Ankarada görkəmli ədib Səməd
Behrənginin yubileyi qeyd
olunub
Ankarada Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatının (TÜRKSOY) qərargahında görkəmli
təbrizli yazıçı,
tanınmış tərcüməçi-publisist
Səməd Behrənginin
anadan olmasının
80 illiyi münasibətilə
toplantı keçirilib.
Toplantıda türk dünyasının
ədəbiyyatsevərləri, şair və yazıçılar, QHT və
KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə TÜRKSOY-un Baş katibinin
müavini Bilal Çakıcı, Azərbaycan
Yazıçılar Birliyinin
şöbə müdiri
Sayman Aruz, Avrasiya Yazıçılar
Birliyinin sədri Yaqub Öməroğlu, Ankarada fəaliyyət göstərən Təbriz
Araşdırmalar İnstitutunun
rəhbəri Rza Heyət və başqaları böyük
ədəbiyyatçının həyat və fəaliyyətindən, nadir üslubda
yazılan əsərlərinin
dəyərindən danışıblar.
Diqqətə çatdırılıb ki, yubilyar rəvan
yazı dili, orijinal bədii üslubu və yüksək şəxsi keyfiyyətləri ilə şöhrət qazanıb.
Səməd Behrənginin həyat prinsiplərindən bəhs
edən çıxışçılar
diqqətə çatdırıblar
ki, zəmanəsinin cəsur və qorxmaz şəxsiyyəti
kimi tarixə düşən yazıçı
heç bir halda yolundan dönməyib, amal və məsləkinə sadiq qalaraq düşüncələrini
obrazlı şəkildə
xalqına çatdırmağa
nail olub. Həyatının sonuna qədər
kənd müəllimi
kimi işləyən
S.Behrəngi qısa zaman kəsiyində böyük yazıçı,
publisist, tərcüməçi
kimi tanınıb və şöhrət qazanıb, əsərləri
sevilə-sevilə oxunub.
Tədbir bədii proqramla davam edib.
525-ci qəzet.- 2019.- 25 yanvar.- S.13.