Emosiyaların mesajı - Vüsalə Selcan yazır
Şüurun canlılardan yalnız insana aid olduğu söylənilir. Mövzu elmdə öz təsdiqini tapsa da, real müşahidələr
bunu təkzib edir.
Heyvanların da bizim bildiyimiz
şüuru var. Şüur
dediyimiz bəlkə də, emosiyaların bizdə formalaşdırdığı
vərdişlər toplusudur. Həm heyvanlar,
həm də insanlar onlara zərər verəcək
şeyləri öncə
emosiyaların təsiri
altında edir. Bu emosiyalar canlılarda
şüuru formalaşdırıb.
Mən bir dilçi kimi bunun dil-nitq
məsələsində də
keçərli olduğunu
düşünürəm. Emosiyaların bizdə yaratdığı
təəssürat təfəkkürü
inkişaf etdirməklə
yanaşı, dildə
ilk sözcükləri yaradıb.
Əlimizi oda vuranda dediyimiz "ayy" kəlməsindən
tutmuş bu gün işlətdiyimiz sözlərədək...
Emosiyalar şüuru formalaşdırsa
da, şüura tabedir həm də. Biz emosiyalarımıza,
onlar da şüura yenikdir. Yəni bizi bilavasitə emosiyalarımız idarə
edir. Şüur
ona ya "
stop" deyər, ya
da yol verər.
Qədim romalılara görə, insanın sağlam ruhu fiziki bədənin
sağlığından asılıdır. Orta əsr Şərq alimləri isə romalıların əksinə
olaraq deyirdilər:
"Sağlam bədəndə
sağlam ruh!" İddia edirdilər ki, ruhumuz bizi idarə
edir. Və bunun üçün
insan emosiyalarına daim nəzarət etməlidir. Buna elmdə autotreninq deyilir. Hər bir emosiya orqanizmdə
spesifik dəyişiklik
yaradır. Misal olaraq, kin ödü
hərəkətə gətirərək
üzə sarı rəng verir ki, bunun da
mülayim təbiətli
insanlara zərər, soyuqqanlı insanlara isə əksinə, xeyir gətirdiyini iddia edirdilər. Hətta Nəsrəddin Tusi kinin ölümlə nəticələnə bilən
ağır xəstəliklərə
yol açdığını
söyləyirdi. Onun
bu barədə maraqlı bir fikri də var:
"Kinin müalicəsi
onun səbəbini aradan qaldırmaqdan ibarətdir, çünki
səbəb gücləndikcə,
nəticə də güclənər". Bundan başqa,
güclü qəm-kədər
ürək-damar sisteminə
mənfi təsir göstərir, sevinc hissi bədəni sağlam saxlayar və insana xoş əhval-ruhiyyə bəxş edir. Bunu normalda hamımız müşahidə edə bilərik. Hətta kardioloqlar da əsəb və stressin verdiyi kədərin qan damarlarının fəaliyyətini
aşağı saldığı
üçün həmin
zamanlarda yürüş
etməyi, fiziki iş görməyi məsləhət bilirlər.
Bu da ürək
infarktının qarşısını
alır. Bu sıradan utancaqlıq barəsində də yazmaq istərdim. Həddən
artıq utanan adamlarda güclü tərləmə baş verir, utancaqlıq rəngə sarılıq
gətirir. Hətta
özümdən bildiyim
bir təcrübəm
də var: Səsə təsir edir. Müəyyən qədər səsin
batmasına səbəb
olur. Bu misalları
uzatmaq da olar.
Ümumiyyətlə, istər mənfi, istərsə də müsbət emosiyalar bizi bəzən bizdən asılı olmayaraq da idarə
edir. İnsan psixoloji gərginlik
yaşadığı zamanlarda
mənfi emosiyalar öz enerjisini ondan yan keçirmir.
Hər kəs onu xoşbəxt edə biləcək səbəb(lər)i tapmalıdır.
Mənə görə,
insan onda kin, kədər, stress yaradan mənfi emosiyaları hər hansı bir sevdiyi işlə
məşğul olarsa,
cilovlaya bilər. Mənfi emosiyaları bəzən bizdə kənar adamlardan gələn enerji yaradır. Həyatda hər şeyin enerjidən ibarət olduğuna inanan bir adam kimi düşünürəm ki,
emosiyalarımızı da
enerjilər qidalanadırır.
Enerji mövsuzunda
sonra danışacağam.
Orta əsrlərdə yaşayan alimlərin bir çoxu gülüşü mənfi emosiyaların insanda yaratdığı xəstəliklərə qarşı bir dərman olaraq önərirdilər. Hətta gülüşü göz dəyməni, cadunu qovmaqda ən münasib mübarizə üsulu kimi təlqin ediblər. Müasir tibbdə də həkimlər gülüşlə bir çox xəstəliklərin öhdəsindən gəlmək mümkün olduğunu təsdiq edir. Dünya tibb sahəsində gülüş idmana bərabər tutulur. Bəzi ölkələrdə "Gülüş terapiyası" deyilən müallicə metodu da var. Həkimlərin iddiasına görə, gülüş zamanı ən az 17, ən çox 43 əzələ hərəkətə gəlir. Gülüş qan dövranının yaxşılaşmasına, infarkt riskinin azlamasına, çəkinin itməsinə, təzyiqin, qan şəkərinin normallaşmasına, onkoloji xəstəliklərinin müalicəsinə kömək edir. Orta əsrlərdə yaşamış alim Əbu Osman-əl Cahiz gülüşün müalicəvi xüsusiyyətlərindən bəhs edərkən deyirdi: "Gülüş piyin yığılmasına və qanın çoxalmasına səbəb olur. Əgər güldürmək və gülmək eybəcər sayılsaydı, gözəl bir əşya, imarət görəndə deməzdik ki, o, sanki, gülür!"
Niyə həmişə deyirlər qadınlar
onları güldürən kişilərlə daha çox vaxt keçirmək istəyirlər?! Güldürmək hər adamın
bacara bildiyi sənət
deyil. Bu tip insanlar bir
növ həkim rolunu
oynayırlar. Kaş həyatınızda
belə həkimlər ola.
Biz, əslində,
özümüz də bilmədən öz taleyimizi yazır,
yaşımızı müəyyənləşdirir,
sağlamlığımızı idarə edirik. Hislərimizi
nə qədər doğru-düzgün
idarə edə bilsək, sağlamlığımızı da bir o
qədər məhbəsdən azad etmiş olarıq. Sağlam
təfəkkür, sağlam
düşüncə sağlam ruh deməkdir.
Möcüzəni
göylərdə axtarmağa ehtiyac yoxdur, möcüzə elə
özümüzük. Yaradılışın bir çox sirləri elə
insanda gizlidir. Sadəcə,
onu kəşf etmək lazımdır.
Vüsalə SELCAN
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.17.