Dünya şöhrətli iki soydaşımızın birgə kitabı
PROFESSOR RAFİQ
ƏLİYEVİN DAHİ LÜTFİ ZADƏ İLƏ
BİRGƏ YAZDIĞI VƏ XARİCDƏ ÇAP
EDİLMİŞ ƏSƏR BU YAXINLARDA AZƏRBAYCAN OXUCULARINA
TƏQDİM EDİLƏCƏK
Çoxdan dünya populyarlığı
qazanmış alim,
professor Rafiq Əliyevin
öz elmi sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı "Fuzzy logic theory and
applications" (Qeyri-səlis məntiq - nəzəriyyə
və tətbiqetmələr)
kitabı bu yaxınlarda soydaşlarımızın
vətənində ölkə
ictimaiyyətinə təqdim
ediləcək.
Ölkə mediasının yaydığı
xəbərdə bildirilir
ki, XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu
qeyri-səlis məntiq
nəzəriyyəsi ilə
elmin ətraf aləmə ənənəvi
baxışını dəyişmiş
dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il dünyanın ən nüfuzlu elmi nəşriyyatı olan
"World scientific"də işıq üzü görüb. Bu nadir nəşr çap olunduğu ilk günlərdən
dünya elmi ictimaiyyətində böyük
maraq doğurub. Nə qədər qəribə olsa da, həmin
kitab Lütfi Zadənin müəllifi olduğu (burada həmmüəllifi - R.T) sayca
ikinci kitabıdır.
Dünya elmində əsl hadisə sayılmış
kitabın çapı
barəsində ölkə
mediasına açıqlamasında
professor Rafiq Əliyev
bildirib ki, Lütfi Zadə ömrü boyu ən mürəkkəb elmi nəzəriyyələrini
də özü kitablaşdırmayıb. O, hər
nəzəriyyə haqqında
məqalə yazır,
onların vasitəsilə
ideyalar verirdi. Daha sonra isə həmin məqalə yüzlərlə kitabın
yazılmasına səbəb
olurdu. Bütün həyatını elmə həsr edən Zadənin, nə qədər qəribə olsa da, cəmi bir
kitabı çap olunub. Həmişə
məqalələrə üstünlük
verən Lütfi Zadə özünün yazmaq və qismən də həyatını əks etdirmək istədiyi bircə kitabın çapında maraqlı olub.
Həyatının son illərində isə dahi soydaşımız elmi varisi professor Rafiq Əliyevə qeyri-səlis məntiqə
aid birgə kitab yazmağı təklif edib. Zadə kitab üzərində
bir müddət ən istedadlı yetirməsi Rafiq Əliyevlə bərabər
çalışıb. Zadənin ömrü həmin kitabı nəşrə
tam hazırlayıb çap
etdirməyə çatmasa
da, Rafiq Əliyev öz sevimli müəlliminin istəyini uzunmüddətli
və böyük zəhmət hesabına gerçəkləşdirərək bu dəyərli elmi əsərin işıq üzü görməsinə nail olub.
Yenicə çap olunmasına baxmayaraq, artıq dünyanın bir sıra ölkələrinin
ən məşhur universitetləri Lütfi Zadə və Rafiq Əliyevin həmmüəllifi olduğu
kitabı əldə etmək şansını
qaçırmayıblar.
"Qeyri-səlis məntiq
- nəzəriyyə və
tətbiqetmələr" kitabı qeyri-səlis məntiq nəzəriyyəsinə
aid ikihissəli topludur. Lütfi Zadənin
Rafiq Əliyevlə birgə yazdığı
birinci hissə qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma
tarixi, metodologiyası,
tətbiq sahələri,
yeni perspektivləri barədədir. İkinci hissədə
isə qeyri-səlis məntiqin tətbiq olunduğu hər elm sahəsinin bir mütəxəssisinin məqaləsi
yer alıb.
Dünyaca məşhur soydaşlarımızın
beynəlxalq elmi dairələrdə böyük
marağa səbəb
olmuş kitabının
təqdimat mərasimində
oxucular Lüvfi Zadənin elmi xələfi olan Rafiq Əliyevə həsr olunmuş "Su kimi sakit və
güclü" kitabı
ilə də tanış olacaqlar. Bu topluda dünya
şöhrətli alimin
müxtəlif illərdə
yazdığı məqalələr,
mətbuata verdiyi müsahibələr və
onun barəsində qələmə alınmış
yazılar yer alıb. Kitabın tərtibçisi şair-publisist
Rafael Tağızadədir.
Təqdimat mərasimibu il fevralın 10-da saat 18:00-da Xəzər Universitetinin "Mərmər
salonunda keçiriləcək
(Ünvan: Neftçilər
metro-stansiyasının yanı,
Məhsəti küçəsi
41.)
T.AYDINOĞU
525-ci qəzet.- 2020.- 25 yanvar.- S.15.