
insanların böyük
marağını cəlb
edir. Qəzetlər qətl barədə
müxtəlif xəbərlər
yayır, hadisəni başqa yerlərə çəkir. Bu isə Ogüst Düpenin gözündən
qaçmır; onun fikrinə görə, qəzetlər qətlin üstünü açmaq
yerinə hadisəni şişirdir və sensasiya yaratmağa çalışırdı. Bu yazılar nə
qədər cəfəng
olsa da, Düpen qətlin sirrini tapmaq üçün onlardan istifadə edir.
Detektivin istifadə etdiyi daha bir şey
isə məntiqi fikir yürütməkdir. O, bunun sayəsində qatilin əslində, bir nəfər olduğunu, cəsədi çayın
kənarına qədər
belindəki kəmərdən
tutub sürüyə-sürüyə
gətirdiyini, daha sonra isə qayığa qoyub çayın ortasına çatanda suya atmasını tapır. Qatili tapmaq üçün isə mütləq o qayıq tapılmalıdır.
Po, bu hekayədə
çox şeyi realda olduğu kimi saxlasa da,
bəzi şeyləri
dəyişdirmişdir. Bunun üçün
real həyatda baş vermiş qətl hadisəsinə nəzər
salmalıyıq. Belə ki,
Mari Sesili Rocers adlı bir qız
4 oktyabr 1838-ci ildə
Nyu-Yorkda yoxa çıxır. Bu hadisə
qəzetlərdə tirajlanır,
hətta ona "Gözəl siqaret satan qız"
ləqəbi də verilir. Bundan pul qazanmağa
və sensasiya yaratmağa çalışan
qəzetlərin sevinci
elə də çox çəkmir.
Qız geri qayıdır və bu dəfə
isə onun donanma zabiti ilə qaçdığı
məsələsi qulaqdan-qulağa
yayılır. Mari Rocers
bir daha üç il
sonra, yəni 1841-ci ildə yenidən yoxa çıxır. Üç gün sonra isə cəsədi Hudson çayının kənarından
tapılır. Hadisə bir
neçə həftə
ərzində ölkə
gündəmini zəbt
edir. Hadisədən bir neçə
ay sonra isə Mari Rocersin nişanlısı
zəhər içərək
intihar edir.
Po, bu hadisəni necə hekayəyə çevirdiyini bir dostuna yazdığı məktubda bu cümlə ilə qeyd edir: "Ogüst Düpen obrazının Mari Sesiliya
Rocers cinayətinin üstünü necə açdığını qurmaq
üçün mən
özüm də Nyu-Cersidə baş vermiş hadisəni dərindən tədqiq etməyə başladım".
Edqar
Allan Ponun qələmi
ilə əbədiyyət
qazanan hadisə Nyu-York tarixində hələ də üstü açılmamış
cinayət olaraq qalır.
Ponun bu hekayəni çap etdirməsi prosesi də olduqca maraqlıdır. İnsanlar qətlin təfərrüatlarını
sensasiya yaratmağa çalışan qəzetlərdən
oxuyurdu. Po, bunu hekayəsi üçün əla vasitə hesab edirdi. O, yazdığı
hekayəni, "Qətlin
üstünü açdım"
qeydi ilə bərabər, qəzetlərdən
birinin redaksiyasına göndərir. Hekayənin birinci hissəsi
1842-ci ilin oktyabr, ikinci hissəsi isə dekabr ayında "Snowden's Ladies Companion"da
çap olundu. Lakin üçüncü hissənin
çap olunmasına
"New York Tribune"da dərc
edilmiş bir məqalə əngəl yaratdı. O məqalədə
iddia olunurdu ki, Mari Rocersin ölümünə uğursuz
abort səbəb olub.
Bu isə Ponun
hekayəsinə uyğun
gəlmirdi. Amma qısa
müddətdə hekayəsində
dəyişikliklər edərək
1843-cü ilin fevral ayında çap etdi. Hekayə tam formada 1845-ci ildə
dərc olundu. Tam formada çap
edilmiş mətndə
ondan çox dəyişiklik edilmişdi.
Yazar bunu etməklə qətlin əsl səbəbini əvvəldən
bildiyini iddia edirdi.
"Mari Rojenin sirri"
hekayəsi ədəbi
tənqidçilər tərəfindən
Ogüst Düpe obrazının canlandırıldığı
üç hekayənin
ən zəifi olaraq qiymətləndirilir. Hətta tənqidçilərin
bəziləri onun hekayədən daha çox məqalə olduğu fikrini irəli sürür.
Arqument kimi isə hekayənin
janrının əsas
xüsusiyyətlərindən olan canlılığa
sahib olmaması göstərilir.
Bu hekayə ətrafında
baş verən üçüncü maraqlı
hadisə Ponun ədəbi cameədə
rəqibi olan R.V.Qrisvold tərəfindən
müsbət qarşılanmasıdır.
Edqar
Allan Po kimi dahi yazarın üslubuna bu
qısa hekayə üzərindən fikir bildirməyə, szə təqdim etməyə çalışdım. Ponun
yaradıcılığının unikallığı hər
bir oxucunun orda özünə görə nələrsə
tapması və onun demək istədiklərinə
dair yeni yanaşma ortaya qoya bilməsidir. Hər bir
oxucu Edqar Allan Ponun mətnlərində
özünü detektiv
hiss edə bilər.
525-ci qəzet.- 2020.- 25 yanvar.- S.17.