"Yada düşdü"nün
yeni sayı
Ədəbi-bədii, nostalji jurnal olan "Yada düşdü"nün ötən ilə olan son sayı hər zamankı kimi maraqlı yazılarla zəngindir.
Jurnalın "Təsisçidən" başlıqlı
ənənəvi rubrikasında
Nəzakət Məmmədlinin
ana haqqında kiçik essesi və "Ana haqqı"
şeiri verilib.
Sonrakı səhifələrdə oxucular Bəxtiyar Qaracadan "Hamımızın
müəllimi", Maarifə
Hacıyevadan "Müdrik
ömür", Ramilə
Qurbanlıdan "Elə
bilirdim ki, məzara qoyulanda qalxacaq...", Məsmə
Mahmudovadan "Alim ömrü", Şəmistan
Nəzirlidən "Səməd
bəy namında bir kişi gördüm",
Məlahət İsmayılqızıdan
"Rəssamın poetikası",
Zümrüd Dibirovadan
"Ruhunuz şad olsun Səfiyyə xanım", Səxavət
İzzəti Əndəlibdən
"Güneydən əsən
yellər", Kəmalə
Mirzəyevadan "Könüldən
könülə...", Dilarə
Nağıyevadan "Qarateli
deyin, ağlayın",
Ay Bəniz Əliyardan
"Ağalar Mirzə
- ruh əkizinin axtarışında, Salatın
Əhmədlidən "Manatın
nağılı", Minaxanım
Nuriyeva-Təkləlidən "Xarı bülbül" çiçəyini kəşf
edən, amma üsulini-nəslini gizlədən
bilgə qadın",
Sahibə Sədnikqızıdan
"Sədnik Paşa
Pirsultanlı fenomeni Seyfəddin Rzasoyun baxışlar sistemində",
Qədir Tərtərlidən
"O gün gələcək",
İbrahim İlyaslıdan
"Onun üçün
şərəf hər
şeydi" yazılarını
oxuyacaqlar.
Məqalələrdən sonra "Gözlədiyimiz
kitablar" və
"Uşaqlar, ay uşaqlar"
rubrikaları yer alıb. Jurnal türk yazıçısı
Tuncər Cücənoğlunun
"Qaranquşun məhəbbəti"
adlı hekayəsi ilə tamamlanır.
ŞAHANƏ
525-ci qəzet.- 2020.- 31 yanvar.- S.9.