"20 Yanvar - yaddaşlarda əbədiləşən tarix və müasir
çağırışlar”
AMEA ƏDƏBİYYAT
İNSTİTUTUNDA BU MÖVZUDA TƏDBİR TƏŞKİL
EDİLİB
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
AMEA-nın Humanitar Elmlər Bölməsinin və Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının birgə
təşkilatçılığı ilə "20 Yanvar - yaddaşlarda əbədiləşən
tarix və müasir çağırışlar"
mövzusunda tədbir
keçirilib. Öncə faciəni
özündə əks
etdirən anım sərgisinə baxış
olub.
Tədbiri giriş sözü
ilə AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 20 Yanvar faciəsinin otuzuncu ildönümünün qeyd
edilməsi haqqında
Sərəncamına uyğun
olaraq Ədəbiyyat İnstitutunda anım tədbirinin keçirilməsini
şəhidlərin ruhuna
ehtiram kimi səciyyələndirib. Qanlı qırğına
münasibət bildirən
akademik qeyd edib ki, "elmdə də, tarixdə də qəbul olunub ki, 20 Yanvar Azərbaycan
tarixinin təkcə faciəvi bir günü deyil, müstəqillik dövrünün
çox əhəmiyyətli
dönüş məqamıdır.
20 Yanvar hadisəsindən
sonra Azərbaycan xalqı bu vaxta
qədər mübarizə
apardığı müstəqillik
yolundan qətiyyən
dönməyəcəyini bir
daha bəyan etdi. Həmin ağır faciəli günün təskinliyi Azərbaycanın
müstəqillik qazanmasıdır".
Faciənin
baş verdiyi dövrə münasibət bildirən akademik
İsa Həbibbəyli əlavə edib ki, "20 Yanvar faciəsinə
ilk dəfə olaraq Azərbaycan xalqının Ulu öndəri
Heydər Əliyev 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycanın
daimi nümayəndəliyindəki bəyanatı ilə siyasi
qiymət verdi. Bu, 20 Yanvar
şəhidlərinin ruhuna ən yüksək
siyasi qiymətin ifadəsi idi.
Bu gün Azərbaycan
Prezidenti cənab İlham
Əliyev müstəqil Azərbaycan dövlətinin
sükanı başında qətiyyətlə dayanaraq ölkəmizin dövlət müstəqilliyini
inkişaf etdirir".
Sonra
Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının sədri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova
"20 Yanvar - Yaddaşda əbədiləşən
tarix", Fəlsəfə İnstitutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli
"20 Yanvar cinayəti - tarixin daha bir ibrət dərsi"
adlı məruzələrlə çıxış ediblər.
Ədəbiyyat
İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələri şöbəsinin müdiri, filologiya elmləri
doktoru Almaz Ülvi "Milli azadlıq mücahidi Ülvi
Bünyadzadə" adlı məruzəsi ilə 20 Yanvar
şəhidi Ülvinin həyat və fəaliyyəti
haqqında ətraflı məlumat verib.
Tədbirdə
AMEA Qadınlar Şurasının İdarə Heyətinin sədri
Rəna Mirzəzadə də çıxış edərək
faciə qurbanlarının qanının yerdə
qalmadığını, ölkəmizin azadlığa
qovuşduğunu diqqətə çatdırıb.
Ardınca
20 nömrəli məktəbin 9-cu sinif şagirdi Şammədzadə
Fatimə Bəxtiyar Vahabzadənin "Şəhidlər"
şeirini səsləndirib. Həmçinin, 20 nömrəli
məktəb liseyin 9-cu sinif
şagirdi Etibar Məmmədov,
7-ci sinif şagirdi Elcan Həsənov və Ləman Ələsgərova
"Vətən sağ olsun"
musiqi kompozisiyasını nümayiş
etdiriblər.
525-ci qəzet.- 2020.- 18 yanvar.- S.15.