Xeyrəddin Qocanın 70 illiyi
qeyd edildi
Yanvarın
29-da Beynəlxalq Muğam Mərkəzində
tanınmış nasir və publisist Xeyrəddin Qocanın
anadan olmasının 70 illiyinə həsr edilmiş musiqili-bədii
gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, filologiya
üzrə fəlsəfə
doktoru Gülhüseyn
Kazımlının aparıcılığı
ilə keçən gecədə ədibin çağdaş həqiqətlərə
işıq salan bədii və publisistik yaradıcılığından
geniş söhbət
açılıb. Tədbirdə Azərbaycan Yazıçılar
İttifaqının katibi,
Xalq yazıçısı
Çingiz Abdullayev yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla
səsləşən, vətəndaşlıq
duyğularından qaynaqlanan
ədəbi-bədii yaradıcılığından
söz açıb.
Bildirib ki, Xeyrəddin Qoca xalqa xidmətlə
keçən şərəfli
bir ömür yaşayaraq cəmiyyətdə
layiqli nüfuz qazanıb.
Gecədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova və başqaları çıxış
edərək Xeyrəddin
Qocanın satirik-dramaturji
yaradıcılığından, onun hədsiz səmimiliyindən, baməzəliklərindən
söz açıblar.
Yubilyarın qəzetçilik və publisistik, ictimai-siyasi və diplomatik fəaliyyətindən danışan
natiqlər Xeyrəddin
Qocanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar. Gecədə yazıçı-satirikin ərsəyə
gətirdiyi tamaşalardan
qısa səhnələr
nümayiş olunub və rəngarəng musiqi parçaları təqdim edilib.
Sonda Xeyrəddin
Qoca mərasimin təşkilində zəhməti
olanlara minnətdarlığını
bildirib, bundan sonra da ədəbiyyatımıza
yeni töhfələr
bəxş edəcəyini
söyləyib.
525-ci qəzet.- 2020.- 31 yanvar.- S.9.