BDU-da Cahangir Məmmədlinin
78 illiyi münasibətilə tədbir təşkil
olunub
Bakı
Dövlət Universitetinin (BDU) "Jurnalistika" fakültəsində
professor, Prezident təqaüdçüsü Cahangir Məmmədlinin
78 illiyi münasibətilə tədbir təşkil olunub.
Tədbirə toplaşanlar Azərbaycan mətbuat tarixi və jurnalistikasının
sadiq tədqiqatçılarından
olan alimin fəaliyyətinin müxtəlif
istiqamətlərinə nəzər
salıblar.
Qeyd olunub ki, Cahangir Məmmədli
1968-ci ildə Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirib. Həmin ildən bu fakültədə müəllimlik
fəaliyyətinə başlayıb.
Hazırda Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi
kafedrasının müdiri
vəzifəsində çalışır.
Çıxış edənlər Cahangir
müəllimin nəcib
insani keyfiyyətlərindən
danışıblar. O, həmişə zəhmətsevərliyi,
çalışqanlığı, elmə sadiqliyi ilə seçilib və bu xüsusiyyətləri
pedaqoji fəaliyyəti
ərzində tələbərinə
də aşılamağa
çalışıb. 250 elmi, 1300 publisistik məqalənin müəllifi
olan alimin ədəbi tənqidə
və jurnalistikaya dair 7 kitabı nəşr olunub. Cahangir Məmmədli bu gün də yorulmadan təcrübəsini
və biliklərini gənclərlə bölüşür,
mətbuatın müasir
inkişaf meylləri və dünya mediasında gedən prosesləri yaxından izləyir.
S.QARAYEVA
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.7.