Afaq Məsud Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü seçilib  

 

Fransa Senatının sərəncamıyla 1980-ci ildə Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, A.Məsud akademiyanın baş direktoru, tanınmış ictimai xadim, rəssam Nikol Lemer dAqacionu, sessiya iştirakçılarını salamlayaraq əsas məramı dünya elmi ədəbiyyatı üzrə əməkdaşlığın inkişafına dəstək vermək olan bu mötəbər qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələrdən söz açıb:

"Əsrlərboyu Şərq Qərb mədəniyyətlərinin qovşağında formalaşan, Şərqin ruhunu ağrısını, Qərbin müasirliyini özündə birləşdirən Azərbaycan bu gün dünya ədəbiyyatına yeni nəfəs, fərqli düşüncə sahibi olan yeni imzalar təqdim etmək iqtidarındadır".

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.9.