Qocaman şərqşünas dostum haqqında vida sözü

 

Vaxt var idi, yaradıcılığın möhtəşəm aldanışı məni qanadları üstünə alıb əlçatmaz, ünyetməz aləmə aparırdı. Heç ağlıma da gəlmirdi, ölüm var, itim var. Ağrılı-acılı ömrün yarpaqtökən çağı var...

Lap bu yaxınlarda onun "Hacının səxavəti" "Ağsaqqal məsləhəti faydasız olmaz" yazılarını "Doxsanı arxada qoyan, qələmi əlindən qoymayan dostum" adlı təqdimatla "525-ci qəzet"də çap etdirdim. Telefon çalıb təşəkkür etdi. Səsi çox gümrah idi. Dünya əhalisinin yalnız bir faizini təşkil edən uzunömürlülər sırasında vüqarla addımlayırdı. Yazıb-yaradır, xeyriyyəçiliklə məşğul olurdu. Qəfil ölüm xəbəri ürəyimi sızıldatdı, sanki qəlbimdən bir sap qopdu.

İtki çox ağır olur. Xüsusən uzun illərin dostunun itkisi. Dost itkisi haqda vida sözü yazmaq isə daha da ağrılı-acılı olur. Mən bunu Əzizə Cəfərzadə, Qasım Qasımzadə, Bəkir Nəbiyev, İmamverdi Əbilov, Zəlimxan Yaqub, Rasim Kərimli, tələbə yoldaşım Ənvər Rza, sevimli tələbəm Zeydulla Ağayev, eləcə kərküklü soydaşlarımız Sinan Səid, Əbdüllətif Bəndəroğlu, Əbdülvahid Küzəçioğlu, Mövlud Taha Qayaçı başqaları haqqında vida sözü yazanda öz üzərimdə hiss etmişəm. edəsən ki, "gəlimli-gedimli, son ucu ölümlü dünyanın" sərt dəyişməz qanunu vardır. Yaranan bir gün köç edir.

Belə halda Yəhya Kamalın misraları təsəlli olur:

 

Biçarə könüllər, gedən son gəmidir bu,

Hicranlı həyatın son matəmidir bu.

 

Sadə, təvazökar, səmimi ürəyi, xeyirxahlıqla döyünən Cümşüd Muradov mənalı bir ömür yaşadı. O, ADU-nun Şərqşünaslıq fakültəsinin fars dili ədəbiyyatı bölümündə görkəmli pedaqoq alimlərdən dərs almış, müdriklik məktəbi keçmişdi. Uzun müddət Əfqanıstan İranda tərcüməçi işləmişdi. Vətənə döndükdən sonra yalnız bir yerdə - Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində işləmiş, Həmid Araslının yanında həyat müdriklik məktəbi keçmişdi. Ona Abbas Zamanov dostluq etdiyi Bəkir Nəbiyevlə bir yerdə işləmək qismət olmuşdu.

Neçə illərdən bəri onun mətbuatda çap olunan xatirələrini, tarixi şəxsiyyətlə, xüsusən böyük bacanağı Mir Cəlal müəllimlə bağlı xatirələrini, ibrətamiz hekayələrini oxuyub düşüncələrə qərq olmuşam. Bir dəfə görüşümüz zamanı dedim ki, niyə xatirələrinizi toplayıb kitab halında çap etdirmirsiniz?

- Bunu mənə dostum Bəkir müəllim deyib. Yaradanın köməyi ilə arzumuz yerinə yetər - dedi.

Belə oldu. Bir gün zəngin hadisələrlə dolu, mənalı yaşanmış uzun bir ömrün salnaməsi olan "Unudulmaz xatirələr" kitabının əlyazmasını ortaya qoydu. Kitaba akademik Telman Əliyev "El ağsaqqalının üçüncü gəncliyi", mən isə "Bənzərsiz əsər" adlı ön söz yazdıq.

Kitabda Cümşüd müəllimin oxuculara ünvanlanan iki səhifəlik "Bir neçə söz"ünün hər cümləsi qızıl qiymətli fikirlər olub, onun müəllifinin necə dərin biliyə, həyat təcrübəsinə malik olduğundan, müdriklik zirvəsində dayanan, həyat insanlıq barədə, dünyanın keşməkeşləri barədə nüfuzlu söz sahibi, qadir bir insanla üz-üzə dayandığımızdan xəbər verir: "...qazancım insanların hörmət ehtiramı, itkim isə nəfsimin çəkib aparmaq istədiyi arzularım, istəklərim olub".

Taledən gələn qismətdir ki, Cümşüd müəllim böyük ədibimiz, görkəmli alimimiz, təkrarsız pedaqoqumuz Mir Cəlal müəllimin bacanağı olub. O, Mir Cəlal müəllim vasitəsi ilə bir çox görkəmli şəxsiyyətlərlə ünsiyyətdə olmuş, Səməd Vurğun, Şıxəli Qurbanov, Muxtar Maniyev, Mansurovlar ailəsi, Seyid Hüseyn Sadıqzadə, Almas İldırım, Əlibala Hacızadə, Heydər Hüseynov, Telman Əliyev, Nəriman Həsənzadə haqqında "Unudulmaz xatirələr" kitabında qələmə aldığı maraqlı hadisələr, epizodlar, onların, eləcə Mir Cəlal müəllimin xarakterinin müəyyən məqamlarını, bəzilərinin talelərinin qaranlıq səhifələrini açıb göstərməkdə əvəzsiz xəzinədir. Bu yazıları, eləcə İran Əfqanıstan xatirələrini həyəcansız oxumaq olmur.

Cümşüd müəllim "Unudulmaz xatirələr" kitabını mənə avtoqrafla bağışlamışdı:

 

"Əziz qardaşım Qəzənfər!

Çoxdan arzuladığımız kitab işıq üzü gördü.

Sevincimə şərik olmağınıza görə çox məmnunam!

Çox hörmətlə, Sizin Cümşüd.

 

14.VI.2016."

 

Cümşüd müəllim düz doxsan il bundan əvvəl həmin tarixdə anadan olubmuş.

Həyat belədir. Dahi Səməd Vurğun təsadüfi demirdi:

 

Bir görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Lakin qəm. Cümşüd müəllim kimi müdrik xeyirxah adamlar cismani cəhətdən bizdən ayrılsalar da, övladlarının, qohumlarının, dostlarının, dar gündə maddi mənəvi dayaq olduğu insanların qəlbində daimi yaşayırlar, unudulmurlar.

 

 Qəzənfər PAŞAYEV

Professor

 

525-ci qəzet.- 2020.- 25 yanvar.- S.15.