Aşıq Alının "Nə qaldı" kitabı çap olunub

 

Bu günlərdə şair, folklorşünas İlham Qəhrəmanın tərtibatında məşhur el sənətkarı Aşıq Alının " qaldı" kitabı "Qanun" nəşrlər evində çapdan çıxıb.

Kitabda Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan 300 şeiri toplanıb.

Kitabda tərtibatçı çoxsaylı deyim sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirib, 750-dən çox ətək şərhi verib.

Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitab İ.Qəhrəmanın "Könül işi" adlı böyük məqaləsi ilə açılır. Şeir nümunələri janrından ənənə ardıcıllığından asılı olaraq 14 bölmədə verilib.

" qaldı" kitabının redaktoru Əsəd Cahangir, rəyçi şair Telman Hüseyn, məsləhətçisi Məhərrəm Qasımlıdır. 500 tirajla çap olunmuş kitab ticarət şəbəkələrində satışda olmayacaq. Kitabı əldə etmək üçün tərtibçiyə müraciət etmək lazımdır.

 

525-ci qəzet.- 2020.- 29 yanvar.- S.12.