BELLA AXMADULİNAYA

 

Səyavuş Məmmədzadənin tərcüməsində

 

Ömür-gün dəyişir, sanki tərsinə -

Köhnə dost uyuşmur mənim tərzimə,

Gündəlik get-gəlin sıx axınında

Deyəsən, mən daha düşmürəm yada...

Avara qancıqlar dəyir gözümə,

Qoşa əllər qonur hərdən çiynimə,

Candərdi dözürəm hər cür him-cimə,

Hər gələn təcavüz edir qəlbimə,

İçimdə olanın yeri daralır,

Axırda asudə günüm qaralır.

Bəs indi neyləsin? Haraya getsin?

Özü özgəyə təcavüz etsin?!

Qovulmuş, məkanı tutulmuş eşqim

Gözaltı olsa da, bəs hədəfin kim?..

 

Ah, qədər artıq, ifrat qəmiş var

qədər mənasız, gərəksiz dost var!

Gəl ey qadir insan,

poz yadların tifaqını,

Kəs doğmaların zor fərağını!

 

Yevgeni YEVTUŞENKO

 

525-ci qəzet.- 2020.- 22 yanvar.- S.23.