Arif Əbdüloğlunun yeni kitabı çap olunub

 

Şair Arif Əbdüloğlunun "Vətəndir- sevdiyim, sevildiyim yer" kitabı onun sayca üçüncü kitabıdır. Bundan əvvəl onun iki oçerklər kitabı işıq üzü görüb. Yeni kitab poemalar şeirlər toplusudur.

Kitabın redaktoru Sədaqət Kərimova, rəssamı Könül Muhammed-Sayaleva, korrektoru Günel Əliyevadır.

Kitab redaktordan müəllifin təqdimatı ilə başlayır.

"Şolların çətin yolu" poemasında şair xalqımızın böyük oğlu, "millət atası" mesenat Hacı Zeynalabdin Tağıyevin ötən əsrin əvvəllərində Şollar-Bakı su kəmərinin çəkilişində göstərdiyi fədakarlığı qələmə alıb, onun vətənpərvər obrazını yaratmağa çalışıb.

"Qeyrət qalası" poemasında 1918-ci il soyqırımında maştağalıların erməni qəsbkarlarına qarşı necə qəhrəmanlıqla vuruşduqlarını, onları kəndə buraxmadıqlarını, Maştağanı qeyrət qalasına çevrirərək beş ay müdafiə etdiklərini fəxrlə, böyük sevgi ilə təsvir edib.

200 səhifəlik kitabda Arif Əbdüloğlunun müxtəlif illərdə yazdığı, doğma vətənə, təbiətə, sevdiklərinə həsr etdiyi şeirlər yer alıb. Bu şeirlər "Vətəndir-sevdiyim, sevildiyim yer", "Səslərin işığı", "Əzizlərim, doömalarım", "Çıxır hər gün qarşımıza" adlı bölmələrdə toplanıb.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.9.