Azərbaycanlı olmaq
DİN,
MİLLƏT FƏRQİ OLMAYAN VƏTƏN
"Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan
bütün millət
və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı
da, ləzgi də, avar da,
kürd də, talış da, udin də, kumık
da, başqası da - bütünlükdə
hamısı azərbaycanlıdır.
"Azərbaycan" sözü bizi həmişə birləşdirib."
Heydər Əliyev
Ümummilli lider
Milli, irqi, dini zəmində ayrı-seçkiliyin və
şiddət əsaslı
çağırışların artdığı dövrdə
yalnız bir müsəlman ölkəsi
var ki, heç
bir fərq qoymadan bütün xalqların və dinlərin yanaşı yaşadığı məkana
çevrilərək hər
bir sakininə vətən olmağı bacarır. O ölkə Azərbaycandır. Burada yaşayan
hər bir millətin nümayəndəsi
də azərbaycanlıdır.
Onlar üçün dini müxtəlifliklər ayırıcı
fərqləri deyil, ortaq keçmişi, ümumi dəyərlərə
əsaslanan dinc yanaşı yaşamaq prinsiplərini və vətənin bölünməzliyi
ideyasını çağırışdırır.
Ümummilli lider Heydər Əliyevin 2000-ci
ildə ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri
ilə görüşündə
söylədiyi fikirlər
bu baxımdan xüsusi maraq doğurur: "Bilirsiniz, təxminən 1988, 1989-cu illərdən
başlayaraq Sovetlər
İttifaqından Qərb
ölkələrinə, Amerikaya,
İsrailə yəhudilərin
axını güclü
olmuşdur. Azərbaycandakı
bu proses, eyni zamanda, Azərbaycanda
gedən ictimai-siyasi proseslər Ermənistan-Azərbaycan
müharibəsinə görə
və daxildə vəziyyət çox gərgin olduğuna görə daha da çətin olmuşdur. Ancaq 1993-cü ildən biz Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edə bildik və insanların miqrasiyası çox kəskin şəkildə dayandı.
Hətta
sizə deyə bilərəm ki, vaxtilə Azərbaycandan İsrailə köçmüş
insanlar - yəhudilər
indi artıq Azərbaycana dönürlər".
Bəs bu model müsəlman dünyasının
digər dövlətləri
üçün bir nümunə ola
bilərmi?
Bildiyimiz kimi, qarışıq və bütün istiqamətlər üzrə
bir-birilə sıx bağlı olaraq xarakterizə etdiyimiz müasir dünya sistemində fərqli etnik qrupların inteqrasiyası və din ilə dövlət arasındakı həssas balansın qorunması mütləqdir. Ona görə də, türk-İslam dünyasında
ilk demokratik, hüquqi
və dünyəvi dövlət olmaqla yanaşı, qızlar üçün ilk məktəb,
ilk qərb üslubunda
teatr, ilk opera və
ilk elmlər akademiyasının
yaradılması kimi yeniliklərə imza ataraq tarixin bütün mərhələlərində
dünyəviliyə dəstəyin
ən yüksək səviyyədə hiss olunduğu
Azərbaycan haqlı olaraq ən mütərəqqi və dünyəvi İslam cəmiyyətləri sırasında
olduğunu iddia edir.
Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olaraq tarixə düşmüş
Azərbaycan Demokratik Respublikası bir çox dövlətlərin
bir neçə onilliklər, hətta əsrlər sərf edərək görüdüyü
işləri mövcud
olduğu cəmi iyirmi üç ay ərzində həyata keçirmişdir. Belə ki, demokratik
idarəçilik üsulunun
və multikultural cəmiyyətin təcəssümü
olaraq bu dövrdə formalaşdırılmış
ilk parlamentdə azərbaycanlı
çoxluqdan əlavə,
rus, polyak, yəhudi və alman azlıqlarının
nümayəndələri də
təmsil olunmaq hüququ qazanmışdılar.
70 il Sovet əsarətində
sonra 1991-ci il oktyabr ayının 18-də
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında" Konstitusiya
Aktının qəbul
edilməsi ilə öz müstəqilliyini yenidən qazanmış Azərbaycanın ən ali hüquqi sənədi hesab edilən Konstitusiyanın
25-ci maddəsinin 3-cü bəndində
də təsbit olunduğu kimi dövlət irqindən, etnik mənsubiyyətindən,
dinindən, dilindən,
cinsindən, mənşəyindən
və sosial statusundan asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat
verir. Konstitusiyanın 44-cü maddəsinə əsasən, "hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli
mənsubiyyətini dəyişdirməyə
məcbur edilə bilməz". Mədəniyyət
haqqında qanunun
6-cı maddəsində də
müvafiq qaydada əks edildiyi kimi "Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən,
sosial vəziyyətindən,
sosial mənşəyindən,
sağlamlıq imkanlarından,
ictimai birliklərə
mənsubiyyətindən asılı
olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində
öz hüquq və azadlıqlarını
həyata keçirməsinə
təminat verir". Həmçinin, "Təhsil
haqqında" qanunun
6-cı maddəsinə və
"Dövlət dili
haqqında" qanunun
3-cü maddəsinə uyğun
olaraq təhsilalanların
təhsil dilini sərbəst seçmək
hüququ var, ancaq belə təhsil müəssisələrində
Azərbaycan dilinin də tədrisi mütləqdir.
Hazırda Azərbaycanın dövlət
strukturlarında müxtəlif
milli azlıqlar geniş təmsil olunur. Milli azlıqların nümayəndələri
yerli hakimiyyət orqanlarında, yerli idarəetmə qurumlarında
və digər strukturlarda rəhbər vəzifələr tutmaqla
yanaşı, Parlamentdə
də təmsil olunurlar.
Dövlət başçısının "Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı bir
ölkədir. Azərbaycanda bütün
xalqların, dinlərin nümayəndələri bir ailə kimi
yaşayır. Bu unikal
təcrübə artıq bir çox ölkələr tərəfindən
öyrənilir. Bu, həqiqətən belədir.
Bu, həm
dövlət siyasətidir, həm də cəmiyyətdən
gələn sifarişdir" fikrini bildirməsi onu deməyə
əsas verir ki,
dövlət siyasəti və ölkədəki mədəni
ənənələrə və millətlərin
yaxınlığı prinsipinə bağlı olaraq etnik tolerantlıq üçün güclü tarixi-ənənəvi əsas mövcuddur.
Hazırda Azərbaycan Respublikası ərazisində
rəsmi qeydiyyatdan keçmiş
510-dan çox dini icma var. Xristianlıq və
İudaizm Azərbaycanda İslamla
yanaşı mövcud olmuşdur
və hal-hazırda da mövcuddur.
Belə ki, müxtəlif dinlərin
nümayəndələri qarşılıqlı hörmət
prinsipinə əsasən birlikdə yaşayır və
bir-birlərinin ictimai və mədəni
həyatlarında fəal iştirak edirlər.
Bütün
bunları daha əhəmiyyətli edən ən əsas faktor
isə Azərbaycanın müsəlman kimliyindən
uzaqlaşmayaraq İslam dünyasına heç vaxt kənar
olmaması və dinlərarası və sivilizasiyalararası
dialoqun inkişaf etdirilməsində körpü rolunu
oynamasıdır. Cənab Prezidentin
cari ilin noyabr ayının 14-də ölkəmizin ev sahibliyi etdiyi
dini liderlərin II Sammitinin
açılış mərasimindəki
çıxışı zamanı qeyd etdiyi kimi, "dinlərarası
dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir
Azərbaycan dövləti bu ənənələrə
sadiqdir. Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ
edirik, eyni zamanda, Azərbaycanda bütün
dinlərin nümayəndələri sərbəst
yaşayır, fəaliyyət göstərir, öz
dini ayinlərini icra
edirlər. Beləliklə, ölkəmizdə çox
gözəl ictimai ab-hava
vardır".
Müasir siyasi yanaşmalarda və siyasi fəlsəfədəki multikulturalizm ideyası mədəni və dini müxtəliflik ilə bağlı çağırışların düzgün qəbul edilməsi və onlara adekvat cavab verilməsindən ibarətdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan nəinki uğurlu təcrübəyə sahib ölkə, həmçinin, bütün müsəlman dövlətləri üçün nümunə hesab olunacaq yeni yanaşmanın da yaradıcısı olaraq təqdim olunmalıdır.
Aytən QURBANOVA,
Bakı Dövlət
Universiteti, Beynəlxalq
münasibətlər
kafedrası
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.11.