Azərbaycan "Abu Dabi Şeyx Zayed İrs Festivalı"nda təmsil olunur
Birləşmiş Ərəb Əmirliklərində
31 dekabr 2019-cu il - 1 fevral 2020-ci il tarixlərində
"Abu Dabi Şeyx Zayed İrs Festivalı" keçirilir.
Festivalda
ölkəmizi təmsil
etmək üçün
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
Xalq yaradıcılığı
və mədəni marşrutların inkişafı
şöbəsinin əməkdaşı
Elgün Əliyev
"Cəngi" estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər
edib.
Festival beynəlxalq əlaqələrin
qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi,
ölkəmizin mədəni
sənaye potensialının
ixracı baxımından
olduqca mühüm əhəmiyyət kəsb
edir. Bu məqsədlə müxtəlif ölkələrin
rəqs kollektivləri
ilə danışıqlar
aparılır, hər
bir xalqın ənənəvi milli rəqs elementləri barədə müzakirələr
edilir.
Əbu-Dabi şəhərinin ətrafında
böyük bir sahədə tikilmiş xüsusi festival şəhərciyində
müxtəlif ölkələrin,
şirkətlərin, yerli
dövlət orqanlarının
yüzlərlə stendi,
pavilyonu, həmçinin,
istirahət və əyləncə məkanları,
rəqs və ifalar üçün səhnələr qurulub. BƏƏ-nin
yerli incəsənət
kollektivləri ilə
yanaşı, tədbirdə
Azərbaycan, Rusiya, Çin, Hindistan, Rumıniya, Ukrayna, Bosniya və Herseqovina, Özbəkistan,
Cənubi Afrika, Yəmən, Misir respublikalarının, Bəhreyn
və Mərakeş krallıqlarının və
digər ölkələrin
rəqs kollektivləri,
ifa və şou qrupları iştirak edib. Yaradıcı kollektivlər gündə
üç dəfə
(hər dəfə yarım saat olmaqla) şəhərcikdə
yerləşən ayrı-ayrı
səhnələrdə, həftədə
iki dəfə isə Əbu-Dabi televiziyasının səhnəsində
çıxışlar edirlər.
Azərbaycanın "Cəngi" estrada
və folklor rəqs ansamblı "Bayram",
"Qaytağı", "Dağlı", "Naxçıvani",
"Tənzərə", "Yallı", "İgidlər",
"Tərəkəmə", "Qıt-qılıda", "Naz
eləmə", "Ağ
çiçək", "Dağlar gözəli",
"Sarı gəlin"
kimi milli rəqslərimizi ifa edib.
Qeyd edək ki, festival fevral ayının 1-nə
kimi davam edəcək və "Cəngi" estrada
və folklor rəqs ansamblının ifa və çıxışları
festivalın son gününədək
təqdim ediləcək.
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.9.