Özbəkistan Milli
Kitabxanasına Azərbaycana dair kitab kolleksiyası hədiyyə edilib
Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
(AMM) Əlişir Nəvai adına Milli Kitabxanaya və
paytaxtdakı İslam Sivilizasiyası Mərkəzinə
ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə
edib.
AZƏRTAC
xəbər verir ki, kitablar arasında ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyəti, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi
inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri"
seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və
ingilis dillərində çap edilən nəşrlər var.
Kolleksiyada AMM-nin özbək dilində Azərbaycanın
tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı
ilə bağlı Daşkənddə çap etdirdiyi
kitablar, habelə Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə dair nəşrlər də
yer alıb.
Kitabxanalara
verilən nəşrlər arasında AMM-nin özbək
dilində çap etdirdiyi böyük Azərbaycan şairi
Nizami Gəncəvinin "Xəmsə"si, İmadəddin
Nəsiminin "Cananı sevərmən", "Azərbaycanca-özbəkcə,
özbəkcə-azərbaycanca lüğət"
kitabları Azərbaycan-Özbəkistan ədəbi əlaqələri
mövzusunda əsərlər və digər nəşrlər
də olub.
Mərkəzin direktoru Samir Abbasov bildirib ki, 2019-cu ildə Daşkənd, Səmərqənd,
Urgənc və Fərqanə şəhərlərindəki
aparıcı kitabxanalara
Azərbaycana dair zəngin kitab kolleksiyası, musiqi, sənədli və bədii filmlərdən ibarət disklər hədiyyə edilib və bu istiqamətdə
işlər bu il də davam
etdiriləcək.
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.15.