2019-un sonuncu
"Ulduz"u
"Ulduz"
jurnalının ötən ilin son - dekabr sayı filologiya elmləri
namizədi Səyyad Aranın "Bir dəstə
çiçək kimi..." sərlövhəli ekspert
yazısı ilə açılır. Xuraman Hüseynzadənin
"Özüylə söhbəti və yazısı"
jurnalın bu nömrəsini xüsusi rəng qatır.
Professor
Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər
xəzinəsi"ndə Stanislav Yeji Letsinin müdrik deyimləri,
"Şeir vaxtı"nda Əlizadə Nuri və Turan
Uğurun şeirləri, "Nəsr"də Qəşəm
Nəcəfzadə, Etibar Muradxanlı və Zəki Vilayətoğlunun
hekayələri, "Qəzəl de ki..."də Vüqar
Rahi, "Ulduz" arxivində Xalq şairi Rəsul Rzanın
İmadəddin Nəsimiyə ithaf etdiyi "Son gecə"
poeması, "Tribuna"da Samirə Məmmədlinin "Azərbaycan
mühacirəti - faciə ümid bucağında"
başlıqlı publisistik yazısı çap olunub.
Jurnalın
"Tənqid" rubrikasında tənqidçi Əsəd
Cahangirin "Gənclər söz istəyir"
başlıqlı tənqidi yazısı, "Tərcümə
saatı"nda Aslan Quliyevin tərcüməsində Dilek
Yüksəlin "Pompeyi sevərkən" hekayəsi,
"Dərgidə kitab" Gülay Tahirli, "Böyükdən
uşağa" rubrikasında isə Mina Rəşidin
uşaq şeirləri yer alıb.
Bundan başqa, Günay Səma Şirvanın Cəlil Məmmədquluzadənin
150 illik yubileyinə həsr etdiyi "Nəsrdə portret yaratma üsulları" yazısı, Əli Şirin Şükürlünün
ədəbi supermatizmə
aid nümunələri, Nəcibə
İlkinin şeirləri,
Kamandar Eyvazlının
"Nəsiminin bayatı
nəfəsli şeirləri"
sərlövhəli yazısı,
Kamandar Eyvazlının
"Körpünün üstü"
şeiri oxucuların görüşünə gəlib.
"Sərgi" rubrikasını isə istedadlı gənc rəssam Zöhrab Salamzadənin rəsm əsərləri bəzəyir.
Qeyd edək
ki, "ulduzlu nəşrlər" layihəsi
çərçivəsində şair Faiq Hüseynbəylinin "Sevgi
heykəli" şeirlər
kitabı da oxucuların sərəncamında
olacaq.
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.12.