Ürəklərə paylanan
nur
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
filologiya elmləri
Paytaxt Bakıda, 5 nömrəli şəhər xəstəxanasının
arxasında üçmərtəbəli
uzunsov bir bina var. Bu bina gözdən uzaq olsa da, könüldən
uzaq deyil.
Ürək problemi olan insanlar
bu binanı asanlıqla tapırlar. Bura Respublika Səhiyyə Nazirliyinin Akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutudur.
Bu institut elmi-tədqiqat
işləri ilə praktiki müalicə işlərini özündə
birləşdirən unikal
tibb müəssisəsidir.
O qədər də böyük olmayan binada doqquz nəfər
tibb elmləri doktoru, iyirmi altı nəfər tibb üzrə fəlsəfə doktoru, yetmiş doqquz nəfər aspirant və həkim fəaliyyət göstərir. Tutduğu vəzifəsindən asılı olmayaraq (direktor, baş həkim, elmi katib, şöbə müdirləri) bu binada hamı xəstələrin müalicəsi
ilə, ürək problemi olan xəstələri
normal həyata qaytarmaqla
məşğul olur.
Bu yazıda həmin institutda fəaliyyət göstərən gözəl
və qayğıkeş
həkim, fədakar insan,
2-ci kliniki kardiologiya şöbənin müdiri,
tibb üzrə fəlsəfə doktoru Nailə Zakir qızı Fərəcova
haqqında söhbət
açmaq istəyirəm.
Nailə
xanım 27 il
əvvəl Azərbaycan
Dövlət Tibb İnstitutunu bitirərək
təyinatla Elmi Tədqiqat Kardiologiya institutuna işləməyə
göndərilib. O, burada
sıravi həkimlikdən
başlayaraq müxtəlif
vəzifələrdə çalışıb
və daim elmi axtarışlarını
davam etdirib. Nəhayət, onun elmi işləri uğurla nəticələnib. 2005-ci
ildə o, "Ürək
çatışmazlığı və şəkərli diabetli xəstələrdə
diuretik terapiyada optimal
sxemin işlənib hazırlanması" mövzusunda
dissertasiya müdafiə
edərək "Tibb
üzrə fəlsəfə
doktoru", alimlik dərəcəsi almışdır.
Elə həmin ildən yuxarıda deyildiyi kimi, 2-ci kliniki şöbəyə müdir
təyin edilmişdir.
Bu şöbədə əsasən hipertoniyalı,
infarktlı, ürək
qüsurlu, ürək
çatışmazlığı olan xəstələr müalicə edilir.
Nailə xanım hər bir xəstəyə öz əzizi kimi diqqət və qayğı göstərir. Şöbəyə daxil olmuş
və ya müxtəlif rayon xəstəxanalarından
göndərişlə gəlmiş
hər bir xəstəni dəqiq analizlərdən, müxtəlif
tibbi aparatlardan (kardioqramma, EXO kardioqramma və s.) keçirərək
dəqiq diaqnozu müəyyənləşdirdikdən sonra xəstəyə müalicə təyin edir. Çox təcrübəli həkim olsa da, həftədə bir dəfə daha təcrübəli həkimləri, elmlər doktorlarını bura dəvət edir və şöbəsində
olan ağır xəstələrin vəziyyətini
onlarla birlikdə müzakirə edir, konsilium keçirir. Özü haqqında danışmağı xoşlamayan Nailə xanım haqqında geniş təəssürat
yaratmaq üçün
onunla çiyin-çiyinə
çalışan adamlarla
görüşürük.
İnstitutun baş həkimi,
tibb elmləri doktoru Rza Səmədov:
- Nailə xanım çox layiqli qadındır, gözəl
insandır, yaxşı
həkimdir, dəyərli
alimdir, bacarıqlı
şöbə müdiridir.
Hipertoniya, infarktlı ürək
çatışmazlığı, ürək qüsurlu, diletasion kardiomeopatiyalı
xəstələrin müalicəsi sahəsində
təcrübəli mütəxəssisdir.
Bu tipli xəstələr
respubilkanın bütün
bölgələrindən bizim
instituta gəlir və ya region xəstəxanaları tərəfindən
göndərilir. Nailə xanımın
rəhbərlik etdiyi şöbənin həkimləri
və tibbi personalı bu xəstələri qayğı
və diqqətlə müalicə edib normal həyata qaytarırlar.
Bir qayda olaraq bizim
xəstələrin əksəriyyəti
yaşlı adamlar, pensiya yaşı çatmış şəxslər
olur. Belə xəstələr xüsusi qayğı və diqqətə ehtiyacı olan adamlar olur. Nailə xanım özü və onun şöbəsinin
əməkdaşları bu
qayğı və diqqəti onlardan əsirgəmirlər. Sağalıb gedən pasientlər Nailə xanım və onun şöbəsi
haqqında yalnız xoş sözlər deyirlər. Bəzən ürək çatışmazlığı
diaqnozu ilə gələn xəstələrdə
digər xəstəliklər,
şəkərli diabet,
nerv, zob və sair xəstəliklər
aşkar olunur. Bu zaman Nailə
xanım dərhal müvafiq ixtisaslı həkimləri dəvət
edir və xəstələr lazımi
müalicəni alırlar.
İnstitutun direktoru, tibb elmləri doktoru Gülnaz
Dadaşova-Səbzəliyeva:
- Nailə xanım gözəl həkim, gözəl qadın, bacarıqlı şöbə
müdiridir. Bir alim kimi bilik və bacarığını
gənclərdən əsirgəmir.
Gənc alim kimi, elmi
işlərimin uğurla
başa çatdırılmasında
Nailə xanım öz elmi məsləhətləri
ilə mənə yaxından köməklik edib. Onun gözəl ürəyi
var, bir sözlə, bütün xoş sözlərə layiqdir.
Biz Nailə xanımın kabinetində olanda onun sol tərəfində
orta yaşlı, ağ xalatlı
nurani bir qadın oturmuşdu. Onun kim
olduğunu soruşduqda
Nailə xanım təbəssümlə dedi:
şöbənin baş
tibb bacısıdır,
sol tərəfdə oturmasına
baxmayın, mənim sağ əlimdir Rəna Hüseynova. Rəna xanım da öz müdiri
haqqında ürək
dolusu xoş sözlər dedi. Qeyd etdi ki, Nailə
xanım çox tələbkar şöbə
müdiridir. Yalanları sevmir.
Güclü hissiyyatı, intuisiyası
var. Xəstələrə yazılan müalicənin
dəqiqliklə yerinə
yetirilməsini tələb
edir. Şəxsiyyətindən, vəzifəsindən asılı olmayaraq bütün xəstələrə
qarşı diqqətlidir.
O, Nailə xanımın
adi iş rejimindən bir epizod danışdı...
...Bir gün səhər
Nailə xanımın
iş otağına bizim tanımadığımız,
uca boylu, orta yaşlı bir kişi
daxil olub ondan qan təzyiqini
ölçməyi xahiş
etdi. Nailə xanim kişiyə
kresloda əyləşməyi
təklif etdi və təzyiq ölçəni kişinin
qoluna keçirdi.
Bu zaman kişi
huşunu itirdi. Nailə xanım təcili xəstə arabası gətirtdi, kişini arabaya uzadıb palataya aparmaq göstərişi verdi. Biz xəstəni palataya aparıb çarpayıya
uzatdıq. Nailə
xanım təcili göstəriş verdi, qan analizi götürüldü,
kardioqramma, EXO kardioqramma
çəkildi və
müalicə başlandı,
iynə vuruldu, qoluna damcıvari sistem qoşuldu. Mən Nailə xanımdan xəstənin ad, familiyasını
soruşdum. Nailə
xanım əsəbiliklə
dedi: - Ay qız, bu saat ad-familiya
vaxtı deyil. İndi bizim işimiz xəstəni ağır vəziyyətdən çıxarmaqdır.
Nə vaxt xəstə ayılar, onda sorğu-sual edərsən.
Bir saatdan sonra xəstə
ayıldı, gördü
ki, palatadır, mat qaldı. Nailə xanım xəstəyə
qalxmağa icazə vermədi. O, iş vaxtının sonuna kimi palatada
qaldı. Xəstə ağır vəziyyətdən
çıxmışdı. Daha qorxulu bir şey
yox idi. Nailə həkim müalicə üçün resept yazıb, xəstəni yola saldı. Bax, Nailə həkim belə gözəl insandır.
Həkim
kardioloq, böyük elmi işçi, tibb üzrə fəlsəfə doktoru Esmira Rəhimova:
- Biz Nailə xanımla üzün illərdir bir yerdə işləyirik , dostluq edirik.
O, yaxşı dost, yaxşı
ailə başçısıdır.
Sözü üzə deyəndir,
verdiyi sözə əməl etməyi bacarır. Düz sözü xoşlayır.
Liderlik qabiliyyəti var. Adamları
özünə tabe etməyi bacarır. Dinamik adamdır, bir yerdə qərar tutan deyil. Rəhbərliyin tapşırıqlarını vaxtında icra edəndir.
Bir çox
ictimai təşkilatların
mükafatlarına layiq
görülüb. 2016-cı ildə Bakının Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının
Fəxri Fərmanı
ilə mükafatlandırılıb.
Ailəlidir, bir qızı, bir nəvəsi var. 1995-ci
ildən Yeni Azərbaycan Partiyasının
üzvüdür.
Təranə Cəbiyeva (sanitar
işçisi):
- Uzun müddətdir ki, Nailə xanımın şöbəsində işləyirəm.
Çox
tələbkar müdirdir,
həm də qayğıkeşdir. Nə problemimiz
olsa, kömək edir. Məni bir dəfə
başqa şöbəyə
işə dəvət
etdilər. Mən razılıq
vermədim. Bunu eşidən Nailə xanım məni yanına çağırıb
dedi ki, niyə getmirsən o şöbəyə, orada
əmək haqqı burdan çoxdur. Mən də cavab verdim
ki, mən burada qalıb sizinlə işləmək
istəyirəm. Çünki
mən sizi çox istəyirəm!
Sadə əmək adamının
bu səmimi etirafı adamı kövrəldir.
Həkim
endokrinoloq Fəridə
Yaqubova:
- Həkim olmaqla bərabər, Nailə xanım əsl qadındır. İşinin çox olmasına
baxmayaraq, özünə
qulluq etməyə də vaxt tapır.
Yüksək insani keyfiyyətləri
onun yaxşı həkim olmasına kömək edir. Qayğıkeş insandır.
Tibb bacısı Aidə Rzayeva:
- Nailə xanımla işləmək həm çətin, həm də asandır. Çətindir ona görə
ki, tələbkardır,
işdə dəqiqliyi
xoşlayır. Asandır ona
görə ki, öz işini yaxşı bilir, yersiz göstərişlər
verib tabeliyində olan işçiləri incitmir.
Ürək ən həssas orqandır. Nailə xanım öz şəfalı
əlləri ilə minlərlə ürəyi işıqlandırır,
minlərlə ürəyə şəfa verir,
nur paylayır. Ürəkdən ürəyə
gedən yollarınız daim açıq
olsun - arzusu ilə həkim
xanıma və bu unikal
tibb ocağının bütün
kollektivinə can sağlığı və
uğurlar arzulayıb, xoş
ovqatla Elmi Tədqiqat Kardioligiya institutunu tərk
edirik.
Teymur ƏHMƏDOV
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.13.