Kamal Abdullanın “Mənim Füzulim” kitabı işıq üzü görüb
Xalq yazıçısı Kamal Abdullanın “Mənim Füzulim” adlı yeni kitabı işıq üzügörüb. Müəllifin Məhəmməd Füzuliyə həsr etdiyi esselərindən ibarət olan yeni nəşrdə Səttar Bəhlulzadənin Füzuli əsərlərinə çəkdiyi qrafik rəsmlərdən istifadə edilib. Yazıçı kitabda yer alan ədəbi nümunələrin yazılma tarixçəsini və kitabın çap olunm aideyasını belə əsaslandırır: “Oxucuya, həcmcə kiçik də olsa, kitab kimi təqdim edilən bu mətnin yaranış necə oldu və bu yaranışın səbəbi nəidi?!
Uzun müddətidiki, Cahangir Cahangirovun cazibədar “Füzuli” kantatası özününən müxtəlif yönlərindən mənim qulağımda səslənirdi. Mən ondan yaxa qurtara bilmirdim. Ən müxtəlif vaxtlarda, ən müxtəlif yerlərdə öz-özünə, heç nədən o, mənim beynimdə, qəlbimdə peyda olurdu. Mən bu musiqi ilə yaşayırdım, onunla nəfəs alırdım. Şövkət Ələkbərovanın ecazkar səsi əlimdən yapışıb məni Füzuli aləminin lap içinə qədər arxasınca gətirib gəlirdi.
... Füzuli məni həmişə ahənrüba
kimi özünə cəlb edib. Füzulinin sözə
münasibəti, sözü mum kimi beytin
içində “əzib” yerləşdirmə
bacarığı mənim təsəvvürlərimin hətta
hüdudundan kənara çıxıb. Mən
həmişə fərqində olmuşam
ki, Azərbaycan ədəbiyyatı məhz
Füzuli ilə XVI əsrə daxil olub, öz
dilini yenidən yaradıb və qoruyub, dünya dəyərlərinə
qiymət verib. Elə buna
görə də “Füzuli olmasaydı nə
olardı?” sualı məni həmişə qorxudub.
Və bu qorxu tezcədə
duman kimi uçub gedib. Mənanlamışam
ki, mənim Füzulimolmaya
bilməzdi. Necəki, Xəzər olmaya
bilməzdi, necəki, Göygöl olmaya bilməzdi, Azərbaycan olmaya
bilməzdi. O məni heç zaman tək buraxmazdı. Və mənim Füzuli muzaqəsrlərin isti
qoynundan narahat, qəmli
baxışlarını yenə də bu
günədikib. Və təkrar-təkrar deyir.
Təkcə mənim üçün deyir: “Təğyiri-qəm etmək olmaz oldu. Gəldim, geri getmək olmaz oldu...”
Kitabın
bədii redaktoru Əməkdar incəsənət xadimi Ziyadxan
Əliyev, redaktoru Cavid Zeynallıdır. Kitab “Mütərcim”
nəşriyyatında çap olunub.
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.13.