28 tələbə “Azercell
Təqaüdçüsü” fəxri adına layiq görüldü
Azercell 2020-ci il üzrə Tələbə
Təqaüdü Proqramının nəticələrini elan
edib
28
noyabr 2020-ci il tarixində Azercell Tələbə Təqaüd
Proqramı üzrə qalib gələn tələbələrin
təntənəli mükafatlandırma mərasimini
keçirib. “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev,
Azercell-in İnsan Kapitalının İdarə edilməsi
departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin
tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova
qalibləri təbrik edərək, gələcək fəaliyyətlərində
uğurlar arzu ediblər.
“Yarandığı
gündən etibarən Azercell
tələbələrin fərdi və peşəkar
inkişafına böyük töhfə verməklə
yanaşı, bu istiqamətdə yeni imkanların
yaradılması üzərində çalışır. Biz,
istedadlı gənclərin elmi fəaliyyətinin təşviqinə
yönəlmiş bir sıra layihələrin təşəbbüskarı
olmaqdan qürur duyuruq. Artıq 12 ildir ki, Azercell hər il ənənəvi
olaraq tələbələr üçün Təcrübə
və Təqaüd proqramları həyata keçirir və
şirkətimiz bu günə qədər 230-dan çox tələbəyə
təqaüd ayırıb ”,- deyə Vahid Mürsəliyev tədbirdə
çıxışı zamanı qeyd etdi.
Xatırladaq
ki, Azercell-in Tələbə Təqaüdü proqramına
müraciətlərin qəbulu cari ilin sentyabr ayında
açıq elan olunub. Müraciət etmiş 1750 tələbədən,
741 öncədən qoyulan tələblərə cavab verərək,
mərhələli seçim prosesinə dəvət
alıblar. Proqramda iştirak edən
bütün tələbələr üçün bərabər
şəraitin yaradılması məqsədilə İnsan
Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri
üç ay ərzində paytaxt və bölgə
universitetlərinin tələbələri ilə görüşərək
proqram haqqında məlumat verib, onları maraqlandıran
sualları cavablandırıblar.
Qeyd
edək ki, bu il 28 tələbə Azercell təqaüdçüsü
adına layiq görülüb. Təqaüdçülərin
9-u Bakı, 10-u bölgə təhsil müəssisələrinin tələbələridir. Digər
9 tələbə isə 2017-ci ildə Təhsil Nazirliyinin
SABAH qrupları və “Azercell Telekom” MMC arasında
imzalanmış memorandum çərçivəsində SABAH
tələbələri sırasından seçilib.
Qaliblər ali
təhsillərinin sonunadək Azercell
şirkətindən 200 AZN məbləğində aylıq təqaüd
almaqla yanaşı, telekommunikasiya
sahəsi haqqında biliklərini artırmaq, rəqəmsal
dünyanın ən son trendləri ilə
yaxından tanış olmaq, şirkətin
korporativ tədbirlərinə dəvət
almaq, müxtəlif təlimlərdə
iştirak etmək və şirkətdə
təcrübə keçmək imkanını əldə
ediblər.
525-ci qəzet.- 2019.- 31 yanvar.- S.11.